Фаиг Абдуллайев


Зянэязур асланы–Аслан бяй Султанов



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə2/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   ...   84

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
7
fində yüz illik bir plan olan düşmənin məkrli niyyəti 
Zəngəzuru Azərbaycanın tərkibindən çıxarmağa nail olmaqla 
bərabər, eyni zamanda bütövlükdə türk dünyasını coğrafi 
cəhətdən bir-birindən ayrı salmaq niyyətini güdürdü. Bununla 
da düşmən gələcək planlarına yol açmış olurdu.  Bu addımın 
atılması, Zəngəzurun ermənilərə verilməsi ilə  Türkiyə, Azər- 
baycan və Azərbaycanın  ayrılmaz parçası olan Naxçıvan 
coğrafi cəhətdən bir-birindən ayrı düşdü...   
Əldə etdiyimiz arxiv materiallarından, görüşdüyümüz və 
söhbətlər apardığımız insanların xatirələrindən məlum olur 
ki, uzun illər Azərbaycan tarixinin ayrılmaz bir parçası hesab 
edilən,  xəyanət və nüfuz savaşında erməni daşnaklarına  gü- 
zəşt olunan, uğrunda hələ də qanlar tökülən doğma Zəngəzur 
qəzasının tarixində xüsusi əhəmiyyət kəsb edən  şəxsiyyətlər 
az olmayıb. Tarix məhz o şəxsiyyətlərin hesabına yazılıb, 
tarixi məhz o şəxsiyyətlər yazıblar. 
Həmin insanların mübariz həyat yollarını, düşmənlə barış- 
mazlıq, dosta sədaqət  andı içən, ölümün gözünə dik baxa 
bilən, vətən, torpaq sevgisini həyatından üstün tutan qəhrə- 
manların  həyat  tarixlərini öyrənmək, onlar barədə  gələcək 
nəsilləri məlumatlandırmaq şərəf və insanlıq borcudur.   
Həmin dövr haqqında müxtəlif müəlliflərin, tarixçilərin, o 
dövrdə yaşayan insanların elmi əsərləri, bədii yazıları, 
xatirələri olsa belə, çox şeylər bəzən təhrif olunmuş, son 
dərəcə vacib olan tarixi faktların üstündən sükutla keçilmiş,  
bəzən isə  hətta həmin tarixə qarşı  ədalətsizlik, xəyanət 
edilmişdir. 
Bu kitab  janr etibarilə  sənədli-tarixi-publisistik nəşr ol- 
maqla yanaşı, həm də hüquqi terminologiya ilə  işlənmiş bir 


Фаиг Абдуллайев____________________________________  
 
8
tədqiqat işidir. Kitabın müxtəılif fəsillərində haqqında 
ümumilikdə danışdığımız  bir çox mətləblərə ayrı-ayrılıqda 
toxunacaq, fikirlərimiz barədə  ədalətli qərar verməyi sizin 
ixtiyarınıza buraxmağa çalışacağıq. Amma elə  bəri başdan 
nəzərinizə çatdırmaq istəyirik ki, bu yazı Azərbaycanın 
ayrılmaz bir parçası olan Zəngəzur mahalının  igid oğlu, 
əfsanəvi sərkərdə, unudulmaz tarixi şəxsiyyət, savadlı  və 
uzaqgörən lider, əhali arasında böyük nüfuz sahibi olan Aslan 
bəy Sultanova həsr edilir.  Aslan bəy Sultanovun yaşadığı 
ömür, keçdiyi şərəfli həyat yolu isə  hər bir azərbaycanlıya 
örnək və nümunədir. 
Haşiyə: Aslan bəy zadəgan nəslindəndir. Professor Ədalət 
Tahirzadənin araşdırmalarının birində deyilir: Görkəmli 
tədqiqatçı Ənvər Çingizoğlu özəlliklə Qarabağın əksər soyla-
rının tarixini arxiv bəlgələrinə  əsasən incəliklə öyrənərək 
ortaya qırxdan artıq sanballı kitab qoymuşdur. O, Sultanov-
ların da kökünü öyrənərək dəqiqləşdirmişdir.  Ənvər bəyin 
“Püsyan eli” (tarixi genealoji tədqiqat) adlı dəyərli yazısında 
Sultanovlar nəsli haqqında geniş bilgi verilir. Ənvər bəy 
yazır ki, Sultanovlar soyunun ulu babası XVII yüzilin 
sonlarında yaşamış,  şahdan sultan rütbəsi almış Hacı 
Məhəmməd bəy Püsyandır. Hacı  Məhəmməd sultanın 
törəmələri bəylərbəylik və xanlıq dönəmində Püsyan, rus 
üsuli-idarəsi dövründə Sultanov soyadı daşıyıblar. Aslan bəy 
Sultanov Hacı  Məhəmməd sultanın oğlu,  İbrahim sultanın 
oğlu, Pənah sultanın oğlu, Xanəmir sultanın oğlu,  İbrahim 
sultanın oğlu, Həsən sultanın oğlu, Nəsir sultanın oğlu, 
Məhəmmədəli bəy sultanın oğlu, Abdulla sultanın oğlu 
Kərbəlayı Hüseyn bəy Sultanovun oğludur. 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
9
Birinci fəsil 
 
Zəngəzur Aslanı - Aslan Bəy Sultanov 
 
Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov 1888-cu ildə 
Zəngəzur qəzasının Qubadlı rayonunun Hacılı  kəndində 
anadan olmuş, ilk təhsilini doğma kəndində–əmisi oğlu 
Həsən bəyin müdir olduğu ikisinifli dördillik təhsil müddəti 
olan rus məktəbində almışdır. Daha sonrakı  təhsilini isə 
Azərbaycanın  bir sıra ziyalılarının yetişməsində xüsusi rolu 
olan  Qori seminariyasında davam etdirmiş, daha sonra isə ali 
hərbi məktəbi bitirmişdir. 
1920-ci ilin aprelində Azərbaycan Demokratik Respub- 
likası Hökuməti bolşevik xəyanəti nəticəsində hakimiyyəti 
heç bir müqavimət göstərmədən bolşeviklərin ixtiyarına 
buraxdıqdan sonra Zəngəzur qəzası demək olar ki, tamamilə 
hərbi qüvvələrin nəzarəti altına keçmişdi. Azərbaycan 
Demokratik Respublikası hakimiyyəti dövründə  Zəngəzur 
qəzasında qəza  mahal pristavı  vəzifəsində  işləyən və eyni 
zamanda yerli hərbi qüvvələrə  rəhbərlik edən Aslan bəy 
Sultanov müsavat hakimiyyəti devrildikdən sonra başqa 
xəyanətlər və  məğlubiyyətlər  baş verməsin deyə, qəzadakı 
bütün hərbi qüvvələri birləşdirməyi qərara alır. Bu addımı 
atmaqla Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə 
götürür.  
Aslan bəy Sultanov tarixi məsuliyyəti öz üzərinə 
götürməklə  həmin dövrlərdə daşnak generalı Andronikə, 
onun yaratdığı daşnak hökumətinə, həmin hökumətin başçısı 
general Nijdeyə, müdafiə naziri general Droya və qeyrilərinə 
qarşı yaratdığı böyük bir hərbi qüvvə ilə vuruşur, mübarizə 
aparır.  


Фаиг Абдуллайев____________________________________  
 
10
Burada bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan 
Demokratik Respublikası hakimiyyəti dövründə  qəzada 
böyük hörmət və nüfuz sahibi olan Aslan bəy Sultanovun 
tövsiyyəsi ilə,  onun əmisi oğlu  Cəlil bəy Sultanov Zəngəzur 
qəzasından Azərbaycan Demokratik Respublikası parlamen- 
tinə üzv seçilmiş, siyasi fəaliyyətini şərəflə və vicdanla yerinə 
yetirmişdir. Onun parlamentdə qaldırdığı taleyüklü məsələ 
Cəlil bəyin kim olduğunu bir daha təsdiq edir.  
Азярбайжан  Республикасынын  баш  Милли  Дювлят  Архиви, 
фонд 894, сийащы 1, иш 119 
Копия с телеграммы из Карягино  в Баку 
Председателю Парламента  за №240/107 
От 21 января 1920 года. 
Зангезурском  уезде  чертвертый  день  идеть  наступ- 
ление  армянских  банды  совместно  регулярными  войс- 
ками  при  артиллерийском  и  пулемётном  огне  точке 
фронт  на  протяжением 50 весрть  от  Кубатлов  до 
Ходжагана точка жертвы колосальныя население  бежит 
панике  и  напрасно  просить  о  помощи  точка  Убедитель 
нейше  прошу  срочных  мерь  высылки  большого 
количества войске патронов точка от имени несчастнаго 
неселения уезда умоляю перейти от бумажных протестов 
активным  действиям  и  спасти  лучший  уголок 
Азербайджана  от  окончательной  гибели  точка  за 
Зангезуромь очередь Карабаху точка потерю всего этого 
ответствуете 
передь 
тюркскимь 
народом 
и 
Азербайджаном вы. 
Член парламента  Джалиль Султанов. 
С подлинным верно. 
Делопроизводитель. 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə