Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   76   77   78   79   80   81   82   83   84

Фаиг Абдуллайев____________________________________  
 
314
qala var. Ona görə Aslan bəylə görüşmək üçün onun yanına 
elçilərini göndərir. Aslan bəy onunla görüşə razılıq verir, gö- 
rüşə kiçik bir dəstə ilə gedir, görüş  zamanı Andronk ondan 
Xankəndinə gedərkən yolunun kəsilməməsini xahiş edir, 
onun təhlükəsizliyinə təminat alır, əvəzində vəd edir ki, bun- 
dan sonra Zəngəzurun  ərazisində bir müsəlmana da güllə 
atılmayacaq. Daşnak psixologiyasını  dərindən bilən Aslan 
bəy kimi bir  sərkərdə  düşməni öz metodu ilə  məhv etmək 
prinsipinə sadiq qalaraq Andronikin şərtləri ilə razılaşdığını 
bildirir. Amma qeyd edir ki, camaatın şübhələnməməsi üçün 
əvvəlcə silahları  keçirsinlər, sonra da ordu keçsin. Aslan bə- 
yin düşmənləri də yaxşı bilirdilər ki, o sözünə sadiq adamdır. 
Andronik də Aslan bəyin şərti ilə razılaşır. Aslan bəy də dər- 
hal öz adamlarından bir-neçəsini Sultan bəyin yanına göndə- 
rir, ona hazır döyüş planını verir və tapşırır ki, bu plan əsa- 
sında hərəkətə keçsinlər. Onun təlimatına görə  Mığı  dərəsi  
Androniki  “sürpriz qarşılama” üçün ən əlverişli yer idi. Daha 
sonra Aslan bəy öz ordusu ilə planını həyata keçirmək üçün 
hərəkətə keçir. Andronik ordusu öz əli ilə “bağışladığı” silah- 
larla tələyə salınaraq məhv edilir. Coğrafi cəhətdən Mığı 
dərəsi bir tərəfi sıldırım qayalar, digər  tərəfi də sərt dağlarla 
əhatələnmiş  dərədir. Daşnaklar atın, ulağın belində silah 
sursatı o tərəfə keçirdikdən sonra silahlar bizimkilərin  əlinə 
düşür, bundan xəbərsiz olan daşnaklar yollarına davam etdik- 
də isə bir tərəfdən Aslan bəyin, digər tərəfdən də Sultan bəyin 
silahlılarının gülləsinə tuş gəlirlər. Maraqlısı odur ki, daşnak- 
ları məhv edən güllələr onların öz silahlarından atılırdı. O dö- 
yüşdə Andonik özünə sadiq kiçik bir dəstə ilə geriyə- Gorusa 
tərəf  qaçıb canını qurtara bilirb. Bu hadisənin ən maraqllı və 
diqqəti çəkən cəhəti odur ki, Aslan bəy cəsarətini itirmədən 
Gorusun içində Androniklə görüşə gedib, daha sonra isə An- 
droniki inandıra bilib ki, camaat inansın deyə əvvəlcə silah- 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
315
ları o tərəfə keçirmək lazımdır və Andronik də buna inanıb. 
Andronik də Aslan bəyi inandırmağa çalışıb ki, camaata 
xəbər verə bilər ki, bundan sonra daşnaklar Zəngəzurda mü- 
səlman  əhalisinə qarşı bir də zorakılıq etməyəcəklər. Aslan 
bəy bu daşnak tülkülərinin hiylələrindən yaxşı xəbərdar idi və 
bilirdi ki, əgər Andronik Xankəndinə, Qarabağa keçib Dro ilə 
birləşərsə Qarabağda qan su yerinə axacaq. Ona görə  də    
Aslan bəy ilk baxışdan Andronikə inandığını göstərsə də An- 
droniki silahları göndərməyə, sonra ordunu çəkib aparmağa 
razı salır və qurduğu plan əsasında daşnaklara ağır zərbə 
vurur.  Bu döyüşdə  Aslan bəyin dəstələrinə Kəlbəcərdən və 
ətraf yerlərdən də sayseçmə igidlər köməyə  gəliblər. Aslan 
bəyin Andronik döyüşçülərini öz silahları ilə öldürməsi yerli 
camaat arasında şərəfli bir tarix kimi hörmətlə xatırlanıb. 
 
**** 
Rafiq müəllim atası Balaca Abdullayevdən eşitdiyi bir xa- 
tirəni də həmişə sevgiylə danışmağı xoşlayardı. Atası Balaca 
kişi deyərmiş ki, Aslan bəyin  general Semyonovla dostluğu 
bütün Zəngəzurda ağız-ağız gəzərdi. Bu dostluğun təməli As- 
lan bəy Ersevənikdə Semyonovu və onun ordusunu  daşnak 
mühasirəsindən  xilas etdikdən sonra qoyulmuşdu. Aslan bəy 
həmin mühasirədə Semyonovu real ölümdən xilas etmişdi. 
Bu hadisədən sonra Semyonovla Aslan bəyin arasında çox 
sıx dostluq münasibətləri qurulmuşdu.  
Günlərin birində Aslan bəylə Semyonov ova çıxırlar. Me- 
şənin dərinliyində olarkən onlar ceyran mələməsinin səsini 
eşidirlər.  Aslan bəy Semyonovdan soruşur: 
– O səsi eşidirsənmi? 
Semyonov cavabında: 
– Eşidirəm,- deyir. 


Фаиг Абдуллайев____________________________________  
 
316
Aslan bəyin  silahı qaldırıb hazır saxladığını görən Semyo- 
nov maraqla xəbər alır: 
– Nəyə güllə atmağa hazırlaşırsan? 
Aslan bəy sakitcə: 
– Ceyranın səsi bir də  eşidiləndə onu vuracağam. Mən 
onun səsini müşahidə edirəm. 
Semyonovu gülmək tutur: 
Bu mümkün deyil, heç  meşənin dərinliyində görünməz 
olan bir heyvanı da səslə təyin edib vurmaq olar?- deyir. 
Aslan bəy: 
– Olar, mən onu başından vuracağam, – deyərək bu zaman 
ceyranın səsinə doğru atəş açır. 
Güllə səsindən sonra bir anlıq sükut olur. Aslan bəy Sem- 
yonova deyir: 
– Gedək ovumuzu götürək. Mən onu başından vurdum. 
Semyonov dostunun bu sözlərini zarafat kimi başa düşür, 
onun dediklərinə  qəti inana bilmir. Onlar birlikdə bir qədər 
əvvəl səsi eşidilən ceyrana doğru səmt alırlar. Azacıq vaxt 
ötdükdən sonra onlar  ceyranın yanına yetişirlər. Bu zaman 
Semyonov gördüyü mənzərədən heyrətini gizlədə bilmir. Hər 
şey Aslan bəyin dediyi kimi idi – ceyran başından cəmi bir 
güllə ilə vurulmuşdu.    
Bu mənzərəni görən Semyonov dostunun fitri atıcılıq 
məharətinə heyranlığını gizlədə bilmir. Aslan bəy Semyonov- 
la dostluğu boyu  onu dəfələrlə belə heyrətamiz atıcılıq məha- 
rəti ilə heyrətləndirə bilmişdi. Semyonov növbəti ovların 
birində Aslan bəyin dediyi kimi, səmada uçan ördəyi dimdi- 
yindən vurmasını təsadüf kimi qəbul etmişdi. Aslan bəy Sem- 
yonova bunun təsadüf olmadığnı sübut etmək üçün dalbadal 
səmada uçan üç ördəyi də dimdiyindən vuraraq yerə salmışdı, 
bütün bunları görən Semyonov öz  dostu Aslan bəy Sultanov 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə