Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

32 

 

fərqlənir. Tutqun şüşə almaq üçün fosfor turşusu kalsium duzu, sümük unu, kriolit 



(3NaF  .  AlF

3

)  qalay  oksidi,  talk  və  s.  tətbiq  edilir.  Tutqun  şüşə  az  işıq  buraxma 



əmsalına malikdir; sud şüşədə 0,5; opalda 0,6-dan az olmamalıdır. 

Rəngsizləşdiricilər  dəmir oksidinin  və  ya digər qarışıqların şüşəyə  verdiyi 

lazımsız rəngi və ya çalarları kənar etmək, yaxud zəifləşdirmək üçündür. 



Şəffaflaşdırıcılar.  Bunu  tətbiq  etməkdə  məqsəd  şüşə  kütləsinin  tərkibindən 

müxtəlif 

qaz 

və 


hava 

qabarcıqlarını 

çıxarmaqdan, 

həmçinin 

dəmiri 

oksidləşdirməkdən  ibarətdir.  Şəffaflaşdırıcılara  arsen  üç  oksid,  selitr,  natrium 



sulfat,  ammonium  duzları,  bəzən  rütubətli  ağac  və  başqa  Buxara  və  qazaoxşar 

maddələr  daxildir.  Şəffaflığı  keyfiyyətcə  yüksəltmək  üçün  şüşənin  ərimə  hərarəti 

artırılır  (bu  zaman  şüşə  kütləsinin  özlülüyü  azalır).  Bu  zaman  xırda  qabarcıqlar 

birləşərək iri qabarcıq halında şüşə kütləsinin səthinə çıxır. 



Oksidləşdiricilər    və  bərpaedicilər    şüşə  kütləsinin  alınmasına  şərait 

yaratmaq və saxlamaq üçün işlədilir. Ən çox natrium və kalium selitrləri, arsen üç 

oksid  tətbiq  edilir.  Kalium  selitri  yüksək  temperaturda  parçalanaraq  oksidləşdirici 

kimi çox effekt verir. Bərpaedicilərə koks və ya ağac kömürü halında tətbiq edilən 

karbon, yaxud qalay iki xlorid və s. aiddir. 

Şüşə  kütləsinin  bişmə  temperaturunu  sürətləndirmək  və  azaltmaq  üçün 

şixtanın  tərkibinə  ftorlu  kalsium,  həmçinin  bor  anhidridini,  kalium  nitrat  və 

natrium, alüminium oksidləri daxil edilir. Buraya xammaterialın hazırlanması, şüşə 

kütləsinin bişirilməsi və məmulatın formaya salınması da daxildir. 

Xammalın    emalı  və  şixtanın  hazırlanması.    Keyfiyyəti  şüşə  kütləsi  və 

hazır  məmulatlar  almaq  üçün  xammaterialların  ilkin  emalı  həyata  keçirilir.  Əsas 

maddənin  tərkibindən  və  növündən  asılı  olaraq  ilkin  emalı  təmizlənmə,  qurutma, 

xırdalama və s. kimi əməliyyatlar aid edilir. 

Qum  təmizlənir,  daha  doğrusu  müxtəlif  çirkdən  və  dəmir  oksidləri 

qatışığından  azad  edilir.  Bundan  ötrü  fiziki  və  kimyəvi  üsullar  –  maqnit  və 

elektroseparasiya,  təmizləmə,  ayırma,  çalxalayıb  çökdürmək,  yumaq,  flotasiya  və 

müxtəlif rentgenlərlə emal  üsulları tətbiq olunur. Kimyəvi və fiziki təmizləmə əsas 




33 

 

xammalın  müxtəlif  xassələrinə  və  kənar  qatışıqlara  əsasən  aparılır.  Qum  diqqətlə 



təmizləndikdən sonra gil qatışıqlardan azad edilmək üçün yuyulur və qurudulur. 

Əsas  materiallar  (əhəng,  təbaşir,  dolomit)  xırdalanır  və  yuyulur.  Əsas 

materiallar  elektromaqnitli  xüsusi  ələklərdə  ələnir  və  onlar  nəticədə  metal 

qırıntılarından, o cümlədən dəmir oksidlərindən təmizlənir. 

Şüşə kütləsinin tərkibinə az miqdarda rənglədicilər, şəffaflıq verən və başqa 

köməkçi  materiallar  daxil  edilir.  Ymumi  kütlədə  bərabər  paylanması  üçün  onlar 

daha  narın  üyüdülür  və  ələkdən  (1  sm

2

-də  4900-6400  gözcüyü  olan)  ələnir.  Şüşə 



qırıntıları  kimyəvi  tərkibinə  və  kəsiklərinin  böyüklüyünə  görə  sortlaşdırılır. 

Çirkdən təmizləmək üçün su ilə yuyulur, xırdalanır, elektromaqnitdən keçirilir. 

Hazırlanmış  xammal  materiallar  üyüdülür,  müəyyən  resept  üzrə  avtomat 

tərəzilərdə  çəkilir  və  eynicinsli  tozaoxşar  kütlə  alınana  qədər  diqqətlə  qarışdırılır. 

Bu şixta adlanır. 

Şixta  konusvari,  yaxud  boşqabvari  qarışdırıcıda  qarışdırılır.  Bişmə  yerinə 

daşınan  və peçə tökülən zaman şixtanın  laylara ayrılmasının qarşısını almaq  üçün 

onun  müxtəlif  sıxlıqlı  komponentləri  nəmləşdirilir  (4  faizə  qədər).  Bunun 

nəticəsində  soda  suda  həll  olaraq  natrium  hidrokarbonat  əmələ  gətirir.  Bu  da 

şüşənin əriməsini sürətləndirən əsas material hesab edilir. 



Şüşənin    əridilməsi.      Şüşənin  əridilməsini  aşağıdakı  əsas  mərhələlərə 

ayırmaq olar: 

1) Silikatın əmələ gəlməsi; 

2) Şüşənin əmələ gəlməsi; 

3) Şəffaflaşdırma, durulaşdırma; 

4) Homogenləşmə; 

5) Soyutma. 

 

Hər  bir  mərhələ  spesifik  cəhətləri  ilə  xarakterizə  olunur.  Keyfiyyətli  şüşə 



kütləsi  almaq  üçün  şüşənin  əridilməsi  mərhələləri  müəyyən  şərtlərə  riayət 

edilməklə aparılmalıdır. 




34 

 

 



Silikatın   əmələ  gəlməsi.  Bu mərhələdə rütubət, su (100-128

0

C-də) ayrılır, 



qızdırma  davam  etdikcə  bərk  vəziyyətdə  ikiqat  natrium-kalsium  karbonat  əmələ 

gəlir. 600

0

C temperaturda turşulu qaz ayrılmağa başlayır. 830



0

C qədər qızdırdıqda  

ikiqat    karbonatın  silikatla  qarşılıqlı  təsiri  nəticəsində  karbon  turşulu  qaz  ayrılır, 

şüşəni  köpükləndirir  və  bu  əriməyə  daha  aktiv  təsir  edir.  Onun  nəticəsində  740-

800

0

C  temperaturda  ərinti  əmələ  gəlir.  Ikiqat  karbonat  oksidlərə  parçalanır, 



kalsium oksid SiO

2

-ilə reaksiyaya  girərək  karbosilikat (CaO . SiO



2

) əmələ  gətirir. 

Bu  zaman  şixta,  tərkibində  çoxlu  qaz  olan  silikata  çevrilir.  Bu  dövr  1000

0C

 



temperaturda qurtarır. 

 Şüşənin  əmələ    gəlməsi    temperaturanın  artması  nəticəsində  qum  dənələri 

və silikatlar əriməyə başlayır. Şüşə kütləsi daha şəffaf və hərəkətli olur, lakin onda 

hələ  çoxlu  qaz  və  bərk  hissəciklər  olur.  Şüşə  1150-1500

0

C  temperaturda  əmələ 



gəlir  və  bu  silikat  əmələ  gəlməsindən  diffuziya  prosesinin  böyük  intensivliyi  ilə 

fərqlənir. 



Şəffaflaşdırma.    Bu  mərhələdə  şüşə  kütləsi  qaz  və  hava  qabarcıqlarından 

azad  olur.  O  keyfiyyətli  şüşə  kütləsi  almaq  üçün  daha  mürəkkəb  və  lazımlı 

mərhələdir.  Şəffaflaşdırma  1400-1500

0

C  temperaturda  aparılır,  bu  zaman  şüşə 



kütləsinin  özlülüyü  azalır,  temperaturun  artması  şüşədən  qabarcıqların  daha  asan 

ayrılmasına kömək edir. Şəffaflaşdırma  nəticəsində şüşə kütləsi şəffaf  və bircinsli 

olur. 

Homogenləşmə.  Homogenləşmə tam ərimə temperaturunda, şüşə kütləsinin 

şəffaflaşdırılması  ilə  eyni  zamanda  aparılır.  Bunun  üçün  şüşə  kütləsi  sakit 

vəziyyətdə  saxlanılır,  kimyəvi  tərkibi  ilə  bərabərləşdirilir  və  şüşə  kütləsini  damar 

nöqsanından azad edir. 

 

Soyutma  .    Bu  mərhələdə  ərimiş  şüşə  kütləsinin  temperaturu  200-300

0



aşağı  salınır.  Bu  temperaturda  şüşə  kütləsi  məmulat  istehsalı  üçün  hazır  olur  və 

ıstehsal olunacaq  məmulatların  növündən asılı olaraq formayasalma üsulu seçilir. 

Növündən, ölçüsündən, kütləsindən, təyinatından formasının  mürəkkəbliyindən və 

kimyəvi  tərkibindən  asılı  olaraq  məmulatlar  əl  və  maşın  üsulları  ilə  formaya 




Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə