Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
36
Azərbaycan İnqilab Komitəsinə 
MƏLUMAT 
Zəngəzur 
Zəngəzur qəzasının məsul işçilərinin Zəngəzurun müsəl- 
man ərazilərinin ermənilərə birləşdirilməsi ilə bağlı çağırıl- 
mış qurultayındakı nümayəndələrin çoxsaylı  çıxışlarından 
aşağıdakı nəıticəyə gəlmək olar: Milli münaqişələr zəminin- 
də iki ilə yaxın davam edən müharibə    Zəngəzurdakı 
vəziyyəti son həddə  gətirib çıxarıb. Müsəlman kəndlərində 
olduğu kimi erməni kəndlərində olan torpaqlar da demək 
olar ki, zəbt olunub. Kəndlilər qapını  kəsdirən qışın 
gəlişindən daha çox narahatdırlar. Torpaq çoxdandır ki, 
qar altında qalıb, günəş görsənmir. Hər tərəf açıq səma 
altında gecələməli olan, heç bir yerdən yardım gözləməyən 
qaçqınlarla doludur. Qızıl Ordunun onlara kömək 
edəcəyini dərk edən kəndlilər son tikələrini də onlara 
verməyə hazırdır. Daxili nizam-intizamın bərqərar 
olmasında dövlət qulluqçularının iştirakı  nəzərə çarpmır. 
Hər yerdə inqilab komitələri təşkil olunub. Tikinti işləri 
getmir, məktəblər yoxdur, quruculuq işləri aparılmır, 
dərsliklər, kağız, bir sıra dəftərxana ləvazimatları çatışmır.  
Azərbaycan Respublikası Baş Milli Arxiv idarəsinin 410-
cu fondu. Siyahı 1, iş 130 
Eyni sənəd AKP MK-nə göndərilmiş  və Azərbaycan 
Respublikası Prezident Aparatının siyasi sənədlər arxivində 
Fond 1. Siyahı 1. İş 110 qrifi ilə saxlanılır. 
İnqilab Komitəsinə verilən məlumatla tanış olduqda 
 
insanın qanını donduracaq bir fakt, o faktın arxasında isə  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
37
məkrli bir niyyətin dayandığı  diqqəti çəkir. Sənədlə tanış 
olduqda bir fakt insanda ikrah hissi doğurur ki, bizim 
Azərbaycan tərəfindən olan qurultay iştirakçıları çox primitiv 
bəhanələr gətirməklə(guya ki, dərslik, kağız, dəftərxana 
ləvazimatları çatışmır) Zəngəzurun Ermənistana birləşdiril-
məsinin labüd olduğunu bildiriblər. Həmin qurultayda 
çıxarılan qərar əslində Azərbaycan xalqının kürəyinə saplan-
mış zəhərli bir xəncər idi. Qurultayın məqsədi Türk dünyasını 
coğrafi cəhətdən bir-birindən ayrı salmaqdan ibarət idi. 
Qurultay nümayəndələri, Çingiz İldırımın himayə etdiyi  yerli 
xainlərlə birlikdə  bəsit və gülüş    doğuran faktları  əsas 
götürərək Zəngəzurun Ermənistana verilməsini qaçılmaz 
hesab ediblər.  
Qurultay iştirakçılarından biri,  o dövrdə fəal kommunist-
lərdən biri olan Nəzər Heydərov sonradan yazdığı “Zəngəzur 
dağlarında”  adlı kitabında yazır ki, “ Belə  ağır bir şəraitdə 
Zəngəzur qəza partiya təşkilatının qurultayı çağırıldı. Qurul-
tay 1920-ci ilin  ikinci yarısında  Gorusda açıldı. Qurultayın 
işinə Armenak Qaragözov rəhbərlik  edirdi”. 
Arxiv sənədləri təsdiq edir ki, Çingiz İldırım Zəngəzurun 
Ermənistana verilməsində  canfəşanlıq  göstərən,  xalqına  
xəyanət yolunu seçən qüvvələrə birbaşa rəhbərlik edib və 
onları bu işlərə ruhlandırıb.  
(Azərbaycan Respublikası Prezidenti Aparatının Siyasi 
sənədlər arxivi. Fond 1, siyahı 2, saxlama vahidi 139)
Bu sənədi sizə təqdim edirik: 


Фаиг Абдуллайев____________________________________  
 
38
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
39
 


Фаиг Абдуллайев____________________________________  
 
40
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
41


Фаиг Абдуллайев____________________________________  
 
42
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
43
Armenak Qaragözov həmin dövrlərdə  Zəngəzurun Ermənis- 
tan tərəfinin fövqəladə komissarı olub. Həmin dövrdə 
Zəngəzurun və Qarabağın Azərbaycan tərəfinin fövqəladə 
komissarı isə kommunist partiyasının üzvü olmayan Aslan 
bəy Sultanov olmuşdur.  O dövrdə Azərbaycanda yeganə 
kommunist partiyası üzvü olmayan fövqəladə komissar Aslan 
bəy olmuşdur. 
Nəzər Heydərov adı  çəkilən kitabında yazır ki, “Qurulta-
yın nümayəndələri  Zəngəzurun həm erməni, həm də azər-
baycanlılar hissəsindən olan partiya təşkilatlarının nümayən-
dələri idi.  
Qurultay qəza komitəsi seçdi. Komitənin rəyasət heyətinin 
üzvləri Akop Komari,  Xristofor Mkrtıçyan,  Maqiç Maşur-
yan, Oruc Babayev, Kərim İsgəndrov və bu sətirlərin müəllifi 
(müəl: yəni Nəzər Heydərov)”. 
Əgər  əldə etdiyimiz arxiv sənədləri olmasaydı qurultayın 
nə üçün çağırıldığı  və hansı  qərarı  qəbul etdiyi indiyədək 
xalqa məlum olmadığı kimi, yenə  də gizli olaraq qalacaqdı. 
Yəqin elə  həmin sətirlərin müəllifi Nəzər Heydərov özü də 
ağlına sığışdıra bilməzdi ki, illər boyu üstünü pərdələdiyi 
gizlinlər bir gün üzə  çıxa bilər. Çıxa bilər və  həqiqət aşkar 
olar.  
Nəzər Heydərovun kitabında qurultay haqqında ümumi 
məlumat verilsə  də konkret olaraq qurultayda baş vermiş 
xəyanət haqqında bir söz belə  işlənməyib. Qurultayın çıxar-
dığı qərar Zəngəzurun Ermənistana verilməsi idi. Əgər Nəzər 
Heydərov bu qərarın xəyanət olduğunu doğrudan da 
bilmirdisə  nədən kitabında qərar haqqında sükutla keçir. Bu 
barədə bir məlumat da olsun yazmır. Hər bir qurultayın 
çıxardığı  qərar olur. Arxiv sənədləri çıxarılan qərarın nədən 
ibarət olduğunu açıb göstərdi. Amma təəssüflər olsun ki, 
həmin qərardan sonra Azərbaycan xalqının başına gətirilən 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə