Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə84/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   76   77   78   79   80   81   82   83   84

Фаиг Абдуллайев____________________________________  
 
324
Daha sonra Mircəfər Bağırov Aslan bəyin qardaşı Süley- 
man bəylə mehribanlıqla görüşərək ayrılır. Ayrılarkən Mircə- 
fər Bağırov əmr etdiyi adamlara bildirir  ki, bu məsələnin ic- 
rasına şəxsən özüm nəzarət edirəm. Məsələ tam icra olunduq- 
dan sonra mənə məlumat verin. 
Bağırov  getdikdən sonra  Aslan bəyin ailə üzvləri bir-bir- 
lərini təbrik ediblər və rus yavərin onları xilas etməsindən 
məmnun qalıblar. Amma hər halda əmr icra olunana qədər iç- 
lərində bir tərəddüd də var idi. Səhərin alatoranında qapıya 
gələn iki yük maşınının və gələn faytonların atlarının səsi ev 
adamlarını yuxudan oyadır. Gələn hökumət nümayəndələri 
Mircəfər Bağırovun yazılı əmrini onlara təqdim edir. Bu əmri 
alan ailə üzvlərinin sevincləri yerə-göyə sığmır.   
Bu zaman Aslan bəyin qardaşı Süleyman bəyin bir qız 
övladı dünyaya gəlir. Onun ayağı çox düşərli olduğuna görə 
adını Sayalı qoyurlar. O vaxtkı Nuxada (indiki Şəkidə) 
anadan olduğuna görə indi də hərdən zarafatla Sayalı xanımı 
“Nuxalı” deyə çağırırlar. 
Yeri gəlmişkən Aslan bəyin Nuxanın Daşburun kəndində 
sürgün həyatı yaşayan ailə üzvləri həmişə Daşbulaq camaa- 
tını sevgiylə xatırlayardı. Onlar deyərdilər ki, Daşbulaqlılar 
bizə böyük hörmət göstərir, qayğımızı  çəkir və ürək-dirək 
verərək deyərdilər ki: “Pis günün ömrü az olar”. Aslan bəyin 
ailə üzvləri bu gün də Şəki camaatına, xüsusilə də Daşbulaq 
əhalisinə öz dərin minnətdarlığını bildirir.  
Bu hadisəni xatırlayan Aslan bəyin qardaşı deyirdi ki, Ba- 
ğırov və onu müşayiət edənləri quduz banditlərin caynağın- 
dan xilas etdikdən sonra az öncə  vəhşicəsinə öldürüləcəyi 
xofundan  hələ də özünə gələ bilməyən Mircəfər Bağırov As- 
lan bəyi bağrına basaraq üzündən öpmüş, minnətdarlıq hissi 
ilə bildirmişdi: 
– Aslan bəy, sənə bir can borcum var.  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
325
Bundan sonra süfrə açılmış, çörək kəsilmişdir. Yeməkdən 
sonra Bağırovun yavəri ilə mən onlardan icazə alaraq meşəyə 
çiyələk yeməyə getdik. Zəngəzur meşələrində çox ətirli yaba- 
nı çiyələklər bitərdi. Biz bu çiyələkləri dərib yeyirdik. Mircə- 
fər Bağırovun yavəri tez-tez məni qucaqlayaraq onları 
ölümdən qurtardığımız üçün Aslan bəyə xüsusi minnətdarlı- 
ğını bildirirdi. Bu zaman yavər Aslan bəyin necə qəhrəmanlıq 
göstərməsini, necə dəqiq hərbi taktika seçməsini, bir göz qır- 
pımında vəhşiləşmiş banditləri gəbərtməsini, həmin döyüşdə 
Aslan bəyin cəsur döyüşçülərindən üçünün həlak olmasını 
danışıb, bütün bunlara görə ömrü boyu Aslan bəyə borclu 
olacağını bildirmişdi. 
Bəli, zaman yetişdi və rus yavər Nuxada öz sədaqətini, 
verdiyi sözü kişi kimi tutmasını sübut etdi. Onu da qeyd et- 
mək yerinə düşər ki, Savalan Şirinov və qeyriləri Mircəfər 
Bağırovun Aslan bəyin qəhrəmanlığına qibtə etdiyini və ona 
xüsusi rəğbəti olduğunu deyərdilər.  
Bu faktı arxiv sənədi (Fond 1. Siyahı 1. İş 126.) də təsdiq 
edir. Mircəfər Bağırov 1920-ci ildə Qarabağda inqilab komi- 
təsi sədrinin müavini işləyərkən Aslan bəy Sultanov Qaraba- 
ğın və Zəngəzurun fövqəladə komissarı (ali rəhbəri) olub. Bu 
da o deməkdir ki, o zaman Mircəfər Bağırov  Aslan bəyin ta- 
beçiliyində  işləmiş  və onun bütün fəaliyyətini, qəhrəmalıq-
larını, qeyri-adi sərkərdəlik istedadını  şəxsən öz gözləri ilə 
görmüş, bütün bunlara görə də ona pərəstiş etmişdir.  
Mircəfər Bağırov sonrakı fəaliyyətində də Aslan bəyə olan 
rəğbətini gizlətməmiş, belə ki, onları sürgündən azad etdik- 
dən sonra  nəslin ağsaqqalarına gizli olaraq tövsiyyə etmişdir  
ki, soyadlarını dəyişsinlər. Ona görə də Aslan bəyin qohum- 


Фаиг Абдуллайев____________________________________  
 
326
larının əksəriyyəti Sultanov soyadından Abdullayev soyadına 
keçmişdir. Bu soyadı da ona görə götürmüşdülər ki, Aslan 
bəyin atası  Kərbəlayi Hüseyin bəyin  babasının adı Abdulla 
bəy olmuşdur. Bu soyadı qəbul etdikdən sonra ailə sanki bəy 
damğasından qismən də olsa canını qurtara bilmişdir. 
Mircəfər Bağırovun razılığı, xeyir-duası olmadan heç kəs 
bu soyadı dəyişməyə cürət etməzdi. Çünki birincisi Mircəfər 
Bağırov bu nəsli çox yaxşıl tanıyırdı, bilirdi ki, bu nəsil Azər- 
baycanın ən qədim zadəgan bəy nəsillərindən biridir. İkincisi 
isə Mircəfər Bağırov hüquq-mühafizə orqanlarının başında 
işləyən bir adam kimi kimin kimə necə bağlı olmağını  də- 
qiqliklə bilirdi.  
Bu fikirlərin təsdiqi kimi 50-ci illərdə  onu ölümdən qurta- 
ran Aslan bəyin doğma bacısı oğlu və əmisi nəvəsi Canbaxış 
Ab- 
dullayevi maliyyə naziri, sonra Qutqaşen rayonunun (indiki 
Qəbələ rayonu) birinci katibi, qardaşı  oğlu professor, tarix 
elmləri doktoru Həsi Abdullayevi Mərkəzi Komitənin  şöbə 
müdiri vəzifəsinə  təyin etmişdi. Mircəfər Bağırov çox yaxşı 
bilirdi ki, Həsi Abdullayevin atası Behbud bəy Sultanov hələ  
1920-1921-ci illərdə Aslan Sultanovun işçisi olmuşdu. Can- 
baxış Abdullayev isə Abış  bəy Sultanovun oğlu idi, yəni 
Aslan bəyin əmisi oğlunun oğlu idi. Bütün bunlar da Mircəfər 
Bağırovun Aslan bəyin unudulmaz xatirəsinə  və onun ruhu 
qarşısında olan borcuna dərin hörmətin əksidir.   
 
**** 
Deyilənlərə görə bir gün Aslan bəy Gürcüstana bir tədbirə 
dəvət olunur. Tədbirdə öz dövrünün yüksək hərbi vəzifələrini 
tutan adamlar işturak edirlər. Tədbirin sonunda bir yarışma 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
327
təşkil olunur. Hədəfləri düzüb nişan almaq və  hədfləri vur- 
maq şərt qoyulur. Hər kəs öz atılıcılıq məharətini göstərməyə 
çalışır. Atəş açanlar hədəfləri yüksən ustalıqla vura bilirlər- 
miş. İşi belə görən Aslan bəy qərara alır ki, burada qeyri-adi 
bir şücaət göstərsin. Ona görə də növbə ona çatanda  tüfəngi 
qaldırıb hədəfi nişan almaq əvəzinə hər kəsdən fərqli olaraq  
öz yerini alaraq hədəfə diqqətlə baxmağa başlayır.  Ətrafda 
olanlar təəccüblərini gizlədə bilmirlər. Maraqla onun hərə- 
kətlərinə göz qoyurlar. Bu zaman Aslan bəy arxasını hədəfə 
sarı tutaraq tüfəngi çiyni üstən qaldırıb hədəfi arxası  tərəfə 
vurub aşırır. Onun hədəfi arxası  tərəfə vurub aşırması ora 
toplaşanların hamısını təəccübləndirir. Onun qeyri-adi atıcılıq 
qabiliyyəninə həsəd aparırlar. 
 
**** 
Bir gün Aslan bəyin atası Hüseyn bəy  anası  Mülkü Ca- 
han xanımla birlikdə müqəddəs Kərbəlaya ziyarətə getməyi 
qərara alırlar. Allah bu ziyarəti onlara qismət edir. Ziyarəti 
başa vurduqdan sonra geri dönüb evlərinə qayıtdıqları vaxt 
kənd adamlarından biri hər kəsi qabaqlayaraq bəyin atının 
başından tutur və  üzünü bəyə tutaraq deyir: 
– Ay Kərbəlayi Hüseyn bəy, allah mənə də belə bir at qis- 
mət eləsin, mən də Kərbəlanı ziyarət edim.  
Bu vaxt Kərbəlayi Hüseyn bəy gülümsəyərək ona cavab 
verir: 
– Allah belə bir  atı sənə qismət  elədi. Bu  at bu gündən 
sənindir. 
Sevincindən çaşıb qalan bu sadə  kənd adamı üzünü mə- 
yus-məyus Kərbəlayiyə tutaraq  susur. Onun bu mənalı baxış- 
larını görən Kərbəlayi Hüseyn bəy məsələnin nə yerdə oldu- 


Фаиг Абдуллайев____________________________________  
 
328
ğunu başa düşür. Yenə özünəməxsus bir təbəssümlə, həm də 
zarafatla  bildirir: 
– Təkcə Kərbəlayi mən deyiləm ki... Qoy qalan  tədarükü 
də Kərbəlayi Mülki Cahan xanım eləsin! 
Bəli... O sadə adamın sevincinin həddi-hüdudu yox idi. 
Belə səxavətli və allahsevər bir insanların qarşısında olmasın- 
dan, onlardan gördüyü xeyirxahlıqdan allaha şükür  edirdi.  
İlk növbədə qadir Allanın rizası  və yerdə isə  Kərbəlayi 
Hüseyn bəylə  Kərbəlayi Mülkü Cahan xanımın vasitəçiliyi  
ilə  Kərbəla ziyarəti arzusunda olan həmin adama Kərbəla 
ziyarəti qismət oldu! 
Bu yerdə  əlavə etməyi vacib bilirik ki, Kərbəladan qayı- 
dan Kərbəlayi Hüseyn bəy Mac kəndini  öz pulu ilə alaraq öz 
ətrafında ehtiyacı olan insanlara təmənnasız olaraq ehsan ki- 
mi paylayıb. Mac kəndinin gözəlliyi və füsunkar təbiəti barə- 
də isə o kəndi öz gözləri ilə görmüş Nuşirəvan  Əsədovun 
xatirələrində ətraflı məlumat verilmişdir. 
  
**** 
O dövrdə insanların dilində əfsanə kimi dolaşan bir həqi- 
qəti də diqqətinizə çatdırmaq istəyirik: O dövrün sağ qalan 
insanlarının xatirələrində yaşayan və daşnakları lərzəyə gəti- 
rən bu əhvalat belədir. 
Andronikin qoşunlarını xüsusi hərbi məharətlə tələyə sala- 
raq məhv etdikdən sonra Andronik onun haqqında xüsusi ter- 
ror planı hazırlayır. Onun təlimatı ilə xüsusi hazırlanmış ter- 
rorçular Aslan bəyin gedib gəldiyi yerləri öyrənməli və fürsət 
düşən kimi onu öldürməliydilər. Bu təlimata uyğun olaraq 
Aslan bəyi terrorçular izləməyə başlayırlar. Nəhayət özləri 
üçün  əlverişli bir vaxtın yetişdiyini yəqinləşdirirlər. Aslan 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
329
bəy onu müşaiyət edənlərlə haradansa gəlirmiş. Bundan xə- 
bər tutan terrorçular gələcəyi yolu dəqiq müəyyənləşdirib 
yolun sağ  və sol tərəflərindəki zəmilərin içərisində gizlənir- 
lər. Axşama yaxın Aslan bəy oradan keçəndə atın üstündə, 
ayaqları üzəngidə mürgüləyirmiş. Bu zaman fürsətdən istifa- 
də edən terrorçular eyni zamanda zəminin içindən çıxaraq sağ 
və soldan Aslan bəyi öldürmək üçün atəş açmağa cəhd edir- 
lər. Bu zaman atın üstündə mürgələyən Aslan bəy zəmidən 
gələn  şıqqıltını  eşidən kimi səs gələn nöqtələrə atəş açır. 
Terrorçular hələ  zəmidən tam çıxmamış Aslan bəy onları 
artıq qanlarına qəltan edir. Onların arasında sağ qalan biri 
zəmidən çıxaraq əllərini qaldırıb təslim olduğunu bildirir. Bu 
zaman Aslan bəy onu öldürməyəcəyini vəd edir. Daşnak ter- 
rorçusu şok vəziyyətində Aslan bəyin bu qeyri adi şücaətinin 
pisxoloji təsiri altında ona yalvarmağa başlayır. Sonra Aslan 
bəyə bildirir ki, Andronik xeyli müddətdir ki, onu öldürmək 
üçün planlar hazırlayır. Aslan bəy onu yalvarışlarına görə de- 
yil, Andronikə mesaj göndərmək üçün azad edir. Deyilənlərə 
görə bu məsələni təfsilatı ilə eşidən Andronik və onun gene- 
ralları dəhşətə gəlmiş, ümumiyyətlə daşnak ordusunun içəri- 
sində çox böyük vahimə yaratmışdır. 


Фаиг Абдуллайев____________________________________  
 
330
Сян йанмасан, 
Мян йанмасам, 
Биз йанмасаг, 
Нежя чыхар гаранлыглар айдынлыьа?! 
Назим Щикмят 
 
 
Qalan Arxiv Sənədlərini  
Сизя Тягдим Едирик: 
 
Azərbaycan Respublikası Milli Dövlət Arxivi, fond 410, 
siyahı 1, saxlama vahidi 98, vərəqə 5 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
331
 
 


Фаиг Абдуллайев____________________________________  
 
332


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
333


Фаиг Абдуллайев____________________________________  
 
334
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
335
 


Фаиг Абдуллайев____________________________________  
 
336


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
337


Фаиг Абдуллайев____________________________________  
 
338


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
339


Фаиг Абдуллайев____________________________________  
 
340


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
341


Фаиг Абдуллайев____________________________________  
 
342


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
343


Фаиг Абдуллайев____________________________________  
 
344
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
345
 
 
 
 
 


Фаиг Абдуллайев____________________________________  
 
346
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
347
 
 


Фаиг Абдуллайев____________________________________  
 
348


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
349


Фаиг Абдуллайев____________________________________  
 
350


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
351


Фаиг Абдуллайев____________________________________  
 
352
 
«Совет кянди", 1982-жи ил, 21 йанвар


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
353


Фаиг Абдуллайев____________________________________  
 
354
 
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
355
 
МЦНДЯРИЖАТ 
 
Ön söz əvəzi ........................................................................... 5 
 Ы FƏSİL. Zəngəzur aslanı - Aslan bəy Sultanov ................... 9 
ЫЫ FƏSİL. Aslan bəy Sultanov- alternativsiz güc sahibi ...... 20 
ЫЫЫ FƏSİL. Qarabağın və Zəngəzurun fövqəladə       
komissarı............................................................................... 28 
Fövqəladə Komissarın mandatı ............................................ 31 
Xəyanətin başlanğıcını təsdiq edən ilk sənəd........................35 
ЫВ FƏSİL. Zəngəzurun ermənilərə verilməsi ya da xainin 
vətəni olmur ........................................................................ 128 
В FƏSİL ............................................................................. 137 
Laçınlı  Sultan bəygilin Sultanov deyil Muradov olmasını 
arxiv sənədi təsdiq edir ....................................................... 212 
Xatirələr...  xatirələr...  xatirələr... ...................................... 270 
Kərbəlayi Hüseyn ocağının övladları ................................. 292 
Arxiv sənədləri
..........................................................................
330
 
 


Фаиг Абдуллайев____________________________________  
 
356
 
 
Фаиг Абдуллайев 
(Абдуллайев Фаиг Гулам оьлу) 
 
 
ZЯNGЯZUR ASLANI-   
 
Aslan Bяy Sultanov 
 
         
 
Няшриййатын директору:    Жейщун Хялилов 
Dizayner:     
         Вцсаля Гярибова 
Operator:   
        Дцрданя Гасымова 
Техники редактор:          Илащя Ляляйева 
 
 
 
 
Чапа имзаланмышдыр: 10.11.2012 
Каьыз форматы: 60/84. Офсет чапы 1/16. 
Физики ч.в.22.  Тираъ: 500 
Цнван: Сумгайыт шящ., 13-жц мкр. Нийази кцч. 
Емаил: дерелейез-билик@rambler.ру 
bilik-2008@mail.ru 
Тел.: (012) 408 39 51; (018) 656 50 42. 

Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə