Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
16
dən özlərindən qat-qat üstün olan bir daşnak ordusu ilə 
vuruacağını yəqinləşdirmişdi. 
Təşviş içində olan hərbçilərə, yerli camaatın nümayən-
dələrinə    təsəlli verən Aslan bəy bildirir ki, döyüşün hərbi 
planını  hazırlayıb,  sabahkı döyüş barədə sizə əlavə  məlumat 
verəcəyəm.  
Şahidlərin dediyinə görə Aslan bəy Sultanov vaxt itirmə-
dən Zabux dərəsində onun üçün hazırlanan xüsusi çadıra 
girərək  döyüş planını hazırlamağa başlayır. Bir müddətdən 
sonra Aslan bəy təşviş içində olan döyüşçülərə bildirir ki
sabahkı döyüşün planı hazırdır, taktika seçilib, seçilmiş 
taktika  barədə sabah səhər hər kəsə məlumat veriləcək. 
...Günəşin  göy üzünə boylandığı sübh çağının  sükutunu 
qəfildən atılan atəş səsləri pozur. Hər kəs bir anlıq yerindəcə 
donub qalır. Heç kəs nə baş verdiyini dərk edə bilmir. Heyrət 
içində olan döyüşçülər bir-birlərinə baxır, vəziyyəti aydınlaş-
dırmağa çalışırlar. Bu zaman Sultan bəy öz çadırından 
çıxaraq sürətlə Aslan bəyin çadırına doğru gedir, çadırdan 
içəri girib o  andaca geri dönür və çaşqınlıq içində döyüşçü-
lərə: “Aslan bəy çadırında yoxdur”,- deyir... 
O anlarda Zabux dərəsinə toplaşan hər kəsin içindən bir 
fikir keçirdi, Aslan bəy çadırında yoxdursa və atəş  səsləri 
eşidildisə o mütləq nəsə vurub.  Hamı bilirdi ki, Aslan bəy 
sərrast atıcıdır, o gözlə görmədiyi, lakin səslə  təyin etdiyi 
hədəfi belə asanlıqla vura bilir.  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
17
Bir qədər sonra Aslan bəy geri qayıdır. Onun üzündə 
xoşbəxt bir təbəssüm varmış. Nə baş verdiyini  isə ondan və 
Manukun ordusunun adamlarından başqa heç kəs bilmirdi.   
Azacıq vaxt keçdiukdən  sonra daşnak ordusunun mövqeyi 
tərəfdəki qayalıqların  birinin üstündən üzü dərə aşağı iri bir 
qaraltının yumalandığı görünür. Aslan bəy və onun ətrafına 
toplaşanlar həmin qaraltıya tərəf baxırlar. Qaraltı daşlara və 
qayalara dəyə-dəyə şappıltı ilə gəlib dərənin dibinə düşür. Bu 
vaxt Aslan bəy xüsusi kəşfiyyat qrupunu həmin qaraltını 
gətirmək üçün göndərir...  
Hər kəs heyrət və maraq içində o qaraltının nə olduğunu 
bilmək istəyirdi. Kimi bunu ayıya, kimi də iri bir heyvana 
bənzədirdi. Kəşfiyyat qrupu qayıtdıqda isə bütün 
 
tərəddüdlərə son qoyuldu. Səhərin ilk gün işığının parlaq 
şəfəqləri ilə  bərabər çadırından çıxaraq  döyüş mövqelərini  
yoxlamaq üçün ətrafda kəşfiyyat aparan Aslan bəy qarşı 
tərəfdən parlayan işığın  əksini biganəliklə seyr edə 
bilməmişdi. Diqqət yetirdikdə gün işığının durbin şüşəsindən 
əks etdiyini yəqinləşdirmişdi. Onu tanıyanlar  əminliklə 
deyirlər ki, Aslan bəyin xüsusi sərkərdəlik qabiliyyətindən, 
döyüş bacarığından, mahir atıcılığından başqa, güclü 
hissiyyat sahibi, fəhmli insan olması da bir həqiqət idi. 
Tanrının ona verdiyi fitri hərbi istedadı ilə bərabər dəqiqliklə, 
operativ olaraq analiz etməyi bacaran bir şəxsiyyət olub. Elə 
o anlarda da, qarşı mövqedən parlayaraq onun gözünü 
qamaşdıran işığın   döyüş meydanını nəzərdən keçirmək üçün 
mövqelərə durbinlə  nəzarət edən quldurbaşı Manukun 


Фаиг Абдуллайев____________________________________  
 
18
durbininə düşən gün işığı olduğunu qətiləşdirir və Manuk 
ikinci dəfə durbini qaldırıb  ətrafa baxdığı zaman Aslan bəy  
məsafənin ağlagəlməz dərəcədə uzaqlığına baxmayaraq 
sərrast atəşlə Manukun alnının ortasından  (yerli camaatın 
dediyi kimi, qaşqasından) bir-neçə güllə vurur. Kəşfiyyat 
qrupu  Manukun cəsədini gətirdikdə isə  mənzərə tam 
aydınlaşır... 
Döyüşçülər sevindiklərindən yerə-göyə sığmırlar. Koman-
dirlər isə Aslan bəyi əllərinin içində tutaraq başlarının üstünə 
qaldırırlar.  
Daşnak ordusu bu itkinin şokundan çıxa bilmir. Aslan bəy 
bir an içində döyüşçülərə hansı istiqamətlərdən hücum 
edəcəyi barədə  döyüş tapşırığı verir və taktikanı düzgün 
seçərək başsız qalan daşnak ordusunu çətinlik çəkmədən 
pərən-pərən salır.  
Aslan bəyin başçılıq etdiyi qüvvələr  Zabux dərəsindəki 
qeyri-bərabər döyüşdə  daşnak ordusunu tamailə darmadağın 
edirlər. Qələbənin nəticəsi olaraq Aslan bəyin ordusu çoxlu 
sayda hərbi qənimət – pulemyotlar, tüfənglər, patronlar və 
başqa hərbi ləvazimatlar  əldə edir. Manuk üçün xüsusi 
dəridən son dərəcə keyfiyyətlə hazırlanmış tapança kaburası 
tapança ilə birlikdə Aslan bəyə təqdim edilir...  
Aslan bəyin belə bir qeyri-bərabər döyüşdə qazandığı 
böyük qələbənin sorağı daşnak ordusunu son dərəcə sarsıdır. 
Bütün ermənistan Manukun belə biabırçı ölümünə üç gün üç 
gecə yas saxlayır. Aslan bəy xofu da o günlərdə yaranır...  
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
19
**** 
Qələbə    xəbəri tezliklə  Zəngəzura, bütün Azərbaycana 
yayıldı  və ölkənin sərhədlərini yarıb keçərək, hadisələrin 
gedişatından böyük  narahatlıq hissi keçirən, hadisələri 
anbaan təqib edən qardaş Türkiyəyə  və türk ordusunun  
komandanı Nuru Paşaya  da çatmışdı. Nuru Paşa Aslan bəyin 
daşnak generalı Manuku durbinə düşən gün işığı vasitəsilə 
təyin edərək  hansı  məsafədən vurub öldürdüyünü eşitdikdə 
heyrətini gizlədə bilməmişdi. 
Aslan bəyin bu qəhrəmanlıqları, bölgədəki nüfuzu,  hərbi 
bacarığı  və qeyri-adi sərkərdəlik məharəti XI Qızıl ordu 
komandanlığına və  mərkəzi bolşevik hökumətinə  də yaxşı 
məlum idi. Elə ona görə  də XI Qızıl Ordu komandanlığı  və 
mərkəzi bolşevik hökumətinin rəhbərliyi daşnaklara qarşı 
mübarizədə Aslan bəy Sultanovun alternativsiz bir qüvvə 
olduğunu qəbul etmişdi. Mərkəz yaxşı bilirdi ki, bu dağlıq və 
keçilməz meşələri olan ərazilərdə düzgün kəşfiyyat 
taktikasının qurulması  qələbəni təmin edən  əsas amillərdən 
biridir. Belə bir kəşfiyyatı isə o yerlərə beş barmağı kimi 
bələd olan, daşnaklarla döyüş  təcrübəsi olan, onların 
psixologiyasını bilən bir sərkərdə qura bilərdi. O sərkərdə isə 
birmənalı olaraq dövrünün yüksək ali hərbi təhsilini almış, 
fitri hərbi istedada malik Aslan bəy Sultanov idi.  
 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə