Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   76   77   78   79   80   81   82   83   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
317
haqqında bir fikir deyirdi: “Ona Allah tərəfindən mahir atıcı- 
lıq istedadı verilib!” 
 
**** 
Günlərin birində Aslan bəyin kəşfiyyatı iki daşnak zabiti 
ələ keçirir. Onları istintaq etmək Aslan bəyə  həvalə olunur. 
Bu zaman Aslan bəy Semyonovla bir yerdə imiş. Söhbət əs- 
nasında Aslan bəy Semyonova deyir ki, bunlar kəşfiyyatımı- 
zın ələ keçirdiyi daşnak zabitləridir.  
Aslan bəy daşnak zabitləri ilə erməni dilində sorğu-suala 
başlayır. Sorğu-sual bitəndən sonra Semyonava işarə ilə bil- 
dirir ki, mən öz işimi bitirdim,  indi növbə sizindir.  
Bu mənzərənin şahidi olan və əsirlərlə çətinlik çəkmədən 
ermənicə danışdığını görən Semyonov  daşnak zabitlərini  rus 
dilində danışdırmağa başlayarkən onlardan aldığı ilk sual onu 
heyrətləndirir. Daşnak zabitləri maraqla xəbər alırlar: 
– Bizi sorğu-sual edən o adam erməni idi? 
Semyonov eşitdiyi sualdan heyrətlənir: 
– Məgər siz onun danışığında heç bir ləhcə hiss etmədi- 
niz? 
Daşnaklar: 
– Yox, qətiyyən, o təmiz erməni dilində danışırdı,- deyə- 
rək, cavab verirlər. 
Aslan bəyin həm rus, həm erməni dilində heç bir ləhcə 
biruzə vermədən, sərbəst, səlis danışa bilməsi Semyonovda 
ona qarşı daha böyük pərəstiş hissi oyadır. Semyonov Aslan 
bəyin belə gözlənilməz xüsusiyyətlərini kəşf etdikcə ona daha 
da sıx bağlanırdı. 
Aslan bəy Semyonovun onun erməni dilində sərbəst danı- 
şa bilməsinə təəccübləndiyini  gördüyündə ona demişdi: 
– Dostum, yadında saxla, düşmənini məhv etmək istəyir- 
sənsə, ilk növbədə onun dilini yaxşıca bilməlisən!   


Фаиг Абдуллайев____________________________________  
 
318
**** 
Zəngəzur kəndlərindən birində maraqlı bir hadisə baş 
vermişdi. Günlərin birində quldurlardan biri qolunun zoruna  
arxayın olub camaatın mal-qarasını zorla günün  günorta çağı 
əlindən alır. Camaat onun bu hərəkətinə etiraz edərək ona 
xəbərdarlıq ediblər ki, sənin bu hərəkətin barədə Aslan bəyə 
çatdıracaıq. Quldur da arxayın-arxayın deyib ki, gedin kimə 
nə deyirsiz deyin! 
Mal-qarası  oğurlanan adamlar özlərini ümid yerləri olan 
Aslan bəyə çatdırırlar və hadisəni olduğu kimi ona danışırlar. 
Bu xəbəri eşidən Aslan bəy bərk qəzəblənir və ona pənah gə- 
tirən adamlara deyir ki, narahat olmayın, o elədiyi hərəkətin 
cavabını alacaq.  
Aslan bəy vaxt itirmədən elə  həmin gecə bir-neçə yaxın 
adamı ilə quldurun  evinə yollanır. Qapı-baca bağlı, həyətdə 
canavar kimi vəhşi itlər olan bir evin həyətinə girməyin 
mümkün olmadığını düşünən quldur evində arvad-uşağı ilə 
yatırmış. Aslan bəy əvvəlcə itləri zərərsizləşdirib, itlərin səsi 
belə çıxmadan hamısı öldürülür. Evin qapısını açaraq evə gi- 
rən Aslan bəy  hazır saxladığı tüfəngin lüləsini onun başına 
tuşlayır, bu zaman quldurun yanında yatan arvadını görəndə 
tüfəngini geri çəkir, patrondaşdan iki patron çıxarıb quldurun 
qulaqlarının dibinə qoyaraq  evi tərk edir.  
Səhər yuxudan ayılan quldurun arvadı yataqda olan pat- 
ronları görəndə haray-həşir salır. Quldur yuxudan oyanıb pat- 
ronlara baxanda məsələnin nə yerdə olduğunu anlayır. Bu 
hərəkəti ancaq Aslan bəyin edəcəyini başa düşən quldur vaxt 
itirmədən bir-neçə ağsaqqalını da götürüb Aslan bəyin görü- 
şünə gedir. Quldur  bəyin ayağına düşərək yalvarır və deyir: 
– Bəy, məni öldürsəydin bundan yaxşı olardı. Mən sənin 
igidliyinin qarşısında baş  əyirəm. Sən ki, məni arvadımın 
yanında vurub öldürmədin, ömrüm boyu sənə qulam.  


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
319
Aslan bəy də ona: 
– Səni bu ağsaqqallara bağışlayıram, bir də belə qələt elə- 
mə! Camaatın malını apar özünə qaytar. 
O da verdiyi sözü tutaraq malını əlindən aldığı adamlarla 
görüşüb, onlardan üzr istəyib və apardığı mal-qaranın hamısı- 
nı onlara qaytarıb. 
 
**** 
Deyilənlərə görə Zəngəzur kəndlərindən birində  günlərin  
birində çox murdar bir hadisə baş verib.  Bir evin  qadınla- 
rının zivədən asılan bütün alt paltarlarını gecə ikən gəlib 
oğurlayıb aparıblar. Bu fakt həmin dövrdə ailə üçün, bütün 
nəsil üçün böyük bir biabırçılıq hesab olunurdu. Səhər tezdən 
ev sahibi bu mənzərənin  şahidi olur. Onlar bu hadisədən 
başlarını itirir, məyus olur, nə edəcəklərini bilmirlər. Bu 
şərəfsizliyi hansı düşmənlərinin onlara etdiyini  yəqinləşdir- 
məyə çalışırlar. Bu zaman  oğlunun  hadisədən  az qala dəli 
olacağını görən anası yerindən qalxaraq deyir: 
– Gedirəm Aslan bəyə hər şeyi deyəm... Bu xainlərin cəza- 
sını ancaq o verəcək! Oğlum, Allahdan ümid kəsilməz.  
Qadın vaxt itirmədən Aslan bəyin yanına gedir, bu vaxt 
Aslan bəy evdə yox imiş. Qadın  hadisəni evdə olan yaşlı qa- 
dınlardan birinə danışır. Az sonra Aslan bəy də  gəlib çıxır, 
evdə olan yad qadını gördükdə mehribanlıqla xəbər alır: 
– Ay bacı, gəlişin xeyirdirmi?  
Qadın cavab verməyə utandığından susur, bu vaxt evdəki 
yaşlı qadın astaca Aslan bəyə yaxınlaşıb hadisəni eşitdiyi ki- 
mi ona çatdırır, bu xəbərdən hiddətlənən   bəy: 
– Binamuslar! Biqeyrətlər! – deyərək ayağa qalxır, üzünü 
qadına tutur və əlavə edir: – Narahat olma,  bacı, onlar  etdik- 
ləri binamusluğun  cavabını alacaqlar.  


Фаиг Абдуллайев____________________________________  
 
320
Aslan bəy dərhal yanındakı döyüşçülərinə “atlanın” əmrini 
verir. Aslan bəyin kəşfiyyatı tez bir zamanda hadisənin kim- 
lər tərəfindən törədildiyini müəyyənləşdirir. Aslan bəy dərhal 
həmin adamları tapmağa yola çıxır. Şərəfsizlik edən adamla- 
rın kəndlərinin girəcəyində, hündür bir təpənin üstünə çıxaraq 
havaya bir-neçə  güllə atır. Kənd camaatı  təşvişə düşür, elə 
zənn edirlər ki, kəndə basqın olub. Tez hər kəs silaha əl atıb  
atlanaraq Aslan bəygilin qərar tutduqları təpəyə doğru çapıb- 
lar.  Bu zaman Aslan bəy uzaq məsafədən ona doğru gələn ilk 
atın alnının ortasından vuraraq atı öldürür. Daha sönra növbə- 
ti atları da eyni qayda ilə  və eyni yerdən vuraraq öldürərək 
atlıları yerə sərir. Bu zaman heyrət içində olan kənd adamları 
bir-birlərinə sual edirlər ki, bu adam nədən bizi yox, atları- 
mızı vurub öldürür, burda nəsə  bir iş var. 
 Bu vaxt haraya yetişən kənd ağsaqqaları  gəlib bir-neçə 
atın eyni yerdən, eyni qayda ilə qaşqasından vurulduğunu 
görən kimi, hadisəni anlayıblar və hər kəsə deyiblər ki: 
– Bu Aslan bəydir, xəbərdarlıq edir, nəsə ciddi bir şey 
olub! 
Ağsaqqallar dərhal kənd camaatından xəbər alırlar ki, nə 
olub ki, Aslan bəy belə qəzəblənib, hər şeyi bilməliyik, yoxsa 
Aslan bəy hamımızı güllədən keçirdəcək. 
Bu vaxt qorxu içində olan kənd adamları gecəki hadisəni 
ağsaqqallara çatdırırlar. Ağsaqqallar əllərinə  təslimçilik rəm- 
zi sayılan ağ  mələfəni başlarının üstünə qaldırıb Aslan bəyə 
doğru gedirlər.  
Aslan bəylə görüşən ağsaqqallar onun ayaqlarına düşüb 
yalvarırlar ki: 
– Bəy, kənd cavanlarının qanını bizim ağsaqqallığımıza 
keç. Onları balalarının başına dola, bağışla. Pal-paltarları da 
öz ağbirçəklərimizlə aparıb yiyəsinə çatdıracağıq...  


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə