Fakultə : «Əmtəəşünaslıq» Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi


 ŞÜŞƏ MƏMULATININ EKSPERTIZASI ZAMANI NAXIŞLANMANIN



Yüklə 379,8 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix07.04.2018
ölçüsü379,8 Kb.
#36239
1   ...   6   7   8   9   10   11   12   13   14

38 

 

4. ŞÜŞƏ MƏMULATININ EKSPERTIZASI ZAMANI NAXIŞLANMANIN 



VƏ NAXIŞ NÖVLƏRININ ƏHƏMIYYƏTI 

 

Şüşə  məmulatının  bədii-dekorativ  dəyərini  artırmaq  üçün  müxtəlif  naxış 



üsulları tətbiq edilir. 

Üfürmə  şüşə  qablar  həm  istehsal  prosesində,  həm  də  hazır  olduqdan  sonra 

naxışlanır. Buna görə də şüşə məmulatlarda tətbiq edilən naxışları 2 qrupa bölmək 

olar: 


1.  Məmulatda isti emal prosesində əmələ gətirilən naxışlar; 

2.  Məmulatda son emal prosesində (soyuq halda) əmələ gətirilən naxışlar. 

Şüşə  məmulatda  isti  emal  prosesində  əmələ  gətirilən  naxışlara  rəngli  şüşə, 

əlvan qatlı şüşə, şixta, dolaşıq sap, bərq, atlas, fotohəssas şüşə, rəngli səpmə, şüşə 

çubuq və sap, rəngli şamot kütləsi, quten emalı, daxili spiral, sulfid sink şüşə, optik 

naxışları, həmçinin surozol və qabarcıq naxışı, fiqurlu qulp və ayaq daxildir. 



Rəngli  şüşə.  Rəngli  şüşə  dolğun  və  açıq  rəngdən  tünd  rəngə  keçən  rəngdə 

olur.  Açıq  rəngdən  tünd  rəngə  keçən  rəngli  məmulat  əksəriyyətcə  qalın  dibli 

istehsal  olunur.  Burada  şüşənin  kütləsinə  boyaq  əlavə  edilir,  bəzən  də  məmulatın 

gövdəsi və çox az halda ayağı boyanır. 



Əlvan  qatlı  şüşə.  Bu  rəngsiz  şüşə  olub,  səthi  rəngli  nazik  qatla  örtülür. 

Əlvan qatlı məmulat hazırlamaq üçün qabaqca rəngsiz şüşə kütləsindən məmulatın 

bankası  üfürülür.  Və  sonra  bu  bankanın  üzərinə  nazik  rəngli  şüşə  kütləsi  əlavə 

edilib,  hamısı  birlikdə  qəlibdə  üfürülür.  Rəngsiz  şüşənin  ciddi  üfürülməsi 

nəticəsində  rəngsiz  şüşə  rəngli  şüşə  ilə  birlikdə  əriyib  birləşir.  Hazır  məmulatın 

qəlibinin xarici divarı su ilə isladılır və məmulat qəlibdən ayrılır. 

Bir  qayda  olaraq  əlvan  qatlı  məmulat  əlavə  almaz,  nəqqaşlıq  və  s.  naxışlar 

ilə  naxışlanır.  Rəngsiz  və  rəngli  naxışlar  eyni  termiki  genişlənmə  əmsalına  malik 

olur. Əlvan qatlı məmulat bir qayda olaraq ikiqat və çox az hallarda üçqat olur. 

Fotohəssas  şüşə.  Belə  şüşədən  məmulat  alınmasının  mahiyyəti  aşağıdakı 

kimidir: tərkibində adi komponentlərdən başqa kalloid boyaqlar (qızıl, gümüş, mis) 




39 

 

olan  şüşə  kütləsindən  formaya  salınmış  məmulata  civəli-kvars  lampasından  işıq 



salınır.  Sonra  isə  isti  emaldan  keçirilir.  Şüşədə  işığın  qısa  dalğasının  təsiri 

nəticəsində  fotokimyəvi  reaksiya  gedir  ki,  bu  da  kristallaşma  mərkəzinin  əmələ 

gəlməsini və isti emal nəticəsində isə kalloid hissəciklərinin artmasını sürətləndirir. 

Kalloid  boyaqlar  yalnız  işıq  salınan  yerlərdə  əmələ  gəlir.  Işıq  salınmayan 

yerlərdə  isə boyaq əmələ  gəlmir.  Boyağın  rəngi  müxtəlif çalarlı, qızılı, çəhrayı  və 

qırmızı  olur  (bu,  şüşənin  tərkibinə  daxil  edilən  qızıl  və  gümüşün  miqdarından 

asılıdır). 

Ayrezol şüşə. Ayrezol nazik təbəqə əmələ gətirən  maddələrin məhlulundan 

ibarətdir.  Bunun  üçün  müxtəlif  metalların  duzları  dəmirin,  sinkin,  qalayın, 

kadmiumun  və s. xlorlu  və sirkə turşulu birləşmələri tətbiq edilir.  Ayrezol duzları 

distillə edilmiş suda və üzvi həlledicidə (xörək duzu əlavə edilməklə etil spirtində, 

efirdə,  asetonda)  həll  edilməsi  nəticəsində  hazırlanır.  Ayrezol  emal  etmə  yolu  ilə 

şüşənin isti səthində duz məhlulunun parçalanması nəticəsində əmələ gəlir. 



Qabarcıq  naxışı.  Məmulatda  qabarcıqların  yerləşməsi  çox  müxtəlif  spiral, 

məmulatın yuxarı, yaxud aşağı hissəsində qabarcıqlar qrupunun toplanması halında 

ola  bilər.  Onların  ölçü  və  formaları  müxtəlifdir.  Bu  naxışın  əmələ  gətirilmə  üsulu 

mürəkkəb  deyil:  rəngsiz  və  ya  rəngli  şüşə  azca  üfürülür  və  ona  lazımi  formanı 

vermək  üçün  diyirləndirilir.  Bundan  sonra  şüşə  səthinin  yuxarı  hissəsində  iynəsi 

olan  sökülə  bilən  metal  formaya  yerləşdirilir.  Və  güclü  üfürülür.  Bununla  da 

formadan çıxarılmış şüşə kütləsinin səthində hava ilə dolmuş çökəklər qalır. Sonra 

təzədən  şüşə  kütləsi  əlavə  edilir  ki,  yenidən  üfürülür.  Nəticədə  şüşənin  daxilində 

qabarcıqlar əmələ gəlir. Məmulatın son tərtibatı adi metal formada aparılır. 

Dalğalı  naxış.  Şüşənin  hazırlanmış    pulkası  şaquli  kəsikləri  olan  metal 

formaya  üfürülür,  nəticədə  məmulatın  üzərində bərabər  düzülmüş çıxıntılar əmələ 

gəlir. Onlara dalğavari hamarlıq vermək üçün axırıncı üfürülmə adi hamar formada 

aparılır. 



Bərq.  Bu  naxışı  əldə  etmək  üçün  məmulat  isti  halda  stronsium 

birləşmələrini  əlavə  etməklə  qalay  və  ya  gümüş  xloridin  buxarında  emal  edilir. 




40 

 

Bunun nəticəsində məmulatın səthində göy qurşağının bütün rənglərinə qalan nazik 



bərq  təbəqəsi  əmələ  gəlir.  Soyuq  emal  mərhələsində  bu  məqsəd  üçün  titan 

dördxlorid tətbiq edilir ki, bu da qəşəng bərq təbəqəsi əmələ gətirir. 



Şixta  naxışı.  Şüşə  kütləsi  soyuq  suya  salınır,  sonra  peçdə  qızdırılır.  Bu 

əməliyyat  üç  dəfə  təkrar  edilir,  sonra  şüşə  formaya  üfürülür.  Bunun  nəticəsində 

məmulatın  səthi  iri  və  xırda  qatlarla  örtülür.  Qızdırılan  zaman  xarici  qatlar  əriyir, 

daxili qatlar isə şüşədə naxış əmələ gətirir. Bu naxışı şüşəyə müxtəlif rəng çalarlığı 

verməklə  müxtəlifləşdirmək  olar.  Bundan  ötrü  şüşə  kütləsi,  yaxud  şüşə  məmulat 

soyuq  suya  salınana  qədər  tozla  örtülür.  Rəng  çalarlığı  daxili  qatların  naxışına 

uyğun məmulata effektli xarici görünüş verir. 

Mərmər  naxışı.  Bu  naxış  iki  qatdan  (ağ  süd  rəngində  və  rəngsiz  şəffaf) 

olur.  Bu  qatların  arasına  müxtəlif  formada  4-8  mm  ölçüdə  əlvan  şüşə  qırıntıları 

tökülür  və qəlibə  üfürülür. Mərmər  naxışlı  məmulat əldə edilməsi üçün süd rəngli 

bankanın  üstünə  döyülmüş  əlvan  şüşə  qırıntıları  səpilir  və  sonra  üzərinə  peçdən 

rəngsiz  şüşə  kütləsi  bulaşdırılıb  qəlibdə  üfürülür.  Şüşədə  rəngli  zolaq  əmələ  gəlir 

ki, bu da mərmərdəki damarcığı xatırladır. 



Dolaşıq  sap  naxışı.  Bu  naxış    məmulatın  gövdəsindəki  qabarıq  torpaqdan, 

yaxud  da  rəngli  şüşənin  tellərindən  əmələ  gətirilən  spirallardan  ibarətdir.  Bundan 

ötrü  rəngsiz  şüşə  borucuqla  birlikdə  dayağın  üzərinə  yerləşdirilir.  Dayaq  vintlə 

hərəkətə  gətirilərək  fırlanır  və  şüşəyə  qızdırılmış  rəngli  şüşə  çöpləri  yapışdırılır. 

Rəngli sap bankanın səthinə sarınır. 

Daxili  spiral  naxışı.  Daxili  spiral  naxışlı  məmulat  çox  mürəkkəb  üsulla 

hazırlanır.  Burada  rəngli  nazik  şüşə  çöpləri  xüsusi  qəlibin  divarlarına  düzülür  və 

sonra  həmin  qəlibə  rəngsiz  şüşədən  banka  salınır.  Qəlibin  divarlarına  düzülmüş 

şüşə  çöpləri  əriyib  bankaya  yapışandan  sonra  həmin  banka  qəlibdən  çıxarılır  və 

maşa  ilə tutulub öz oxunun ətrafına çevrilir. Bunun  nəticəsində şüşə çöpləri spiral 

şəklini  alır.  Axırda  da  bankanın  üstünə  peçdən  rəngsiz  şüşə  kütləsi  bulaşdırılıb 

üfürülür və məmulat şəklinə salınır. 



Yüklə 379,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə