Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix25.07.2018
ölçüsü6,46 Mb.
#59054
1   2   3   4   5   6   7   8   9   ...   84

Фаиг Абдуллайев____________________________________  
 
20
İkinci fəsil 
 
Aslan Bəy Sultanov- Зянэязур Гязасында Alternativsiz 
Güc Sahibi 
 
Aslan bəy Sultanovun mərkəzi  bolşevik hakimiyyətinə nə 
qədər lazım olduğunu təsdiq etmək üçün bəzi arxiv 
sənədlərinə üz tutmağı vacib hesab edirəm.  
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
sənədlər arxivində  fond 1, siyahı 1, saxlama vahidi 24 qrifi 
ilə qorunan bir arxiv sənədinə istinad etmək yerinə düşər. Adı 
çəkilən sənəd 18 sentyabr 1920-ci il tarixində  Kommunist 
Partiyasının  Mərkəzi Komitəsinin və  Təşkilat Komitəsinin 
birgə iclasında çıxarılan qərarın surətidir. Həmin iclasda bir 
sıra bolşevik rəhbərlərlə yanaşı  Nəriman Nərimanov, Dadaş 
Bünyadzadə  və qeyriləri də  iştirak ediblər. Sənəd onu da 
təsdiq edir ki, iclasın işində o vaxtın müdafiə  və  dəniz 
komissarı vəzifəni tutan Əliheydər Qarayev də iştirak edib.   
Müzakirələr zamanı  çıxışçılar birmənalı olaraq qeyd 
ediblər ki, daşnak hökuməti ilə  müharibədə laçınlı Sultan 
bəylə birgə mübarizə aparmaq siyasəti heç bir nəticə 
verməyib.  Əslində isə bu siyasət  əhali arasında böyük 
narazılığa səbəb olub. Ona görə  də iclasda qərar çıxarıb 
müdafiə  və  dəniz komissarına tapşırılır ki,  Sultan bəyi və 
onun bandasını zərərsizləşdirmək üçün təcili tədbirlər görsün. 
Burada bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, 
o zaman Sultan bəyin qardaşı Xosrov bəy Sultanov həbs 
olunmuşdu. Mərkəzi hökümət onu həbsdən azad edib 
asanlıqla Zəngəzurda yerli sərkərdə kimi istifadə edə bilərdi. 
Burada bir məntiqi sual meydana çıxır: Nə üçün XI Ordunun 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
21
komandanlığı  və  mərkəzi hakimiyyət daşnak hökümətinə 
qarşı müharibədə Sultan bəydən, Xosrov bəydən,  əslən 
Zəngəzurlu, Azərbaycan  İnqilab Komitəsinin üzvü olan 
Çingiz  İldırımdan(Aslan bəy Sultanovun əmisi oğlu), onun 
himayə etdiyi yerli kommunistlərdən və qeyrilərindən yerli 
sərkərdə kimi istifadə etmədi? Bütün təhlil və götür-qoydan 
sonra mərkəz və XI ordu komandanlığı bu ağır və mürəkkəb 
tarixi  şəraitdə alternativsiz olaraq indiyə  qədər daşnakların 
ürəyində xof yaratmış, onun generallarını şəxsən məhv etmiş 
Aslan bəylə birləşmək qərarını  qəbul edir. Bundan sonra 
mərkəzi hakimiyyət ona fövqəladə  səlahiyyətlər verir. Bunu 
arxiv sənədi də təsdiq edir. 
Азярбайжан Республикасы Баш Милли Архиви, фонд 410, 
сийащы 1, иш 205. 
Nəyə görə yerli qəza hökumətini təşkil etmək üçün 
mərkəzdən verilən fövqəladə səlahiyyət Çingiz İldırıma yox, 
kommunist partiyasının üzvü olmayan Aslan bəyə verilir? 
Aslan bəy də ona verilən səlahiyyətdən istifadə edərək 
ətrafına inandığı, etibar etdiyi əqidə sahiblərini, kommunist 
partiyasının üzvü  olmayan adamlardan yerli qəza hökumətini 
təşkil edir. Aslan bəy  çox gözəl başa düşürdü ki, kommunist 
partiyası yeni qurulmuş bolşevik hökumətinin hakim 
partiyasıdır və yüksək vəzifəyə  də yalnız o partiyanın üzvü 
olanlar irəli çəkilməlidir. Həmin dövrə nəzər salsaq başqa heç 
bir yerdə görə bilmərik ki, kommunist partiyası üzvü 
olmayanlar  rəhbər vəzifələrə irəli çəkilsinlər.  
Mərkəz çox gözəl bilirdi ki, təpədən-dırnağadək 
silahlanmış daşnak hökuməti ilə müharibəni ancaq xalq 
içində böyük nüfuzu olan bir qəhrəman sərkərdə ilə   birləşib 
aparmaq mümkündür. Elə ona görə də XI Qızıl Ordunun 28-


Фаиг Абдуллайев____________________________________  
 
22
ci diviziyasının komandanı, general Semyonov (müəllif: XI 
Qızıl Ordu tərəfindən Zəngəzurda daşnak hökumətinə qarşı 
müharibə aparmaq missiyasını yerinə yetirirdi)  və onunla 
birlikdə  mərkəzdən Zəngəzura ezam olunmuş digər yüksək 
vəzifəli  şəxslər Aslan bəy Sultanovla görüşlərində ona 
bildirdilər ki, yeni yaranmış Sovet Hökuməti fəhlə-kəndli 
hökumətidir, ADR hökumətindən daha da demokratik bir 
hökumətdir. Sübut üçün də onu əsas götürmüşdülər ki, 
müsavat hökuməti dövründə yerli hakimiyyət mərkəzdən 
təyin edilirdisə, sovetlərdə  (fəhlə-kəndli hökumətində) isə 
yerli hakimiyyəti qurmaq  yerli əhalinin özünə həvalə olunur.  
Belə bir demokratiya, sərbəst seçim ixtiyarı  əldə etmək 
Azərbaycanın dövlətçilik tarixi boyu heç bir vaxt olmamışdı. 
Lakin tarix onu göstərdi ki, sovet hökuməti və demokratiya 
fikirləri bir-birinə zidd olan iki qütbə  bənzəyir. Bu tezislər 
yalnız sadə xalqı aldatmaq və yeni yaranmış hakimiyyət 
möhkəmlənənədək  əhalinin müqavimətinin qarşısını almaq 
üçün imiş. Xalq içində belə bir məsəl var; - Avazın yaxşı 
gəlir, oxuduğun Quran olsa... Bolşevik hökuməti də bu 
fikirləri ortaya atmaqla gözdən pərdə asmaq istəyirdi və buna 
da nail oldu. 
Bir məsələni də qeyd etməyi vacib bilirik ki, bir çoxları 
Aslan bəyin XI ordu ilə birləşməsinə başqa cür don 
geyindirməyə çalışırlar. Əvvəla onu bildirək ki, kimin kimlə 
birləşməsi barədə bir az əvvəl məlumat vermişdik. Həmin 
məlumatdan göründüyü kimi birləşmək təşəbbüsü XI ordu 
tərəfindən irəli sürülmüşdür. Çünki, mürəkkəb dağlıq relyefə 
və keçilməz meşələrə malik olan Zəngəzurda daşnak 
höküməti ilə müharibə aparmaq üçün kəşfiyyatın düzgün 
qurulması  ən başlıca  şərt idi. Bu kəşfiyyatı o yerlərin hər 


 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
23
qarışına bələd olan fitri hərbi istedada malik bir qəhrəman 
sərkərdə qura bilərdi. Ona görə  də XI ordu bu müharibəni 
udmaq üçün Alan bəylə birləşməyin labüd olduğu qərarına 
gəlmişdi.  
Mərkəzdən gələn qüvvələrlə Aslan bəyin  komandiri  
olduğu Zəngəzur igidlərinin məqsədləri, yəni XI Qızıl 
Ordunun 28-ci diviziyasının  komandanlığının Zəngəzurda 
daşnak hökumətunə qarşı    vuruşma niyyətiylə Aslan bəyin  
daşnak hökumtinə qarşı hazırladığı   müharibə  planı üst-üstə 
düşürdü. Bu yerdə “düşmənimin düşməni mənim dostumdur” 
fikrini xatırlamaq yerinə    düşür. Ona görə  də heç bir 
müqavimət göstərmədən XI qızıl ordunun 28-ci diviziyasının 
komandanlığı ilə birləşən Aslan bəy Sultanov onların 
təbirincə desək, son dərəcə demokratik olan fəhlə-kəndli 
hökumətinin qəzadakı yerli hökumətini qurdu. Yuxarıda da 
qeyd etmişdik ki, qəzada Aslan bəyin etibar etdiyi doğma 
adamlardan ibarət  qurduğu   yeni hökumətdə  təmsil olunan 
rəhbər vəzifəli  şəxslərin heç biri hakim kommunist 
partiyasının üzvləri deyildilər. Bu da onların heç bir siyasi 
məqsəd güdmədiklərinə tutarlı sübutdur.  Bunu arxiv 
sənədləri də təsdiq edir.  
Zəngəzur Qəzası yerli kommunist partiyasının məsul 
katibi olan Nəzər Heydərov mərkəzə ünvanladığı  28 aprel 
1921-ci il tarixli məktubunda qeyd edir ki,  “...qəza hakimiy-
yətinin başında kommunist partiyasının üzvü olmayan 
Sultanovlar dayanırsa, o zaman qəza hakimiyyətinin idarə 
olunmasında başıpozuqluq və  hərc-mərclik yaranır, 
kommunistləri isə tezliklə ölüm gözləyir. Mərkəzdən təcili 
kömək gəlməzsə qəzada sovet hökumətinin sonu olacaq!” 


Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə