Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

6

Fatihə surəsinin şərhi.

hamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir. Çünki dünya fanidir, söylədiyi “əl-

hamdülilləh” sözü isə əbədidir. Ona görə də “əl-hamdülilləh” sözü "geriyə qalan qalıcı saleh

əməllər" arasındadır. Onsuz da Uca Allah belə buyurmuşdur:

"Əbədi qalan yaxşı əməllər isə

Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinəümid etibarilə daha xeyirlidir!"

(Kəhf, 18/46) Şəkk yoxdur ki, “əl-hamdülilləh” sözünü demək də Allahın lütfündəndir. Bu

məsələ ilə bağlı Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə izah

etmişdir: "Allahın qullarından biri, “Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin



əzəmətinə yaraşacaq şəkildə sənə həmd edirəm” dedi. Yazıçı mələkləüçün bunu yazmaq çətin

gəldi. Bunu necə yazacaqlarını bilmədilər. Səmaya çıxışlar və belə dedilər: Ey Rəbbimiz, sənin

qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik İzzət və Cəlal sahibi olan Allah

qulunun nə söylədiyini daha yaxşı bildiyi halda deyər ki: Qulum nə dedi? Mələklər: Ey

Rəbbimiz, o belə dedi: Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşar

şəkildə sənə həmd edirəm, dedi. Uca Allah o iki mələyə belə dedi: Bu sözü qulumun söylədiyi

şəkildə yazınız. Nəhayət o mənə qovuşacağında o sözün qarşılığını mən ona (mükafatımı)

verəcəyəm." (İbn Mace, Ədəb 55).

Əlhəmdulilləh deməsinin fəziləti.

Elm adamları, Allahın qulu: "əl-hamdülillahir rabbi'l aləmin" deməsininmi yoxsa "lə iləhə

illəllah" deməsininmi daha fəzilətli olacağı barəsində fərqli fikirlər qeyd etmişlər. Birinci rəyi

dəstəkləyən elm adamları: "əl-hamdülillahir rabbi'l-aləmin" deməsinin daha fəzilətli olacağını

söyləmişlər. Çünki bu həmdin əhatəsi içərisində "lə iləhə illəllah" deyə ifadə edilən tövhid də var.

Buna görə Allahın qulu "əlhamdülillah" deməsində həm tövhid, həm də həmd vardır. Lakin "lə

ilahə illəllah" deməsində yalnız tövhid sözüdür qəsd olunur iddia etmişlər. Amma ikinci rəyi

dəstəkləyən bəzi elm adamları isə: "lə iləhə illəllah" demənin daha fəzilətli olacağını iddia

etmişlər. Çünki bu tövhid sözü küfr və şirki rədd edir. Bunun deyilməsi üçün insanlarla

döyüşməyə əmr olunduğunu demişlər. Çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) : "Mən insanlarla “lə ilahə illəllah” sözünü dəyənə qədər döyüşməklə əmr

olundum" deyə buyurmuşdur. (Buxari, İman 17, Salət 28..., Müslim, İman 32)

.

Beləliklə ən



doğru və səhih olan ikinci rəydir. Cünki "lə iləhə illəllah" cümləsində həm tövhid, həm də Allaha

həmd ilə tərif daxildir. Eyni zamanda birinci rəydə qiyas vardır, amma səhih hədis olan zaman

qiyas olunmaz, çünki səhih hədisdə bunun daha hansı fazilətli olduğuna hökm verən

Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu dediyirdir: "Mən və məndən



əvvəlki bütün peyğəmbərlərin söylədiyi ən fəzilətli söz; lə ilahə illəllah vəhdəhu lə şərikə ləh

(Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, O bir və təktir, Onun heç bir şərikidə

yoxdur) sözüdür." (Tirmizi, Dəavət 122; Muvəttə, Qur'an 32, Hacc 246.)

Ələmlərin Rəbbi.

Müsəlmanlar, Uca Allahın digər bütün nemətlərinə təriflənməyə, həmd edilməyinə dəmək

olduğu üzərində icma etmişlər. Allahın lütf etdiyi nemətlərdən biri də imandır. Bu da imanın

Allahın hərəkəti və yaratması ilə olduğunun dəlilidir. Buna dəlil də Uca Rəbbimizin:

"Aləmlərin rəbbi"  buyruğudur. Aləmlər isə, bütün yaratıkları ifadə edər. Bunlardan biri də

imandır.

Təbəri deyir ki: “Aləmlərin Rəbbi: İnsanların, cinlərin, mələklərin, göylərin və yerin rəbbi

deməkdir. Ərəb dilində "Rəb" sözü, "Özünə itaət edilən ağa, bir şeyi düzəldib düz edən, bir şeyin

sahibi" mənasını ifadə edir.”

Həmdin mənası.

"Həmd"in ərəb dilindəki mənası əskiksiz tərif, "səna"dır. Yəni Həmd. təzim istiqamətiylə gözəl

bir şekilde Allaha tərif  etməkdir. Qurtubi, «Ərəb dilində həmdin mənası, mükəmməl bir



7

Fatihə surəsinin şərhi.

surətdə tərifləməkdir” demişdir.  “Əl-həmd” sözünün əvvəlində gələn əlif və ləm hərifləri bütün

həmd və tərif növlərinin yalnız Allah üçün zikir olunduğunu mənasını verir. Uca Allah bütün

həmdləri haqq edəndir. Çünki ən gözəl adlar və ən uca sifətlər onundur. Təbəri deyir ki:

"Əlhamdulilləh” kəlməsin mənası bütün tərif və şükrlər Allaha məxsusdur." deməkdir.

Həmd ilə Şükür.

Əbu Cəfər ət-Təbəri ilə Əbul-Abbas əl-Mübərrəd, həmd ilə şükürün eyni mənada olduğunu

söyləmişlər. Lakin İmam Qurtubi bu fikir doğru olmadığını qeyd etmişdir. Eyni zamanda ət-

Təbəri həmd ilə şükür sözün eyni mənanı verdiyini dəlil göstərmək üçün insanın şükür olmaq

üzrə "Allaha həmd olsun" deməsinin doğru olacağını dəlil göstərmişdir. Cəfər əs-Sadiq və İbn

Atanın dediklərinə görə: “Həmdin mənası Allaha şükür etməkdir. Çünki onun bizə şəxsinə

həmd etməyinin öyrətməsi səbəbindən O, bizə bu sahədəki lütfünü xatırlatmaqdadır”

Təbəri deyir ki: “Həmd: Allahın gözəl ad və sifətləridir. Şükür isə Allahın verdiyi nemətlərdən

ötəri tərifləməkdir. Bəzi elm adamı demişdirlər: “Şükür həmddən daha ümumidir. Çünki şükür

həm dil ilə həm orqanlarla həm də ürək ilə olar, Amma həmd isə yalnız dil ilə olar” Digər elm

adamları isə: “Həmdin daha ümumi əhatəli olduğunu və həmd, həm şükür mənasını həm

tərifləmək mənasını əhatə etməkdədir. Bu isə şükürdən daha ümumidir. Həmd, şükür yerinə

istifadə edilə bildiyi halda şükür həmd yerinə istifadə edilə bilmədiyi haldadır” demişlər. İbn

Abbas (r.a) bu barədə belə demişdir: “Əl-hamdulilləh şükür edən hər kəsin istifadə etdiyi bir

sözdür. Adəm (ə) da asqırdığı zaman "əl-hamdulilləh" demişdir.”  Uca Allah Nuha (ə) belə

deməsini əmr etmişdir:

“Bizi zalım tayfanıəlindən qurtaran Allaha həmd olsun!” – de.” (əl-

Muminun, 28). İbrahim (ə) də belə demişdir: "Qocalığımda Mənə İsmayılı və İshakı bağışlayan

Allaha həmd olsun." (İbrahim, 39). Davud ilə Süleyman (ə) hekayəsində də Uca Allah bizə

bunu xatırlamaqdadır:

"Onların ikisi dedi ki: Bizi bir çox mömin qullarından üstün tutan

Allaha həmd olsun." (Nəml, 15) Uca Allah sonuncu Peyğəmbəri sayılan Məhəmmədə (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) da belə əmr etmişdir:

“De: “Özünə heç bir övlad

götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək)

heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” (İsra, 111). Cənnət-əhli də belə deyəcəklər:

“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” (Fatır, 34) “Və dualarının sonunda:

“Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (sözləri olacaqdır). (Yunus, 10). Buna görə "Əl-

hamdulilləh" cümləsi şükür edən hər kəsin söylədiyi sözdür. Uca Allahın: "Əl-hamdulilləh"

buyruğu ilə əlaqədar olaraq Cəfər əs-Sadiq (ə) belə demişdir: “Uca Allahı yaxşı şəkildə sifətləri

ilə tərifləyən hər kimsə Allaha həmd etmiş olar.” Eləcə də, deyirəm: Allaha həmd etmək üç

şəkildə olar: Birincisi, Allah sənə bir şey verdiyi zaman o şeyi sənə kimin verdiyini bilib

tanımaqdır. İkincisi, sənə verdiyi şeyə razı olmağındır. Üçüncüsü isə onun lütf etdiyi güc sənin

bədənində qalmağa davam etdiyi müddətcə hər hansı bir şəkildə Allaha üsyan etməməkdir. Ona

görə də bunlar Allaha həmd etmənin şərtləridir.

Həmd və təriflər Allahındır.

Uca Allah "həmd" ilə öz şəxsini tərifləyib sənə etmiş və Quran-Kərimdə öz şəxsinə tərifləyərək

həmd ilə başlatmışdır. Bu barədə Uca Allah özündən başqasına heç kəsə həmd etməsinə icazə

verməmişdir. Eyni zamanda Quran-Kərimdə Uca Allah Peyğəmbərinin dili üzrə özlərini bu

şəkildə tərifləmələrini qadağan etmək üzrə belə buyurmuşdur:

Özünüzü tərifləməyin (təmizə

çı

xarmayın). O, Allahdan qorxub pis əməllərdəçəkinənin kim olduğunu ən gözəl biləndir! "

(Nəcm, 32) “Əl-həmdu-lilləh” sözünün əvvəlində olan “Əl” artikl olmaq ilə yəni "Bütün

həmdlər Allaha aiddir" mənasını ifadə edir.

Aləmlərin Rəbbi.



Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə