Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
298
ətraf kəndlərinizə heç bir pislik olmayacaq. Bundan sonra 
Zəngəzur müsəlmanlarına qarşı bizim tərəfdən heç bir basqı 
olmayacaq. 
Aslan bəy  Andronikə dedi:  
– Mən bu barədə düşünməliyəm. Üç gündən sonra sənə 
xəbər göndərərəm.   
Andronik Aslan bəyi onun atının yanına qədər müşayət 
etdi. Aslan bəy qayıdandan dərhal sonra Xələcli Lətif ilə 
Xallavalı Kərimi  yanına çağırıb dedi:   
– Qardaşlarım, Andronik mənə  təklif etdi ki, mən onun 
təhlükəsizliyinə təminat verim ki, itgisiz Susaya gedib gene- 
ralı Dro ilə görüşə  bilsin. Mən artıq bu barədə öz qərarımı 
vermişəm. Bu barədə öz hərbi planım da hazırdır. Bu hərbi 
plana görə Andranikin dəstəsi Laçının Mığı  dərəsinə  qədər 
getməli və orada mühasirəyə alınmalıdır. Bundan sonra bi- 
zimkilər planda göstərdiyim istiqamətlərdən hücuma keçməli 
və onları darmadağın etməlidir. Siz mənim çəkdiyim hərbi 
planı götürüb Laçına gedin və Sultan bəylə görüşün. Yaran- 
mış vəziyyətin ciddiliyini ona başa salın və deyin ki, mən üç 
gündən sonra Andronikə xəbər göndərməliyəm. 
 Lətiflə  Kərim həmin an atlanıb Ağbulaq yolu ilə Laçına 
yola düşdülər. 
Bir müddətdən sonra Laçına çatıb, Sultan bəylə görüşdü- 
lər. Sultan bəy onları xüsusi hörmətlə qarşıladı. Lətiflə Kərim 
Aslan bəyin Androniklə görüşməsi və bu görüşdə müzakirə 
olunan məsələlər barədə Sultan bəyi məlumatlandırdılar. 
Aslan bəyin hərbi planı ilə onu tanış etdilər və bildirdilər ki, 
Aslan bəy daşnakları məhv etmək üçün ən münasib yer Mığı 
dərəsini seçib. Sultan bəy bir mənalı olaraq Aslan bəyin hərbi 
planını  bəyəndiyini bildirdi. Sonra Lətiflə  Kərimə dedi ki, 
Aslan bəyə bildirin, biz onun hərbi planı üzrə hərəkət etməyə 
hazırıq. Lətif və  Kərim dərhal geriyə Aslan bəyin yanına 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
299
qayıtdılar və Laçındakı görüşləri barədə ona məlumat ver- 
dilər. Üç günün tamamında Aslan bəy Andronikin göndərdiyi 
nümayəndə heyətini qəbul etdi və onların təhlükəsiz hərəkə- 
tinə  təminat verdi. Ancaq bir şərtlə: O, insanların şübhələri- 
nin tamamilə götürülməsi üçün əvvəlcə silahlarını göndərmə- 
yi, sonra isə özlərinin hərəkət etmələrini şərt kimi irəli sürdü. 
Gələn adamlar bildirdilər ki, Andronik Aslan bəyin bütün 
şərtlərini qəbul etməyə hazırdır. Razılıq  əsasında Andronik 
əvvəlcə silah-sursatı yola salır, sonra isə özləri hərəkət etmə- 
yə başlayırlar. Aslan bəy plana uyğun olaraq döyüşçülərinə 
göstəriş verir ki, Laçına – Mığı dərəsinə çatıncaya qədər heç 
kim daşnaklara toxunmasın. Andranik hiyləsinin baş tutduğu- 
nu düşünərək arxayınlıqla öz dəstəsiylə Laçına doğru hərəkət 
etməyə başladı. Bir nüddətdən sonra Mığı  dərəsinə çatdıqda 
isə tamamilə başqa bir mənzərə ilə qarşılaşdı. Aslan bəyin 
planına uyğun olaraq daşnaklar üzük qaşı kimi mühasirəyə 
alınmışdı. Bir tərəfdən Lətiflə Kərimin, digər tərəfdən Sultan 
bəyin, başqa istiqamətdən Kəlbəcərdən və Zəngəzurun digər 
bölgələrindən gəlmiş igid oğulların mühasirəsində qalmış 
erməni daşnakları bu mənzərədən şok vəziyyətinə düşmüşdü- 
lər. Aslan bəyin hərbi planına uyğun olaraq müxtəlif istiqa- 
mətlərdən eyni zamanda hücum başlandı  və daşnak ordusu 
tamamilə darmadağın edildi. Ancaq təəssüflər olsun ki, kiçi- 
cik bir dəstə ilə Andronik qaçıb canını qurtara bilmişdi. 
Bununla da onun Dro ilə görüşmək planı alt-üst olur və çox 
böyük bir məğlubiyyətə uğrayır. 
 
**** 
Aslan bəy Əyin kəndində evdə oturmuşdu, qonşudan bərk 
qışqırıq səsi eşidir. Boğuq it səsi və bir  kişinin yalvarışı 
eşidilir: ay Allahı sevən, qoymayın bizi it yedi… 
Aslan bəy çölə  çıxanda gördü ki, qonşu itini bir dilənçi 
kişinin üstünə salıb. Dilənçinin yanında nəvəsi də var imiş. 


Фаиг Абдуллайев____________________________________  
 
300
Kişi uşağı qorumaq üçün əynindəki çuxanı  və başqa 
paltarlarını verir itin ağzına. Kişinin üst paltarları  didik-didik 
olmuşdur. Aslan bəyin qonşusu, Çolaq Astan və onun qaynı 
Fərman durub bu mənzərəni həvəslə seyr edirlər. Ailənin o 
biri üzvləri də tamaşaçıların sırasındadır. Bu mənzərəni görən  
Aslan bəy bərk əsəbiləşərək  gedib evdən tüfəngi götürür  və 
tüfəngi qaldırmağı ilə itin beyninin dağılmağı eyni vaxta 
düşür. Çolaq Astan: 
– Aslan bəy, qonşuyuq axı, iti niyə vurdun?- deməyi ilə, 
Aslan bəyin tüfəngi onlara tərəf tuşlaması çox çəkmədi. 
Onlar qorxudan qaçıb evə  doluşdular.  
Aslan bəy deyir: 
– Qırışmal köpəkuşağı, yolçunu itə yedirdir, özü də  həzz 
alır, hələ deyir ki, iti niyə vurdun. 
Aslan bəy yolçuların hər ikisini evə  gətirib öz paltarla-
rından onlara geydirib bir az da pay-para verdikdən sonra yo- 
la salır. 
Yeri gəlmişkən, bu xatirələri yazan Nuşirəvan müəllim 
Xələc kəndindəndir. 
 
**** 
Mən yuxarıda Aslan bəyin  əmisi oğlu çar generalı olan 
Calal bəy Sultanov barədə danışmışdım. İndi isə sizə onunla 
bağlı maraqlı bir əhvalatdan bəhs edəcəyəm. 
O həmişə  Zəngəzura gələndə  Xələc kəndindən olan Mə- 
həmməd kişinin müşayiəti ilə ətraf kənd və bölgələri gəzər və 
Rusiyaya yola düşməzdən  əvvəl Məhəmməd kişiyə ailəsinə 
bir il bəs edəcək qədər pul verərdi. 
Aslan bəy ilə əmioğlu olsalar da şıltaqlığına və rus təbiətli 
olmasına görə araları sərin idi. Məhəmməd kişi nəql edirdi ki, 
Gorusdakı mehmanxanadan Cəlal bəyi yola salırdım. Meh- 
manxanada başqa bir erməni generalı da var idi. Yaxınlıqdakı 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə