Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
48
Bu sənədin tərcüməsi belədir: 
Azərbaycan İnqilab Komitəsinin Əmri 
13 noyabr 1920-ci il. №3 
XI Ordunun və Azərbaycan Sovet Sosialist Respub- 
likasının dəmir yollarının təhlükəsizliyi və mühafizəsi 
idarəsinin rəisi və hərbi komissarı  hörmətli yoldaş Efremov 
Mixail Qriqoriyeviç  1920-ci il aprel ayının 27-də Bakı şəhə- 
rinin allınmasında və burjua müsavat hökumətinin ürəyinə 
ildırımsürətli zərbə endirdiyinə görə    Azərbaycan Sovet 
Sosialist Respublikasının qırmızı bayraq ordeni ilə  təltif 
edilsin. 
Əsli ilə düzdür:  
Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov. 
Hərbi və dəniz komissarı: Əliheydər Qarayev 
Azərbaycan İnqilab Komitəsinin Katibi: Qabriçidze. 
 
Göründüyü kimi, Nəriman Nərimanov indi dalğalanan üç 
rəngli bayrağımızı ayaqlar altına atan Yefromovu “qırmızı 
bayraq” ordeni ilə təltif edir. Başqa yolla o dövrdə Nəriman 
Nərimanov necə  vəzifə tuta bilərdi. Nəriman Nərimanov 
antimilli mövqedə olmasaydı və üzərinə cinayətkar öhdəliklər 
götürməsəydi onu böyük vəzifələrə təyin etməzdilər. 
Bu yerdə  Nəriman Nərimanovun  əqidə qardaşı  Məşədi 
Əzizbəyovun qızı, akademik Püstə xanım  Əzizbəyovanın 
Nəriman Nərimanova həsr etdiyi “Ailə şərəfi” adlı kitabında, 
13-cü səhifədə göstərilir ki, Nəriman Nərimanov oğlunu 
qucağında tutub köhnə dostu və döyüş yoldaşı 1920-ci il 
aprelin 27-də Bakıya yürüş edən zirehli qatarların komandiri 
Yefremovun söhbətinə qulaq asırdı. Ovcunu çənəsinə dirəyən 
Nəriman da Mixail Qriqoriyeviçi dinləyirdi. Yefremov 
deyirdi: 
–Aprelin ortalarında bizim XI ordu Azərbaycan və 
Gürcüstan sərhədinə yaxınlaşdı. Biz sovet respublikaları üçün 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
49
həddindən artıq lazım olan neft diyarını, Bakı  şəhərini 
burjuaziyanın əlindən almaqla Azərbaycan fəhlələrinə kömək 
göstərmək haqqında sovet hökumətinin  əmrini səbirsizliklə 
gözləyirdik. Hər bir döyüşçü hücuma hazırlaşırdı. Silahını 
təmizləyir, paltarını, ayaqqabısını qaydaya salırdı. Nəhayət, 
aprelin 25-də  səhra qərargahında bizə döyüş  əmri verdilər. 
Aprelin 26-da axşam  əmr qoşunların  nəzərinə çatdırıldı. 
Aprelin 27-də sübh çağı desant dəstəsi olan zirehli 
qatarlardan başqa, ordunun bütün qoşunlarına hücuma 
keçmək  əmri verildi. əmrdə hücum vəzifəsi bu cür 
qoyulmuşdu: 
Ordu dəmir yolları döyüş sahəsinin rəisi Yefremov yoldaş 
bütün zirehli qatarlara komandanlığı birləşdirməyi aprelin 27-
də cəsarətli və qəti zərbə yendirməklə Bakıya daxil olmalıdır. 
Bakı stansiyasına yiyələndikdən  sonra  dəniz limanına 
çıxmalı, düşmənin dəniz artilleriyası ilə döyüşə girməlidir. 
Yefremov papiros yandırdı. Dərin bir qüllab vurub, 
pəncərədən bayıra baxdı. 
Yefremov sözünə davam etdi. 
Azərbaycan  İnqilab Komitəsinin sədri Nəriman Nərima- 
novun xüsusi qatarı da həmin yolla irəliləyirdi. 
Bizim zirehli qatarlar Sovet Azərbaycanının paytaxtına 
yaxınlaşırdı. Bakıda hamı gecə-gündüz işləyir, indiyədək 
görünməmiş yeni dünya yaradır, Leninin vəsiyyətlərini yerinə 
yetirirdi. Nəriman Nərimanov günlərlə evinə qayıtmırdı. 
Göründüyü kimi, Püstə xanım  Əzizbəyova təsdiq edir ki, 
Bakını  işğal edən müstəqil dövlətimizi deviren, indiki 
dalğalanan üçrəngli bayrağımızı ayaqlar altına atdıran 
Yefremovun yaxın dostu imiş.  Əgər Yefremov olmasaydı, 
Azərbaycanı  işğal etməsəydi, yəqin ki, Nəriman Nərimanov 
da Azərbaycanın ali hakimiyyətinə rəhbər təyin olunmazdı. 
Ona görə  də Püstə xanım xüsusi olaraq vurğulayır ki, 
Nəriman Nərimanovun köhnə dostu və döyüş yoldaşı Yefre- 


Фаиг Абдуллайев____________________________________  
 
50
movun söhbətlərinə diqqətlə qilaq asırdı. Ancaq görsənir ki, 
Püstə xanım Əzizbəyovanın o vaxtki məxfi fondda saxlanılan 
arxiv sənədindən xəbəri yox idi. Hansı ki, Nəriman Nərima- 
novun hakimiyyətə gəlməsini təmin edən Yefremovu Bakını 
işğal etdikdən sonra Nəriman Nərimanov ölkənin  ən ali 
ordeni ilə  təltif etdi. İşğalçı  dostunun dırnaqarası  fəaliyyə- 
tini yüksək qiymətləndirdi. Bu əmri imzalayarkən Nəriman 
Nərimanov, sonra onun əqidə qardaşı Əliheydər Qarayev və 
bir də İnqilab komitəsinin katibi Qabriçidze olmuşdur. 
Çox təəssüflər olsun ki, bəzi insanlar bizim tariximizə 
qarşə gedərək tamamilə məntiqdən kənar fikirlər irəli sürürlər. 
Çoxları iddia edir ki, XI ordunu Azərbaycana  Əliheydər 
Qarayevlə Çingiz İldırım dəvət etmişdir. Ancaq həqiqət, 
arxiv sənədləri başqa  şey deyir. Işğalçı Yefremovun təltif 
olunması barədə  əmrə  Nəriman Nərimanovla birlikdə 
Əliheydər Qarayev də qol çəkib. Belə olan halda bunlar necə 
başqa-başqa  mövqedə ola bilərlər. 
Püstə xanım Əzizbəyova Nəriman Nərimanova həsr etdiyi 
kitabında göstərir ki,,. Nəriman Nərimanov yenicə  işə 
başlayan  həkim kimi qazandığı maaşından qəpik-qəpik 
ayırmalı olurdu ki, tibb institutunda oxuduğu zaman ona 
təqaüd verən milyonçu Hacı Zeynalabdin Tağıyevin borcunu 
qaytara bilsin. Ehtiyac içərisində yaşayırdı, lakin fikrindən 
dönmürdü. Bu fikirləri həmin kitabın 27-ci səhifəsində 
bildirir. 
Püstə xanım Əzizbəyovanın da təsdiq etdiyi kimi Nəriman 
Nərimanov tibb institutunda oxuduğu zaman onun yaşayışını 
təmin edən Hacı Zeynalabdin Tağıyev olub. Sonra da göstərir 
ki, guya Nəriman Nərimanov institutu qurtarıb təzə  həkim 
işləyən  vaxtı qazandığından qəpik-qəpik  ayırıb Hacı Zeynal- 
abdin Tağıyevin borcunu qaytarmaq istəyib. Bu yerdə bir el 
misalı yerinə düşər: 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə