Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

15

Fatihə surəsinin şərhi.

Amin deyildiyi zaman.

Təməl hədis qaynaqlarında Əbu Hureyredən (r.a) gələn rəvayətə görə, Allahın Elçisi (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam amin dediyi zaman siz də

amin deyin. Çünki hər kimin amin deməsi mələklərin amin deməsi ilə üst-üstü düşərsə keçmiş

günahları bağışlanar." ( Buxari, Azan 111, 113, Təfsir 1. surə 2; Müslim, Salat 72; Əbu Davud,

Salat 168; İbn Macəİqamə 14; Muvatta, nida 44-47). Beləliklə Elm adamları (Allahın rəhməti

onların üzərilərinə olsun) deyirlər ki: “Keçmiş günahların bağışlanması, bu hədisin şərhi dörd

şeyin haqqında bağlıdır”

1) İmamın amin deməsi.

2) İmamın arxasında namaz qılanların amin deməsi.

3) Mələklərin amin deməsi

4) Camaatın amin deməsinin mələklərin amin deməsinə eyni zaman düşməsi.

Eləcə də, eyni düşmə ilə əlaqədar; duanın qəbul edilməsi haqqındadır, deyildiyi kimi, zaman

haqqındadır, duanın xüsusiyyət baxımından təmiz və səmimi qəlbən edilməsi hankında

deyilmişdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə

buyurmuşdur: "Duanızın qəbul ediləcəyini bilərək Allaha dua edin və bilin ki Allah qafil və

başqa şeylərlə əylənən bir ürəyin duasını qəbul etməz." (Tirmizi, Deavat 65)

Amin sözünü fəziləti.

Amin kəlməsinin fəziləti ilə əlaqədar Əbu Züheyr (r.a) rəvayət edir ki, “Bir gecə Allahın Elçisi

(Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ilə birlikdə çıxmışdım. Təmiz qəlblə dua edən

birinin yanından keçdik. Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun

duasını eşidərək bir anda dayandı. Ondan sonra Peyğəmbər r : "Əgər möhürləsə duası qəbul

olunar" dedi. Orada olanlardan biri: "Nə ilə möhürləyəcək ey Allahın Elçisi?" deyə soruşdu.

Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Amin ilə" dedi. "Çünki o amin

ilə duasını bitirsə (qəbulunu) tələb etmiş olur" Peyğəmbərə (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) bu sualı soruşan adam dua edən adamın yanına getdi və ona: "Ey filankəs, duanı

möhürlə (amin deyərək bitir) və (qəbul olunacağına dair) müjdə olsun" dedi.” (Əbu Davud,

Salat 167-168.) Amin sözünün mənası elm əhlinin çoxuna görə "amin" sözü, dua mənasında

istifadə edilən bir söz olaraq "Allahım bizim duamızı qəbul et!" deməkdir. Bəziləri isə: "Amin"

Uca Allahın adlarından biridir, demişdir. Eyni zamanda Cəfər b. Məhəmməd Mücahid və Hilal

b. Yisaf və İbn Abbas (r.a) bunu Peyğəmbərdən (Allahın xeyir-duası və salamı onun üzərinə

olsun) rəvayət etmişdir. Amma bu səhih bir rəvayət deyil. Çünki bunu İb-nu'1-Arabi zikir

etmişdir. Tirmizi deyir ki: Amin sözünü mənası budur ki, "Allahım sən bizim ümidlərimizi boşa

çıxarma!" deməkdir.

İmamın "Amin" Deməsi.

İmam amin deyərmi? və yaxud açıqdan deyərmi? mövzusunda elm adamları arasında fikir

ayrılığı vardır. Şafi və Mədinəlilərin rəvayətinə görə, Malik  Kufəlilər və Mədinə əhli: “İmam

amin kəlməsini açıqdan deməz” demişlər. Təbəri ilə İbn Həbibin fikri də budur. İb-nu'1-Kasım

rəvayət edir ki, İmam Malik belə demişdir: “İmam amin deməz. Onun arxasındakılar yəni ona

qoşulan camaat amin, deyər”  Eyni zamanda İmam Malikin məzhəbinə aid olanlar və

Misirlilərində fikri budur. Bunların dəlilləri isə Əbu Musa əl-Əş'ari'nin (r.a) rəvayət etdiyi bu

hədisdir: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bizə xütbə irad etdi.

Bizə sünnətlərimizi açıqladı, necə namaz qılacağımızı öyrətdi və belə dedi: "Namaz qıldığınız



16

Fatihə surəsinin şərhi.

vaxt səflərinizi düz edin. Ondan sonra sizdən hər hansı bir kimsə imam olsun. İmam: “Allahu

Akbər “dediyi vaxt siz də təkbir gətirin. "qəzəbə uğramışların və azmışların yoluna deyil" dediyi

zaman siz də "amin" deyin. Allah sizin duanızı qəbul edər” (Müslim, Salat 62). Lakin səhih rəy

budur ki, İmam "amin" sözünü açıqdan deyə bilər, çünki Vail b. Hucrunun (r.a) rəvayət etdiyi

bu hədisdir: “Allahın Elçisi r "və ləddallin"i oxuduqdan sonra: Amin deyər və səsini

yüksəldərdi.” (Əbu Davud, Salat 167-168; Tirmizi, Salat 70) Eyni zamanda  "Buxarı də:

“İmamın amin kəlməsini açıqdan deməsi” deyə bir başlıq açmışdır.( Buxari, Azan 111) Ata

deyir ki: "Amin" bir duadır. İbn əz-Zübeyr və onun arxasından namaz qılanlar elə bir amin

dedilər ki məsciddə bir səs kütləsi eşidildi. Tirmizi deyir ki: “Peyğəmbərin (Allahın xeyir-duası və

salamı onun üzərinə olsun) əshabələrindən və onlardan sonrakılardan elm əhlindən bir çoxu bu

fikirdədir. Bunlar adamın amin kəlməsini yüksək səslə deməsini və asta səslə deməməyini qəbul

edirlər. Şafi, İmam Əhməd və İshak da bu fikirdədir. Muvattada və Buxarı ilə Müslimdə İbn

Şihabın (r.a) belə dediyini rəvayət olunur: “Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) "amin" deyərdi.” (Muvatta, Salat 44; Buxari, Azan 111; Müslim, Salat 72)

İbn Macənin Sünnə əsərində Əbu Hureyre (r.a) rəvayət edir ki: “İnsanlar "amin" deməyi tərk

etdilər. (Amma) Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) isə "qəzəbə

uğramışların və azmışların yoluna deyil"  dediyində "amin" deyərdi. Onun amin deməsi birinci

səfdə olanlar eşidər və bu səs ilə məscid dollar idi.” (İbn Macəİqamə 14) Beləliklə imam ilə

camaatın amin deməsi birlikdə olar və camaat İmamdan əvvəl amin deməsini olmaz, çünki

Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) "İmam amin dediyi zaman siz

də dərhal ondan sonra amin deyin" deyə buyurmuşdur. (Buxari, Azan 111, 113; Dəavat 4;

Müslim, Salat 72)

Əbu Hənifənin məzhəbində olanlar deyirlər ki: Amin kəlməsini səssiz olaraq içdən demək

açıqdan deməkdən daha yaxşıdır. Çünki amin bir duadır. Uca Allah da belə buyurmuşdur:

"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin." (Əraf, 55) Buna dəlil isə, Uca Allahın:

"Hər ikinizin duasını qəbul etdim." (Yunus, 89) buyruğunun şərhi ilə əlaqədar olaraq gələn

rəvayətdir. Burada deyildiyinə görə Hz. Musa dua edir, Hz. Harun da amin deyirdi. O

baxımdan Uca Allah hər ikisinin də duasını qəbul etmişdir. Buna cavab olaraq deyirəm :

Ümumi olaraq duanı gizli olaraq daxildə deməsi daha fəzilətlidir. Lakin camaat namazı gəlincə,

Fatihənin sonunda İmam yüksək səslə amin deməsini zikir olunmuşdur. Eyni zamanda icma ilə

qəbul olunmuşdur ki, Fatihə özü bir duadır və İmam tərəfindən camaat namazlarında yüksək

səslə oxunur. Buna görə duanın açıqdan edilməsi sünnətdir. Sünnət olan dualardan isə amin

demək onun kimidir.

Bizdən Əvvəlkilər "Amin" deməsi.

"Amin" sözü bizdən əvvəl yalnız Musa ilə Haruna (ikisinə də salam olsun) verilmiş və

öyrədilmişdir. Tirmizi əl-Hakim "Nəvadiru'l-Usul" adlı əsərində bunu zikr etmişdir. Ənəs b.

Malik rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə

buyurdu: "Uca Allah mənim ümmətimə özlərindəəvvəl kimsəyə verilməmiş üç şeyi verdi.

Salam. Bu cənnəəhlinin öz aralarındakı salamlaşmalarıdır. Mələklərin saf-saf düzülməsi (kimi

namazda düzülmək) və amin demək. Musa ilə Harunun dediklərindən başqa” ("amin"

əvvəlkilərdən kimsəyə verilməmişdir.) Əbu Abdullah deyir ki: “Bunun mənası budur ki, Musa

Firona qarğış etmiş Harun da amin demişdir. Uca Rəbbimiz də Quran-Kərimində Hz. Musanın

duasını qəbul olunmağını bizə belə zikr edir:

"Hər ikinizin duasını qəbul etdim." (Yunus, 89)

Belə də qeyd  olunur ki, amin sözü bu ümmətə xasdır. Çünki Peyğəmbər (Allahın xeyir-duası və

salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilərin salam və amin deməkdəötəri sizə

paxıllıq etdikləri qədər heç bir şeydəötəri paxılıq etməmişlər" Eləcə də, İbn Macənin əsərində

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)

belə buyurdu: "Yəhudilər sizləri amin dediyiniz üçün paxıllıq etdikləri qədər heç bir şeydəötəri

paxıllıq etməmişlər. Ona görə də çoxlu amin dəyin." (İbn Macəİqamə 14) Elm adamları




17

Fatihə surəsinin şərhi.

(Allahın rəhməti onların üzərilərinə olsun) deyirlər ki: “Kitab-əhlinin bizlərə (müsəlmanlara)

paxıllıq etmələrinin səbəbləri budur ki, Fatihə surəsinin əvvəlində Allaha həmd edirik, Eyni ilə

Onun şəninə tərif edirik. Ondan sonra Ona itaət etmək, Onun  yoluna yönəlməyini istəyirik və

bizi dümdüz yola çatdırması üçün bir dua edirik. Daha Sonra da birlikdə amin demək ilə Kitab-

əhlinə qarşı qarğış edirik və bu səbəbdəndir ki, onlar bizlərə (Müsəlmanlara) paxıllıq edirlər”

Namazda Fatihə surəsinin oxumağın qanunları.

Maliki məzhəbində məşhur olan rəyə görə. Əgər İmam bərkdən camaat namazında Quran

oxuyarsa, bu vəziyyətdə imama qoşulan şəxslər Fatihə və başqa bir surəni də, oxumaz. Çünki

Uca Allah belə buyurmuşdur:

"Quran oxunan zaman onu dinləyin və susun...." (Əraf, 7/204)

Bununla belə, İmam haqqında Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)

də, belə buyurmuşdur: "Quran oxuduğu vaxt siz də susub dinləyin"  (Müslim, Salət 63) "Hər

kimin bir imamı var isə imamın oxumağı onun üçün də, oxumaq sayılır" (Müsnəd, 3, 339;)

İmam Əlıməd b. Hənbəli İmam Şafidən belə rəvayət edir ki: “İstər imam olsun istər camaat,

imam istər açıqdan oxusun istər gizli oxusun hər rükətdə Fatihə surəsini oxumadıqca heç bir

kimsənin namazı sayılmaz.” İmam Şafi İraqda olduğu zaman camaat namazında imama

qoşulan şəxs haqqında belə deyərdi: (İmam) gizli oxuduğu təqdirdə Fatihə surəsini (imama

uyan şəxs) içindən oxumalı. Lakin İmam açıqdan oxuduğu təqdirdə (imama uyan şəxs də)

Fatihə surəsini oxumamalıdır.” Maliki məzhəbində məşhur rəy olduğu kimi. Eyni zamanda

İmam Əhməd b. Hənbəlidə bu fikirdədir. Amma İmam Şafi Misirə gəldikdən sonra bu şəkildə

fikrini dəyişərək: “Camaat namazında İmam istər açıqdan oxusun istər gizli oxusun Fatihəni

oxumadan heç bir şəxsin namazı səhih olmaz” qeyd etmişdir.

Eləcə də, İbnü'l-Münzir nəql edir ki, Kufəlilər deyirlər ki: “İmama uyan şəxs heç bir şey

oxumaz. İmam istər açıqdan oxusun, istər gizlidən. Çünki Peyğəmbər r dedi: "İmamın oxuması

onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" hədisi dəlil gətirirlər. Sad b. Əbi

Vakkas ilə Ömər ibn Xəttab: «İmamın arxasında oxuyanın ağzına daş doldurulmasını

diləyirəm» demişlər, İbn Məsud (r.a) də; «Ağzıma torpaq dolsun» dediyi rəvayət edilmişdir.

Əbu Hənifə və onun məzhəbində olanlar deyirlər ki: “Camaat namazında İmamın arxasında

İmam istər bərkdən istər gizli oxusun İmama qoşulan şəxs üçün nə Fatihə surəsi, nə də başqa bir

surə, nə gizli olaraq, nə də açıqdan oxumağı şərt deyil. İmam Qurandan nə oxusa kifayətdir. Bu

fikirlərinə dəlil olaraq bu ayəni göstərərlər:

«(Namaz qılarkən) Qurandan (sizə ) asan gələni

oxuyun!» (Muzzəmmil, 20) Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) dedi:

"İmamın oxuması onun üçün (imama uyan şəxs üçün) də oxumağı hesab olunar" İmam Əhməd

İbn Hənbəl Müsnədində, bu hədis qeyd olunur. Amma bu hədisin mənbəyi zəifdir. Çünki

Malik, Vəhb İbn Kəysandan O, da Cabirdən bu hədisi rəvayət etmişdir. Bu hədis başqa yollarla

da rəvayət edilmişdir ki, lakin bunlardan heç birisinin Allahın Elçisinə (Allahın xeyir-duası və

salamı onun üzərinə olsun) gedib çatmır və mənbəyi də səhih deyil. Ən doğrusunu Allah bilir.

Beləliklə bu mövzuda camaat namazında İmama qoşulan şəxs üçün Fatihə surəsini oxumasının

vacib olub olmamağı haqında alimlərin üç fikri vardır:

A) İmama vacib olduğu kimi imama qoşulan şəxsə də Fatihəni oxumaq vacibdir. Çünki Allahın

Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ümumi olaraq bu haqda belə

buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."

(Müslim, Salət 38). Bu rəy İmam Şafinin ən axrıncı rəyidir.

B) İmama qoşulan şəxsə, nə Fatihə, nə də başqa bir ayə oxumaq vacib deyil. İstər bərkdən istər

gizli oxunan namazda olsun heç bir şey oxumaq lazım deyil. Dəliləri isə bu ayədir:

«(Namaz

qılarkən) Qurandan (sizə ) asan gələni oxuyun!» (Muzzəmmil, 20)  Əbu Hənifə və onun



məzhəbində olanların fikridir.


18

Fatihə surəsinin şərhi.

C)  Camaat namazında İmamın gizli oxuduğu zaman imama qoşulan şəxs üçün Fatihə surəsini

oxumaq vacibdir, amma İmamın bərkdən oxuduğu zaman isə imama qoşulan şəxs üçün Fatihə

surəsini vacib deyil. Necə ki, Səhih Müslimində Əbu Musa əl-Əş'ari'dən rəvayət edir ki, Allahın

Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İmam yalnıözünə

qoşulan şəxs üçündür. Buna görə də İmam təkbir götürdüyü zaman siz də təkbir alın, oxuduğu

zaman isə susun" (Müslim, Salat 63)

Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə kimi hədis alimləri bu haqda Allahın Elçisindən (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) : «Quran oxunduğu zaman susun» nəql etmişlər. Eyni

zamanda Müslim İbn Haccac da eyni şəkildə bunu doğru və möhkəm saymışdır. Bu mövzu

Qurana daha yaxındır və bunu Quran ilə əməl etməmiz vacibdir. "Quran oxunan zaman onu

dinləyin və susun...." (Əraf, 7/204). İmam Əhməd İbn Hənbəl və İmam Malik də bu fikirdədir.

Beləliklə doğru və səhih rəy 3-cü fikirdir. Ən doğrusunu ancaq Allah bilər.

Əbu Hənifənin xaricində qalan digər imamlardan sayılan Şafinin, Əhmədin, Malikin və icma ilə

alimlərin səhih və doğru fikirlərdən biridə budur ki, hər bir namazda Fatihənin oxunması hər

bir şəxs üçün vacibdir. Yəni ümumi olaraq hər bir kəs üçün hər bir rükətdə Fatihə surəsini

oxunması vacibdir. Çünki Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə

buyurmuşdur: "Fətihatu'l-Kitabı (Fatihə surəsini) oxumayan kimsənin namazı olmaz."

(Müslim, Salət 38).

Fatihə surəsi haqqında.

Bununla belə, Fatihə surəsində zikr olmasında, Allaha həmd etmək, Onu ucaltmaq və Onu

qulları tərəfindən tərifləməkdir. Allahın böyüklüyü, hökmranlığı. Qüdrət və mülkünün əzəməti

barəsində bilmək üçündür ki, Qullar, nemətləri qarşısında Rəblərini xatırlasınlar, Ona həmd

etsinlər və beləcə Onun daha çox verdiyi nemətlərinə layiq olsun və eyni zamanda bolca

mükafatlarını layiq olsunlar. Uca Allahın, Fatihə surəsində özünü tanıma nemətini lütf etdiyi

şəxsləri və özünə itaət etməyə müvəffəq etdiyi şəxsləri zikr etməsi, qullarının, dinləri və

dünyaları barəsində əllərində olan nemətlərin hamısının Allah tərəfindən olduğunu onlara

bildirməsi üçündür. Beləcə bütün istəklərini yalnız Allaha yönəltsinlər, ehtiyaclarını yalnız

ondan istəsinlər. Uca Allahdan başqa büt, qəbir sahibləri və bənzəri şeylərdən istəməsinlər. Uca

Allahın, Fatihə surəsində, özünə üsyan edənlərdən intiqam alındığım və əmrlərinə qarşı

gələnlərin cəzalandırıldığını zikr etməsi, qullarını özlərinə qarsı gəlməkdən çəkindirməsi və

özlərini Allahın qəzəbinə gələcək şeylərə düşməkdən uzaqlaşdırması üçündür. Əks halda Uca

Allah da onları, digər ümmətlərin uğradıqları cəzalara çarpdırar və onları da həlak edər. Ona

görə də "Ummul Qur'an" olan Fatihə surəsi ən böyük bir hikmət və ən mükəmməl bir hüccət

(sübut və dəlil) olduğunu şübhəsizdir. Hər halda bu kitabda mexaniki və yaxud fiqhi barəsində



müəllifin xətası olubsa, bizim ilə mütləq əlaqə saxlayın. abdulaziz1@box.az

.

Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə