Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə76/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
293
Həmin məktəbim məzunu M.Axundov mənimlə birlikdə 
Qubadlı orta məktəbində  nəinki rus dilini, hətta bəzi illərdə 
V-ci siniflərdə riyaziyyatı tədris etmişdir. 
Halbuki, Sovet məktəblərində 11 il rus dili tədris olunan 
məktəblilər rus dilində nə sərbəst danışa və nə də yaza bilir- 
dilər. 
Necə olub ki, cəmi 4 il təhsil alan o vaxtkı gənclər tədris 
edilən fənləri tələb edilən səviyyədə öyrənməklə bərabər, gö- 
zəl xətlə yazmağı, rus dilində  sərbəst danışmağı, yazıb-oxu- 
mağı öyrənmişlər. Bu barədə fikirləşməyə dəyər. 
1917-ci ildə Çar Rusiyası devrildikdən sonra xain qonşula- 
rımız olan ermənilər, növbəti dəfə bizim ata-babalarımızın 
mal-mülkünü talamaq, onları didərgin salmaq məqsədilə hər 
cür riyakarlıqdan istifadə edir, hər cür cinayətlərə əl atırdılar. 
Zəngəzur qəzasının mərkəzi sayılan Gorus şəhərində An- 
dronik Ozanyanın yaratdığı daşnak hökümətinə başçılıq edən 
general Nijdenin rəhbərliyi ilə ordu yaradılmağa başlandı. 
Şuşada daşnak generalı Dronun, habelə  Zəngəzurda daşnak- 
ların lideri, general xain Andronik Ozanyanın zühr etməsi 
ermənilərin iştahını birə-on artırmışdı. Artıq Qafan və Goru- 
sun azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən 
törədilən qətl-qarətlər adi hal almışdı. Bütün bu hadisələr 
quşu gözündən vuran Aslan bəyin gözü qarşısında baş 
verirdi. Ona görə də Aslan bəy Mac kəndinin cavanlarını bir 
yerə toplayıb özünümüdafiə  dəstəsi yaratdı  və bu dəstəni 
fədailər dəstəsi adlandırdı.  İlk  əvvəl fədailər dəstəsinə Mac 
cavanları, sonralar isə bütün Zəngəzur cavanları daxil oldular. 
Mac kəndi və onun ətrafında fəaliyyət göstərərkən dəstənin 
500 nəfər üzvü olmuşdur. Az müddətdə dəstənin şöhrəti, qo- 
caqlığı təkcə məhəlli erməniləri deyil, bütün Zəngəzur ermə- 


Фаиг Абдуллайев____________________________________  
 
294
nilərini qorxuya salmışdır. Ona görə  də uzun müddət Mac 
kəndinə dəyib-dolaşan olmamışdır. 
Aslan bəyin fədailəri, Qafan və Gorus rayonlarının neçə-
neçə azərbaycanlı sakinini daşnak əsarətinə düşmək təhlükə- 
sindən xilas etmişdir. 
İndi, həmin dövrdə baş vermiş bir sıra hadisələri nəzəri- 
nizə çatdıraq: 
76 yaşlı, ali təhsilli, MirZeynal Mirələsgər oğlu Mirhəşim- 
linin öz əli ilə yazdıqlarından: 1918-1920-ci illərdə Qafan 
rayonunun Dorhnu kəndinin camaatı ermənilər tərəfindən iki 
dəfə qovulub kənddən çıxarılıblar. Onlar Kraxtın (Cəbrayıl) 
və Malakan (Füzuli) rayonunun kəndlərinə qədər gedib çıxıb- 
lar. Ara bir az sakitləşdikdən sonra Dorhnulular öz kəndlərinə 
qayıtmışdı. Atam nəql edirdi ki, həmkəndlim  İmamqulu ilə 
qoyun-quzu otarırdıq. Qəflətən daşnak  əsgərləri bizi ələ ke- 
çirdilər. Hər ikimizə silah-sursat şəlləyib qatdılar qabaqlarına. 
Xeyli yol qət etdikdən sonra Təpəsər adlanan bir dağa dır- 
manmağa başladıq (sonralar öyrəndik ki, Andronikin qərarga- 
hı  həmin dağın başında yerləşir). Bildik ki, bizi öldürməyə 
aparırlar. Atam, Mirələsgər Mirhəşim oğlu təklif edir ki, 
İmamqulu, gəl silahları yerə atıb qaçaq. İmamqulu deyir ki, 
bizi aparanlar hamısı silahlıdır, qaçan kimi vuracaqlar. Atam 
cavab verir ki, əziyyətlə ölməkdən bu daha yaxşıdır. Bu 
əsnada bir nərə səsi eşidilir. Ə, daşnak köpəkuşağı əsir aparır- 
sınız? Ermənilər: “Aslan bəy!..” deyib öz silahlarını da atıb 
qaçdılar. Aslan bəy atama yaxınlaşıb deyir ki, Seyid anan 
namaz üstə idi, yoxsa əclaflar sizi güllələyəcəkdi. Atamın və 
İmamqulunun xilasından sevinən babam Mirhəşim və digər 
kənd camaatı Aslan bəyə minnətdarlıq məktubu göndərdilər. 
Həmin  məktubu sizə təqdim edirik: 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
295
 


Фаиг Абдуллайев____________________________________  
 
296
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
297
Bir gün erməni nümayəndə heyəti ağ bayraqla Mac kən- 
dinə  gəlir. Aslan bəy onlara atəş açmaq istəyən dəliqanlı 
cavanları bu işdən çəkindirdi. Onlar erməni generalı Andro- 
nik Ozanyandan Aslan Sultanova məktub gətirmişdilər. Mək- 
tubda o, Andronikin Təpəsər adlanan yüksəklikdə yerləşən 
qərargahına dəvət olunurdu. Aslan bəy qısa məsləhətləşmə- 
dən sonra dəvətə müsbət cavab verdi. Görüş sabah saat 
10.00-a təyin olundu.  
Səhər saat 9.00-da Aslan bəy kiçik bir heyətlə yola düşdü. 
Görüşdə Qurdqalaq kənd sakini, Aslan bəyin  əsgəri olmuş 
Geroy ləqəbli  Əli də  iştirak etmişdir. Hansı ki, 70-ci illərə 
qədər Gorusun Qurdqalaq kəndində yaşamışdır. 
Geroy Əlinin dediyinə görə  Aslan bəyin qəbulu üçün təm- 
təraqlı bir mərasim düzəldilmişdir. Aslan bəy  mərasim 
qaydalarına riayət etmədən onu müşaiyət eləyən döyüşçüləri- 
lə birlikdə birbaşa qərargahın qarşısına yönəldi və Androniklə 
orada görüşdü. Andronik ona müraciət edərək dedi: 
–Nə üçün imkan vermədiniz ki, bizim himnimiz səslənsin? 
Sizin də varsa himniniz, yoxdursa istədiyiniz musiqi parçası 
ifa olunsun. 
Aslan bəy cavab verdi ki, biz dövlət yox, xalq qisasçıla- 
rıyıq. Sizin dediyiniz tərzdə olan görüş Azərbaycanda yeni 
hökümət bərqərar olduqdan sonra baş tuta bilər. 
Erməni generalı dedi: 
 – Aslan bəy onda razısınızsa,  birbaşa mətləbə keçək. 
Aslan bəy:  
– Sizi dinləyirəm. 
– Mən öz qoşunlarımla birlikdə Şuşa şəhərinə general Dro 
ilə görüşə getmək istəyirəm. Ancaq sənin dəstən əlverişli və- 
ziyyətdən istifadə edərək bizim dəstədə böyük tələfat yarada 
bilər. Ona görə də xahiş edirəm bizə itkisiz Şuşaya qədər get- 
məyə şərait yaradın. Söz verirəm ki, bizim tərəfimizdən sizin 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə