Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə80/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   ...   76   77   78   79   80   81   82   83   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
311
verərdi. Onun seçdiyi məkanlardan biri də, bizim uzun illər 
Ocaq zəmi adlandırdığımız sahə idi. Həmin Ocaq Zəmi ətraf 
kəndlərdən Ermənistana gedən yolun üstündəydi. Bu yoldan 
həm də Ermənistanın yaxın kəndlərindən gələrək bizim qonşu 
kəndlərdə canfəşanlıq edən, günahsız insanlara işgəncələr 
verən erməni daşnakları da keçərdi. Aslan bəy həmin daşnak- 
lara layiqli cəzalarını vermək üçün təklikdə Ocaq Zəmiyə 
gedərək otlardan başna papaq düzəldib, bədəninə də otlardan 
örtük düzəldərək (komfulyaj) heç kəsin diqqətini cəlb etmə- 
dən zəminin ortasında özünə mövqe tutardı. Daşnak quldur- 
ları oradan keçərkən Aslan bəyin gülləsinə tuş  gələr, məhv 
edilərdi. O zəminin ortasında tutduğu mövqedən o qədər tə- 
səvvürolunmaz sürətlə qalxıb atəş açar, daşnakları vurar və 
yenidən mövqe tutardı ki, daşnaklar güllənin haradan atıldığı- 
nı    təyin etməyə macal tapmazdılar. Bu metodla Aslan bəy  
orada olan daşnakların axırına çıxardı.   
Ağsaqqallar deyirdilər ki, Aslan bəy Zəngəzurun hər bir 
yerində törədilən daşnak vəhşiliklərinin cavabını artıqlaması 
ilə verərdi. Ən çətin anlarında insanlar ümidlərini Asln bəyə 
bağlayar, ona – öz qəhrəman sərkərdələrinə arxalanardılar. 
Aslan bəy günahı olmayan heç kəsə, hətta günahsız erməniyə 
belə güllə atmazdı. Xalq arasında deyərmişlər ki, o ancaq za- 
lımlara qarşı zalım olub.  
Yaşlı adamlar deyərmiş ki, Aslan bəy yaxın  ətrafları ilə 
oturub dərdləşərkən tez-tez bu el məsəlini işlədərmiş: “Keç- 
mə namərd körpüsündən qoy aparsın sel səni, yatmam çaqqal 
yatağında aslanlar yesə məni.” 
O dünyasını da  əsl aslan kimi, düşmən qabağında əyilmə- 
dən dəyişdi. Tülkülər, çaqqallar qarşısında ölümün gözlərinin 
içinə düz baxaraq  dəyişdi. Çünki qəhrəmanlıq missiyadır, o 
tanrı  tərəfindən verilir, vəzifə tutmaq deyil. Seçilmiş  qəhrə- 
manlar  ölərkən də öz ölümləri ilə son qəhrəmanlıqlarını edib 


Фаиг Абдуллайев____________________________________  
 
312
dünyadan köçürlər. Çünki şüurlu ölümdən qorxmayan insan- 
lara mənəvi ölüm yoxdur. Əsl qəhrəmanlar şərəfli ölümü düş- 
mən qarşısında əyilməkdən üstün tutanlardır! Qəhrəmanlığın 
fəlsəfəsi də elə budur.  
Şahsuvar müəllim onu da dedi ki, o zamanlar məsul vəzi- 
fələr tutmuş  İsmayıl  Şəfiyevdən soruşanda ki, rəhbər vəzifə 
tutmuş komissarların xarakteri necəydi? İsmayıl müəllim belə 
cavab verdi: Onların hamısı kitablarda təsvir olunan kimi de- 
yildilər. Məsələn, yollar və rabitə komissarı Çingiz İldırım 
M.Qorkinin təbirincə deyildiyi kimi şimşək, od, alov deyildi. 
Tez-tez yığıncaqlarda Çingiz İldırım müxtəlif vədlər verər, 
lakin bunlara əməl etməzdi. Mənim də iştirak etdiyim iclasla- 
rın birində o yenə də vədbazlığını davam etdirdi. İclas zalın- 
dan çölə  çıxarkən biz hamımız onun xidməti avtomobilinin 
arxasında içində süpürgə olan bir vedrənin bağlandığını gör- 
dük. O xeyli əsəbiləşib bildirdi ki, məni  təhqir edəni tapa- 
cam.  İ.Şəfiyev onu sakitləşdirərək bildirir ki, sən onu tapa 
bilməzsən, çünki günahkar özünsən. Nə qədər yalançı vədlər 
vermək olar? Bu vedrəni bağlayan sənin yalançı vədlərindən 
təngə gələn sadə insanlardır.  
Tarix boyu yalan vədlər vermiş  hətta  şahların belə atla- 
rının quyruğuna süpürgə ilə vedrə bağlayırdılar ki, bir də ya- 
landan vəd verməsin, camaatı aldatmasn. 
 
**** 
Gorusun Qurdqalaq kəndində yaşamış, (vaxtilə Aslan  bə- 
yin milis işçilərindən biri olub) xalq arasında Geroy Əli ləqə- 
bi ilə tanınan ağsaqqallardan birinin söhbətlərinə görə  Qafa- 
nın Zeyvə kəndində Şamxal adlı bir gənci erməni daşnakları 
qətlə yetirmişdilər. Onun qohumları bu xəbəri Aslan bəyə 
çatdırırlar. Aslan bəy də öz növbəsində bu vəhşiliyə cavab 
olaraq həmin kənddə bu hadisəni törədənlərdən  Şamxalın 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
313
qisasını alır, daşnak dəstəsinin üzvlərindən, qətlin iştirakçıla- 
rından 38 nəfərinin başını  kəsdirərək onlara dağ  çəkib, gü- 
nahsız bir gəncin qanını alıb.  
Gorusun Qurdqalaq kəndində anadan olmuş Rafiq Abdul- 
layevin atası rəhmətlik Balaca Abdullayevdən eşitdiyi xatirə- 
lər də maraq doğurur. Rafiq müəllim deyir ki, atam Aslan bə- 
yin mahir atıcılığı ilə bağlı bir çox maraqlı əhvalatları həmişə 
ürək dolusu ilə nəql edərdi.   
Aliminiumdan olan qabı bir nəfər var gücü ilə havaya  
atar, qab yerə düşənə qədər Aslan bəy deyirmiş ki, o yerə ça- 
tana qədər onu neçə dəfə güllə ilə deşəcək. Qab yerə düşəndə 
Aslan bəyin verdiyi proqnoz tamamilə düz çıxarmış. Insanlar 
heyrətdən donub qalarmışlar. 
Başqa bir söhbətində kişi deyərmiş ki, toyuq yumurtalarını 
yolun sağından-solundan müxəlif məsafələrdə düzərmişlər, 
Aslan bəy də atın belində sürətlə çaparaq gələr, düzülmüş yu- 
murtaların hamısını güllə ilə vurarmış. 
Bir dəfə Aslan bəy  meşədə  ağacın dibində namaz qılar- 
kən onun düşmənlərindən biri bəyin namaz qıldığını görüb 
onu öldürmək fikrinə düşüb. Həmin adam onu öldürmək istə- 
yərkən canına bir qorxu xofu dolub, düşünüb ki, birdən güllə 
açılmaz, ya da çaxmağı çəkərkən onun çıqqıltısını eşidə bilən 
Aslan bəy onu cəld bir hərəkətlə vurub öldürə bilər. Bu hadi- 
səni sonralar həmin adamın özü etiraf edirmiş... 
 
**** 
Rafiq müəllim atasından eşitdikləri xatirələrə istinad edə- 
rək maraqlı bir hadisə danışdı. Andronik dəstəsi ilə Türkiyə 
ərazisindən keçib Zəngəzur kəndlərini talan edib, yandırıb, 
camaata divan tutub, kəndləri viran edərək Gorusa qədər gə- 
lib çıxmışdı. Ancaq o hiss etmişdi ki, Gorusdan Xankındinə 
keçmək üçün onun qarşısında Aslan bəy kimi keçilməz bir 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə