Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   76   77   78   79   80   81   82   83   84

Фаиг Абдуллайев____________________________________  
 
304
yini gördü və ondan evlərinə sifariş göndərmək üçün yanına 
çağırdı.”Tısıx” dünənki qarətçilərdən biri idi. Ona görə  də 
heç kəsin olmadığını görüb qisasını almaq üçün Aslan bəyi 
iki dəfə güllələdi. Beləliklə Aslan bəy həlak oldu.  
Artıq Aslan bəyin meyidinin yeri hamıya bəlli idi. Lakin 
hökumət adamları ciddi əmr vermişdilər ki, heç kim Aslan 
bəyin cəsədinə yaxın düşməsin. Buna baxmayaraq Aslan bə- 
yin əmisi oğlu, vaxtilə onun işçisi olmuş Behbud bəy Sulta- 
novun həyat yoldaşı Minə xanım heç nəyə məhəl qoymadan, 
öz həyatına risk edərək Aslan bəyin meyidinə yaxınlaşmışdır. 
Meyiti yuyub dəfn eləmək üçün Xələcli Abbasquluya adam 
göndərdilər. Meyit nəhayət ki, dəfnə hazır vəziyyətdə idi.  
Əyin, Çardaxlı, Xələc Tarovlu, Misdan, Xallava, Qarıqış-
laq, Hacılı, Məmmədli, Xudular, Qurdalaq, Şamsız, Ağbulaq 
camaatının demək olar ki, hamısı, qalan kəndlərin isə nüma- 
yəndə heyəti dəfndə  iştirak edirdi. Qarağac kəndinin  ərazisi 
insan dənizini xatırladırdı. Xalq öz qəhrəmanı, xilaskarı arxa- 
sı, ümidi ilə vidalaşmağa gəlmişdi. Camaatın nəzərini cəlb 
edən ağlayanlardan biri Bayram kişi idi. O ermənilərlə vuruş- 
da həlak olmuş tək oğlunun iyini Aslan bəydən alırdı. Aslan 
bəyin ölümü onun belini ikinci dəfə qırmışdı. Ağlayan ağbir- 
çək analardan biri erməni əsarətindən ailəlikcə azad olduqla- 
rına görə, digəri isə divansız bir yerlə haqqı-ədaləti bərpa 
etdiyinə görə Aslan bəyə dualar edir, rəhmətlər diləyirdilər. 
Təkcə bir nəfərin “tısıxın” nə üçün ağladığını bilmək müm- 
kün deyildi. O, ya cinayətinin açılmaması üçün Allaha yalva- 
rır və ya özü ölüm xofu ilə üzbəüz dayandığına görə kövrəlib 
yaş tökürdü.  
1922-ci il oktyabrında Mac kəndində hökumətdən küsmüş 
vəziyyətdə, atası Kərbəlayi Hüseyn bəyin kəndi olan Macda 
dincələn Aslan bəyə  mərkəzi hökumət başda Nəriman Nəri- 
manov olmaqla ona müraciət etdi. Aslan bəy Zəngəzurda baş 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
305
qaldırmış separatizmin qarşısını almaq, bu diyarın qəhrəmanı 
olan Sizə tapşırılır. Bu gün hər vəchlə Azərbaycanın parça- 
lanmasının qarşısı alınmalıdır. Mərkəzin bu müraciətinə ca- 
vab olaraq Aslan bəy ona sadiq olan bütün hərbi dəstələri 
qaldırır və qoçu Təhməzə öz tələbini göndərir. “Qoşu Təh- 
məz, bu gün Azərbaycanın heç bir ad altında parçalanmasına 
yol vermək olmaz. Ona görə də, öz dəstənizi Zəngəzurun Qu- 
badlı  qəzasının mərkəzindən, Xanlıq kəndindən  çəkin,  əks 
halda siz oradan zor gücünə çəkilmək məcburiyyəti qarşısın- 
da qalacaqsınız”. Bu tələbinə müsbət cavab almayan Aslan 
bəy bütün dəstəsini Xanlıq mərkəzinə yeridir Qoçu Təhməzi 
alnından vuraraq bu hərəkatı yatızdırır və bu bölgədə Azər- 
baycan hökumətini bərpa eləyir, buna görə də o ölkə rəhbər- 
liyi tərəfindən mükafatlandırılır.  
Deyilənləırə görə Qoçu Təhməz yaralanarkən öz yaxınla- 
rına vəsiyyət edib ki, Aslan  bəyə  mənim xahişimi çatdırın, 
məni özü dəfn etdirsin. Gədə-güdə atın quyruğuna bağlayıb 
sürüyərək məni biiman etməsinlər. Bu xahiş Aslan bəyə 
çatdırılan kimi göstəriş verir onu el adəti ilə dəfn etdirir. Bu 
əməl artıq bəyliyin fəlsəfəsini açır. Bütün bunları Savalan 
Şirinov danışarkən bir şeyi də xüsusi olaraq qeyd etdi. Aslan 
bəy Qoçu Təhməzi dəfn etdirərkən hamı çaşmışdı. Çünki 
birinci gülləni Təhməz ona atmışdı.  
Bu illərlə bağlı  aşağıdakı arxiv sənədi ilə tanış ola 
bilərsiniz. Çox təəssüflər olsun ki, xanlıq üsyanının yatırılma- 
sını da kommunistlər öz adlarına çıxıblar. Həmin göstərdiyi- 
miz sənəddən məlum olur ki, o vaxt Zəngəzur qəzasının fəal 
kommunistlərindən olan Aslan bəyin əmisioğlu Abbas Sulta- 
nov mərkəzə göndərdiyi məlumatında  bu üsyanın məhz As- 
lan bəy tərəfindən yatırılmasını gizli saxlamışdır. Səbəb də 
məlum idi. 


Фаиг Абдуллайев____________________________________  
 
306
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 85, saxlama vahidi  214 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
307
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Фаиг Абдуллайев____________________________________  
 
308
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
309
 
 
 


Фаиг Абдуллайев____________________________________  
 
310
 
**** 
Respublika Dövlət Elm və Texnika sənədlər arxivinin di- 
rektoru, əməkdar mədəniyyət işçisi Şahsuvar Həşimovun de- 
dikləri də son dərəcə maraq doğurur və onun xatirələrinin  
hamısı faktlara söykənir. Qeyd etmək lazımdır ki, Şahsuvar 
Həşimov əslən Zəngəzurun Əyin kəndindəndir.  
– Mən uşaq olanda yaşlıların söhbətlərini  həvəslə dinlə-
yərdim. Ən çox xoşuma gələn söhbətlər üzünü görməsəm də 
adını eşitdiyim yerli qəhrəman, igid şəxsiyyət  Aslan bəy Sul-
tanov haqqında idi.  
Mən onun 20 metr məsafədən iynəni güllə ilə vurması, 
ceyranı görmədən uzaq məsafədən onun səsi ilə yerini müəy- 
yənləşdirib güllə ataraq ovlayan və ətrafındakılara: “Mən onu 
başından vurmuşam, gedin gətirin”,- deyən  bir igid olması 
haqqında möcüzəyə, əfasnəyə oxşayan həqiqətləri az eşitmə- 
mişdim. Mən belə söhbətlərə saatlarla qulaq asmaqdan doy- 
mazdım.  Eşitdiyim çoxsaylı söhbətlərdən biri bu gün də 
xatirimdədir.  
Bir gün anama – Xalq yazıçısı Süleyman Rəhimovun 
böyük bacısı Qiymət xanıma yalvardım ki, keçmişdə gördüyü 
maraqlı hadisələrdən mənə danışsın. O tərəddüd etmədən 
həmyerlimiz Aslan bəy Sultanovdan söhbət açdı: 
– Bala, Aslan bəy çox igid və cəngavər bir insan idi. Bilir- 
sən, mən onun səviyyəsində başqa bir cəngavər eşitməmişəm. 
Aslan bəy  hədsiz çevik, cəld, namuslu bir şəxsiyyət idi. Bi- 
zim elin insanları ona pərəstiş edirdilər. Ermənilər bizim 
Əyin kəndi ətrafında canfaşanlıq edərkən, müsəlman qadınla- 
rın döşünü kəsir, uşaqları süngüyə keçirir, əsir götürdükləri 
azərbaycanlıların belinə qaynar samovar bağlayır, onlara ölə- 
nə qədər olmazın işgəncələr verirdilər. Bu zaman Aslan bəy 
əsl aslan kimi hərəkət edərək onların cavabını artıqlaması ilə 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə