Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

4

Fatihə surəsinin şərhi.

surəni endirmişdir:

"Onu əmin olan ruh (Hz. Cəbrayıl) endirmişdir." (Şuəra, 193), Bununla belə

bütün Quran-Kərimin Hz. Cəbrayıl tərəfindən endirilmiş olmasını dəlildir. Beləliklə Hz.

Cəbrayıl bu surənin oxunuşunu Məkkədə endirmiş olub. Mədinədə də, bunun savabını ifadə

etmək üzrə sözü keçən mələk tərəfindən endirilmiş olar. Ən yaxşısını bilən Allahdır.” (İmam

Qurtubi, əl-Camiu li-Əhkəmi’l-Qur’an, 1/339-340).

“Bismi” cümləsi ayədən sayılır yoxsa yox?

Bunu qeyd edək ki, bəzi əshabə, təbiin, və Küfə xalqının əksəriyyətinə görə, Fatihə surəsi yeddi

ayədir. Eyni ilə Mədinə xalqının əksəriyyəti və digər alimlərə gəlincə isə, fatihə surəsinin

xaricində yeddi ayə olduğunu iddia etmişlər, amma “Ən amtə aleyhim”-dən sonra isə, yeddinci

ayə olduğunu söyləmişlər. Çünki Ümmu Sələmə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) əl-Fatihə surəsini oxudu və «Bismilləhir-Rahmənir-

Rahimil-Həmdu lilləhı Rabbil-Alə-mini bir ayədir» qeyd etdi.”

Bunu da qeyd edək ki, “Bismilləhir-rahmənir-rahim” cümləsini başlı başına bir ayə olduğunu

İslam aləmində ixtilaf edilmişdir. Lakin surələrin əvvəlində olan “Bismi” cümləsi Quran-

Kərimdən bir ayə olduğu barəsində bütün İslam alimləri ittifaq etmişlər. Çünki “Bismi” cümləsi

Nəml surəsinin otuzuncu ayəsində açıqca zikr edilmişdir.

“Məktub Süleymandan gəlir və orada

"Bismilləhir-rahmanır-rahim” (Allahın adı ilə. Yəni bismilləhla başlanaq)" deyə yazılır. (Nəml,

30) Beləliklə İmam Şafi görə “Bismi” cümləsi hər surədən bir ayədir və bunların hamısı

Quranda yüz on üç ayədir. Buna görə fatihənin yeddi ayəsindən birincisi “Bismi” cümləsidir.

Bundan ötəri Şafi məzhəbində olanlar namazda “Bismi” cümləsini bərkdən oxuyarlar.

Çünki

Şafi məzhəbində olanlar deyirlər ki; “Sələf (ilk dövrdə hədis alimləri)



“Bismi” cümləsi

Müqəddəs kitablarda zikir olunmuşdur”

İmam Malikə görə “Bismi” cümləsi, yalnız Nəml surəsində keçən bir ayədir. Bunun xaricində

fatihənin və digər surələrin başında təbərrük və surələri bir-birindən ayırmaq üçün yazılmışdır

və buna görə O, surələrdən bir ayə deyil. Bu səbəblə “Bismi” cümləsi namazda bərk ilə gizli

olaraq da, oxunmaz.

Hənəfi məzhəbinə gəlincə isə, Onlara görə “Bismi” cümləsi, müstəqil bir ayədir. Surələrin

əvvəlində olan “Bismi” cümləsi, surələrdən bir ayə deyil, və təbərrük ilə surələri bir-birindən

ayırmaq üçün qoyulmuşdur. “Bismi” cümləsinin fatihə kimi hər rükətdə oxunması vacib deyil.

Fəqət gərək namaz xaricində, hər mühüm işin başında oxunması sünnətdir. Onun üçün namazın

hər rükətində, qiraətin başında “Bismi” cümləsi oxunar. Lakin ortasında oxunmaz. Ancaq

namazda oxunuşun əvvəlində “Bismi” cümləsini bərkdən deyil, gizli olaraq oxunar.” Lakin

doğru rəyə gəlincə isə, “Bismilləhir-rahmənir-rahim” cümləsi Fatihə surəsinin ayəsindən hesab

olunur. Ona görə ki, Əbu-Hureyrə (r.a.) rəvayət edir ki: “Allahın Elçisi (Allahın xeyir-duası və

salamı onun üzərinə olsun) Fatihətul-Kitab (Quranın başlanğıc surəsi) yeddi ayədir. O, ayələrin

ilki Bismilləhir-Rahmənir-Rahimdir” Eyni zamanda, Əli (r.a) belə izah edir ki: “Bismilləh

fatihədən bir ayədir, çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)

“Bismilləh” cümləsini oxuyurdu və onu fatihədən hesab edirdi” Eyni zamanda

Səhih Müslimdə

Ənəs, (r.a)

Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) :

"Az əvvəl mənə

bir surə endirildi." dediyini və

Bismilləhir-Rahmənir-Rahim

 oxuyaraq başladığını rəvayət

edir. (Səhih Müslim, c. 4, s. 112)

Həmçinin Quran yazarkən "Tövbə" surəsindən başqa bütün surələrin başlığı altında

"Bismilləhir-rahmənir-rahim" yazmaq vacibdir. Ey zamanda heyvan kəsərkən və ya ova silahla

atəş edərkən yalnız "Bismilləh" demək də, vacibdir.

Bismilləh kəlməsinin fəziləti haqqında.

Bununla belə, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) Bismilləh

kəlməsinin fəziləti haqqında belə buyurmuşdur:




5

Fatihə surəsinin şərhi.

"Hər hansı bir sözə və ya əhəmiyyətli bir işədə Allahın adı xatırlanmadan başlanırsa o iş,

nəticəsiz olar" (Əhməd b. Hənbəl, Müsnəd, c. 2, s. 359).

Tabəri, Bismilləh kəlməsinin izahında deyir: "Zikri Uca və adları müqəddəs olan Allah təala.

Peyğəmbəri Məhəmmədə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bütün işlərinin

başında Allahın ən gözəl adlarını zikr edərək başlamağı öyrədir. Bütün əhəmiyyətli işlərini ifa

etmədən əvvəl Allahın gözəl adlarını xatırlamasını bildirir və onu bu şəkildə qeyd edir. Beləcə

də, Peyğəmbərinə və bütün varlıqlarına bir yol göstər, onların da danışmalarının, məktublarının

və bütün işlərinin başında bu yolu əməl etmələrini qeyd edir" Deyirəm: "Bismilləh" deyən

adamın nəyisə oxumağa başlarsa, "Allahın sənin adını xatırlayaraq oxumağa başlayıram."

demək istədiyi aydın olar. Əgər qalxarkən və ya oturarkən yaxud başqa bir iş edərkən

"Bismilləh" deyəcək olursa "Allahın adını xatırlayaraq ayağa qalxıram." Və ya "Allahın adını

xatırlayaraq bu işi edirəm." demək istədiyi aydın olar. "Bismilləh" cümləsində  olan  “Allah”

kəlməsi Uca Allahın bütün yaradıqlarının Rəbbi və özünə qulluq edilən şəklində izah olunur.

Ayrıca olaraq Uca Allah hər hansı bir varlığa "Allah" deyilməsini qadağan etmişdir. Eyni ilə

Uca Allah "Allah" sözündən sonra isə "Rahmən" sözünün varlıqlarının, özlərinə də bu adı

vermələrini də qadağan etmişdir.

"Rahmən və Rəhim olan Allanın adı ilə" ifadəsində əvvəl "Allah" sözünün zikr edilib daha

sonra da sıra ilə, "Rəhman" və "Rəhim" sözlərinin zikr edilmələrinin səbəbi budur ki, Ərəblər,

bir şeydən xəbər vermək istədiklərində, əvvəl onun adını qeyd edərlər ki, dinləyən adam,

kimdən söhbət gedir bilsin. Daha sonra da ona bildirilən şeyin sifətlərini qeyd edirlər və o

sifətlən də, qeyd edilən şeyə xas olma dərəcəsinə görə sıralayırlar.

Rahmən, Rahim kəlmələri eyni kökdəndir, lakin bir-birlərindən fərqli bir mənalar verir.

Məsələn: "Rahmən"ın mənasını budur ki, bütün varlıqlara rəhmət edən. Amma "Rahim"in

mənasının isə, yalnız möminlərə mərhəmət edən mənasını deməkdir. Çünki Əbu Səid əl-Xudri,

(r.a) Allahın Elçisinin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurduğunu

rəvayət edir: "Məryəm oğlu İsa belə demişdir: "Rəhman" axirətdə və dünyada mərhəmət

edəndir. "Rahim"  isə yalnız axirətdə mərhəmət edəndir." Təbəri bu barədə deyir ki: "Rahmən"

sözü, Allahın mərhəmətinin ümumi aid olduğunu, Amma "Rahim" sözü isə, Allahın rəhmətinin

xüsusi bir məna da olduğunu ifadə edir"

Mən deyirəm ki: Yuxarıdakı şərhlərdə Rahmən

sifətinin həm möminə və həm də kafirə aid olunur, Yəni Rahmən möminlərə həm də

kafirlərə yazığı gələn deməkdir. Rəhimin sifəti isə sırf möminlərə şamil olunur. Yəni Rahim

qiyamət günü ancaq möminləri bağışlayacaqdır deməkdir.

Qeyd edək ki, Ərəblər İslamdan əvvəl  "Rahmən" sözünün nə demək olduğunu bilmirdilər,

çünki dəlil olaraq müşriklərin, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) :

"... “Rahmən nədir? ...deyə cavab... " (Furqan, 60). vermişdilər. Bununla belə, Allaha şərik

qoşan müşriklər "Rahmən" sözünü əslində eşitmədiklərini iddia etmişlər.

Həmd etmək.

"Həmd Allahındır" məsələsi ilə bağlı Əbu Hurəyrə və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki,

Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qul “Həmd

Allahındır” dediyi zaman, Allah da: “Qulum doğru söylədi. Həmd ediləcək tək mənədir” deyə

buyurar." Eləcə də, Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və

salamı onun üzərinə olsun) belə buyurdu: "Hər kim bir şey yediyi zaman Allaha həmd etməsi

yaxud bir şey içdiyi zaman Allaha həmd etməsi səbəbindən Allah qulundan razı olar. "

(Müslim, Zikr 89). Şəkk yoxdur ki, nə qədər nemət varsa, əl-hamdulilləh (həmd Allahadır)

demək ondan daha fəzilətlidir. Çünki Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İçindəki həşeyiylə birlikdə

dünya, mənim ümmətimdən bir kişinin əlində olarsa, daha sonra da bu adam əl-hamdülilləh

deyəcək olsa, bu əl-hamdülilləh heç şübhəsiz bütün bu nemətlərdən daha fəzilətli olar. " (Əs-

Siracu'l-Mü-nir, 3, 195). Deyirəm: Hədisin mənası budur ki, Bir adama dünya verilmiş və daha

sonra da ona “əl-hamdulilləh” sözü pay edilib onu söyləməsi lütfündə olmuş isə, söylədiyi “əl-



Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə