Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

12

Fatihə surəsinin şərhi.

Elm adamları “İyyəkə” kəlməsinin oxunuşu ilə əlaqədar icma ilə hər iki yerdə "iyyəkə"

kəlməsinin "ya" hərfini şəddəli olaraq oxunmasını doğru olaraq qəbul etmişlər. Lakin Əmr b.

Faid isə, hemzeyi əs-reli "ya" hərfinin birini ixtisara salaq şəddəsiz olaraq "iyəkə" şəklində

oxumuşdur. Çünki o, "ya" hərfinin şəddəli oxunuşu ağır olduğundan ötəri "ya" hərfini şəddəli

oxumasını xoş görməmişdir. Amma bu oxunuş qəbul olunmamış şəklindədir. Çünki o zaman

məna: "Sənin günəşinə və ya işığına ibadət edirik" kimi bir hal götürülür. Çünki ifadəsi "günəşin

işığı" mənasını verir.

Fatihə surəsinin 5-ci ayəsində “Yalnız sənə ” «İyyəkə» ilə başlanan cümlə bütpərəstliyin tam

şəkildə kökünü kəsir. Çünki müşriklər Allaha yaxınlaşmaq üçün bütləri ilə vasitə axtarırdılar.

“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə övliyalara ibadət edirik” -

(Deyirdilər) (Zumər, 3) Bundan ötəri Uca Allah belə buyurmuşdur: “Şübhəsiz ki, məscidlər

Allahındır. (Ona görə də) Allah ilə birlikdə heç bir kəsə dua etməyin” (Cinn, 18) Eyni zamanda

«İyyəkə» kəlməsi Uluhiyyət Tövhidindən də xəbər verir. Eləcə də, “Biz yalnız Sənə ibadət

edirik” (Fatihə, 5) Ayədə keçən “nəabudu” kəlməsi dua mənasını da qəsd edir. Yəni: “Biz

yalnız Sənə dua edirik və yalnız Səndən kömək istəyirik” mənasını da əhatə etməkdədir. Çünki

bu cür tələffüzün səbəbi Uca Allahın Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırmışdır.

“Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə

təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.” (Mumin, və yaxud Ğafir, 60). Eyni

zamanda Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu ayəni dərhal

oxuduğundan sonra belə buyurmuşdur: «Dua ibadətdir.» (Ət-Tirmizi, hədis № 3372; İbn Mace

hədis № 3828, Şiə mənbələrindən; əl-Kafi, 2/467). Beləliklə Dua kəlməsi şəri mənada Allahdan

ehtiyaclarını istəməkdir. Necə ki, Uca Allah bu haqda belə zikir etmişdir:

“(O zaman)

Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et!

Sən, həqiqətən, duaları eşidənsən.” (İmran 38). Beləliklə Allahdan ehtiyaclarını istəmək ibadət

adlanır və Allahdan qeyrisinə yönələ bilməz. Necə ki, Uca Allah bu haqda bu cür bizə

öyrədərək belə qeyd edir:

“Biz yalnız sənə ibadət edirik və yalnız (ehtiyaclarımızı) səndən

kömək istəyirik” (Fatihə, 5)

Dümdüz Yol.

“Bizi dümdüz yola yönəlt” Bu buyruq, Rəbbə qulluq edənin Rəbbinə etdiyi bir duası və bir

müraciətidir. Mənası budur: Bizə dümdüz yolu göstər və ona yönəlt. Sənə yaxın olmaya

çatdıran hidayətinin yolunu göstər. Elm adamı belə demişdirlər: “Uca Allah, Fatihə surəsində

özünə həmd səna və duanın əsasını zikir etmişdir. Yəni bu surənin yarısı ən əhatəli şəkildə həmd

təriflər vardır. Digər yarısında isə qulların Rəbbindən ehtiyaclarının təməlinin istəməsi vardır.

O baxımdan bu surədə olan duanı dua edənin edəcəyi ən fəzilətli duasıdır. Çünki bu sözləri

aləmlərin Rəbbi olan Allah söyləmişdir. Eyni zamanda Uca Allah şəxsən özünün söylədiyi

kəlamı ilə dua etmiş olur.

Hədisi şərifdə də: "Allah qatında duadan daha fəzilətli heç bir şey yoxdur" (Tirmizi, Dəavət 1;

İbn Macə, Dua 1; Müsnəd, 2, 362) deyə zikir olunmuşdur. Bu duanın mənasının bu olduğu da

deyilmişdir” Hidayətin əsl mənasının meyl etdirmək olduğu da zikir olunmuşdur. Uca Allahın:

“Həqiqətən, biz, Sənə üz tutduq" (Əraf, 156) buyruğu də bu mənadadır. “Hidayət” kəlməsi bir

kəsin mülkiyyətindən o birinin mülkiyyətinə meyl etməkdədir.

Fudayl b. Iyad deyir ki: "Dümdüz yol (yəni sıratal mustəqim) həcc yoludur. Bu isə xüsusi bir

mənadır. Mənanın ümumi olması daha uyğundur." “Sırat” sözünün ərəbcə əsl mənası “Yol”

deməkdir. Uca Allah da belə buyurmuşdur:

“Bu, şübhəsiz ki, Mənim doğru yolumdur

(SİRATDIR) . Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah)

sizə bunları tövsiyə etdi ki, pis əməllərdəçəkinəsiniz” (Ənam, 153). Təbəri deyir ki: “Bizi

dümdüz yola yönəlt”  yəni Ey Allahım, özlərinə nemət verdiyin qullarını müvəffəq etdiyin o

doğru yolda, bizləri də qərarlı olmağa müvəffəq et. Bizləri, özlərinə itaət etməkdə və ibadət etmə

nemətini verdiyin, mələklərin, Peyğəmbərlərin, imanında sadiq insanların, şəhidlərin və saleh



Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə