Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
301
evlərdən birində toy mərasimi keçirilirdi. Gəlib ermənini toya 
dəvət etdilər. Aradan bir az keçmiş Calal bəy mənə dedi ki
sən burada ol mən də gəlirəm. Calal bəy gedəndən sonra xey- 
li gözlədim qayıtmadı, ardınca çıxdım. Gördüm ki, toyun 
bişmiş qazanları  və digər  əşyalar evin qarşısındakı  dərəyə 
tökülüb. Erməni generalı da daxil olmaqla bütün toy əhli 
Calal bəyə yalvarıb ondan üzr istəyirlər.   
Bir gün Calal bəyi toy məclisinə dəvət edirlər. Bu vaxt bə- 
yin yanında bir nəfər seyid də olur. Calal bəy çıxarıb seyidə 
bir onluq verir və deyir ki, məclisdə içki olacaq sən ora get- 
mə. 
İçki məclisi başlayandan sonra Calal bəy baxır ki, seyid də 
məclisdədir. O, seyidə müraciətlə deyir: – Axı, mən dedim ki, 
içki məclisi olduğuna görə siz bura gəlməyin. 
Seyid deyir: – Əşi, nə olar gəlmişəm də. 
Calal bəy deyir: 
– Papağını qaldır, deyəcəm nə olacağını. Seyid papağını 
qaldıran kimi Cəlal bəy tapancasını çıxarıb seyidin alnından 
bir güllə vurur. 
 
**** 
Qarıqışlaq kəndindən olan Qəhrəman əmi deyərdi. 
Calal bəy Sultanovun el arasında ləqəbi piyanska idi. Bil- 
səniz o piyanska sözü hansı mənanı verir? Çünki onun vurub 
öldürdüyünə sorğu-sual yox idi. O Nikolayın sol böyründə 
oturur. 
 
**** 
İndi sizin nəzərinizə daha bir maraqlı  əhvalatı çatdırmaq 
istəyirik. Bir gün Cəlal bəy adamlarına əmr edir ki, toy gecəsi 
başa çatmamış gəlini götürüb mənim yanıma gətirin. Bundan 
xəbər tutan gəlinin valideynləri vahimə içində, ağlaya-ağlaya 


Фаиг Абдуллайев____________________________________  
 
302
özlərini Aslan bəyin yanına çatdırırlar: “Amandı, Aslan bəy! 
Namusumuz ayaqlar altına atılır. Sizin əminiz oğlu, general 
Calal bəy mühafizəçilərinə göstəriş verib ki, toy gecəsi gəlin 
birinci mənim yanıma gəlməlidir. Aslan bəy, sizə yalvarırıq. 
Ümidimiz göydə Allaha, yerdə sizədir. Ölmüşük, bizi yerdən 
götürün.” Bu xəbəri eşidən Aslan bəy bərk hiddətlənərək 
yüksək səslə bildirdi: “Biqeyrət, binamus. O, bizim nəslin 
adını biabır eləyir? Onun dərsini mən özüm verəcəm!” Və 
Aslan bəy dərhal adamlarına göstəriş verib Calal bəyin bütün 
mühafizəçilərini toy evindən oğurlatdırır. Toy axşamı Calal 
bəyə Aslan bəyin bir məktubu çatdırılır. Məktubda aşağıdakı 
sözlər yazılmışdı: “Biqeyrət, binamus. Sən bizim nəslin adını 
biabır eləyirsən? Bura Rusiya deyil, Zəngəzurdur. Burada 
namus məsələsi ilə  əlaqədar olan bütün məsələlər Rusiya 
qanunları ilə deyil, şəriət qanunları ilə həll edilir. Ona görə də 
verdiyin sərəncamın nə ilə  nəticələnməyini yadda saxla. 
Adamların hamısı salamatdır və toy gecəsindən sonra 
evlərinə buraxılacaqdır. Bundan sonra Zəngəzurda ya sən 
qalmalısan, ya mən!”  
 
Aslan bəy
 
Bu hadisədən sonra Zəngəzurdan Calal bəyi qovur. Calal 
bəy işin nə ilə qurtaracağını bilərək qəzanı tərk edir. 
Nuşirəvan müəllimin xatirələrində qeyd  olunur ki, Aslan 
bəy Qarabağa və Zəngəzura rəhbərlik edərkən  o bütün qəza-
ların mərkəzi olan  Şuşa şəhərində oturudu. Şuşalıların dedi-
yinə görə o zaman hər kəs ona Çaylı Aslan bəy dyə müraciət 
edirdi. Çaylı Aslan bəy həm  daşnak quldurlarını, həm də 
içimizdə olan quldurları böyük igidliklə zərəsrsizləşdirir, on- 
ları məhv edir, həbs etdiklərini də ədalət məhkəməsinə təhvil 
verirdi. İndi də onun cəsurluğu və qəhrəmanlıqları haqqında 
Şuşanın yaşlı adamları ürək dolusu danışırlar. O vaxtlar Qa- 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
303
çaq Nəbiyə  də Çaylı  Nəbi deyərmişlər. Qubadlı camaatına 
Çaylı eli deyərmişlər. Çünki Qubadlı  ərazisi Həkəri və  Bər- 
güşad kimi iki gözəl çay  vadisində yerləşirdi. 
Ermənistanın  Əcənan dairəsində ermənilər azərbaycanlı 
kəndlərini mühasirəyə alıb uşaqdan böyüyə hamını  qəddar-
casına qırırdılar. Mahruzlu kəndində yaşayan Ədil danışırmış 
ki, kəndimizdə adamların çoxunu qırdılar. Mənim altı qarda- 
şımı və bacım Mehribanı öldürdülər, meyitləri mənim üstümə 
yığdılar (Onlar məni ölü biliblər). Atam Kərbalayı Cavad qa- 
çıb atını və yazdığı məktubu naxırçıya verir, deyir ki, Qubadlı 
səngərinə çapsın, məktubu Aslan bəyə çatdırsın. Naxırçı 
məktubu  Əyin səngərində Aslan bəyə verir. O, adamları 
toplayıb məktubu onlara oxuyur. Səksən nəfərə yaxın adamla 
ora tələsir. Gedənlərin arasında Burcalı Hüseynov, Abbasəli 
Muradov,  Şirin Həşimov və başqa igidlər silahlanıb  Əcənan 
dairəsinə yollanır. Aslan bəy orada da ağıllı tədbir görür. On 
metr hündürlüyündə olan sıldırımla iyirmi səkkiz nəfərlə 
gedir. Qalan adamlara tapşırıq verir ki, Ermənilərin yaşadığı 
yeri mühasirəyə alsınlar. Onlara hər tərəfdən atəş açılsın. Özü 
isə  çətin yolla, sıldırımla gedir. Ermənilərin bərk saydıqları 
keşikçi qoymadıqları yerdən hücuma keçən iyirmi səkkiz 
nəfər atəş açan kimi hər tərəfdən atəş davam etdirildi. Erməni 
quldur dəstəsi darmadağın edildi. Aslan bəyin dəstəsi itki 
vermədi. Qalan adamları, yaralı  və ölənləri yeni hücum 
gözlənilən kənddən köçürüb gətirdilər.  Ədil müalicə edildi, 
sağaldı. Onların qisasını daşnaklardan aldığı üçün Əcənan 
kəndinin camaatı Aslan bəyə  təşəkkür və minnətdarlıq dolu 
məktublar yazdılar, onunla görüşlərində öz səmimi hisslərini 
dilə gətirməkdən çəkinmədilər. 
Aslan bəy vurulandan sonra Pəyhan deyilən yerdə qaya- 
ların arasında gizlənmişdi. Yaralar olduqca ağır və ciddi idi. 
Belə bir vəziyyətdə yaxınlıqdakı “tısıx” ləqəbli birinin keçdi- 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə