Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

10

Fatihə surəsinin şərhi.

tərəfdən "Məlik" şəklindəki oxunuş da sabit olmuşdur və bu sözdə "Malik" sözündə

açıqladığımız şəkildə geniş bir məna vardır. Ən doğrusunu yaxşı bilən Allahdır.

Məlik (Hakim) adını varlıqlara verilə bilməz.

Hər hansı bir kimsənin belə bir ad ilə özünü adlandırması və Allahdan başqa kimsəyə belə

deyilməsi icazə verilmir. Səhih Buxari ilə Müslimdə Əbu Hureyra (r.a) rəvayət edir ki, Allahın

Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Allah Qiyamət

günündə yer üzünü ovcuna götürər. Səmanı da sağında düyüb qatlayar. Sonra da: Mən

Məlikəm (Hökmdaram), yer üzünün hökmdarları harada? deyər. " (Buxari, Rikak 44; Müslim,

Sıfatul-münafikin 23) Yenə də, Əbu Hureyra  (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-

duası və salamı onun üzərinə olsun) buyurmuşdur: "Allah qatında adlarıən alçaq olanı özünə

"hökmdarlar hökmdarı (məliku'l-əmlək)" adını verən adamdır. " (Buxari, Ədəb 114; Müslim,

Ədəb) Əhməd b. Hənbəl deyir ki: "Mən hekayəni rəvayət edən ravi Əmr əş-Şeybanidən hədisdə

qeyd olunan “ən alçaq” sözünün mənasını soruşdum, o mənə: "Ən alçaq, yəni ən zəlil deməkdir"

dedi. " (Müslim, Ədəb 20). Qeyd olunmuş hədisdə aydın açıq aşkar başa düşmək olur ki, hər bir

kəsə Məlik adini qoymaq olmaz, amma “Əbdül Məlik” (Hökmdarın qulu) adını qoymaq icazə

verilir. Yenə də Əbu Hureyrədən (r.a) belə dediyi rəvayət olunur ki, Allahın Elçisi (Allahın

xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qiyamət günündə Allahıəçox

qəzəb edəcəyi, ən adi və pis görəcəyi adam (dünyada ikən) "maliklər maliki" deyə adlandırılan

kimsədir. Halbuki uca Allahdan başqa məlik yoxdur" (Müslim, Ədəb 21) İbnul-Hassar deyir ki:

"Məliki yaumiddin" ilə "məliku'1-mulk" da belədir. Bu adların bütün varlıqlar haqqında istifadə

etməsinin haram qılındığı barəsində görüş ayrılığı olmamalıdır. Eynilə məliku'l-əmlək demənin

haram qılınması kimi." Allahın "Din Gününün Maliki (Hökmdarı)" olması necə başa

düşülməlidir? Birinci şərh şəkli: Ərəb qrammatikasında "Malik" kəlməsi feli sifətlərə aid olunur

və bu növ feli sifətlərə “İsmu fail” deyilir. Yəni hər bir işin icrasını bildirir. Ərəb dilində adı fail

isə, bəzən özündən sonrakına izafə edir. Bu vəziyyətdə gələcək ifadə edən hərəkət mənasındadır.

Belə bir ifadə doğru, səhvsiz, ağlan aydın ola bilər bir ifadədir. Məsələn, bir kimsə: Bu sabah

Zeydi vurucudur" dediyi təqdirdə, Zeydi vuracaq demək olar. Yenə də: Bu gələcək il Beytullaha

həcc edəndir" dediyimiz təqdirdə bunun mənası: Gələcək il həcc edəcək; deməkdir. Necə ki,

hərəkətin, hələ o işi işləmədiyi halda özünə izafə edildiyi də görülən bir xasdır. Bununla

gələcəkdə o hərəkəti edəcəyi izah edilmək istənmişdir. Ona görə də Uca Allahın da "din

gününün Hökmdarı" buyruğu da bu şəkildə, gələcək haqqında şərh edilib açıqlanır. Yəni o din

gününə malik olacaq. Yaxud meydana gəldiyi təqdirdə din gününə malik olacaq, mənasındadır.

İkinci bir şərh şəkli: Malik sözü, qüdrətə raci qəbul edilərək açıqlanır. Yəni o din günündə qadir

olacaq və ya din gününü var etməyə, meydana gətirməyə qadirdir. Çünki bir şeyin maliki

demək, o şeydə qənaət edən və ona güc çatdıran deməkdir. İzzət və Cəlal sahibi olan Allah da

hər şeyə malikdir və öz iradəsinə görə o şeyləri çək-çevir edər. Mülkiyyəti altında olan heç bir

şey Onun iradəsinə, qənaətinə qarşı çıxa bilməz. Ancaq birinci şərh şəkli ərəb dilinə daha

uyğundur. Bunu Əbul-Kazım əz-Zeccaci söyləmişdir. Üçüncü bir şərh şəkli: Əgər: O həm din

gününün həm də başqa şeylərin maliki olduğu halda nə deyə xüsusilə din gününü zikr etmişdir?

Deyiləcək olsa bu cavab verilər: Çünki dünyada onlar mülkiyyət barəsində (Uca Allah ilə)

anlaşılmazlıq içərisində idilər. Firon, Nəmrut və başqaları kimi. O gün mülkündə heç kim

onunla çəkişə bilməyəcək, qarşı çıxarmayacaqdır. Hamısı Ona boyun əymiş olacaq. Necə ki

Uca Allah: “Bu gün hökm kimindir?” (Mumin, 16) Yəni o gündə Uca Allahdan başqa əməllərin

qarşılığını verəcək hakim olmayacaqdır. Bunu da qeyd edim ki, sifət olmaq baxımından

"Malik" ilə "Məlik" arasındakı fərq uca Allah "Məlik" olmaqla təqdirdə bu, Onun şəxsi

sifətlərindən biri olar. Əgər "Malik" olmaqla isə, bu da onun hərəkəti sifətlərindən biri olar.

Gün.



11

Fatihə surəsinin şərhi.

Gün sözündən məqsəd günəşin batmasına qədər olan vaxtdır. Lakin Fatihə surəsində olan

“gün” sözündən məqsəd budur ki, Qiyamətin başlanğıcı ilə cənnət və cəhənnəmliklərin hər

birisinin daxil olduqları vaxta qədər ki, zaman üçün zikir olunmuşdur. "Gün" sözü onun qısa bir

an haqqında da istifadə edilə bilər. Çünki Uca Allah belə buyurmuşdur:

"Bu gün dininizi sizin

üçü

n tamamladım" (Maidə, 3) Gün mənasını verən "yaum" sözünün çoxlu şəkilçisi "əyyam"

(günlər) şəklində qeyd olunur. Bunun əsli şəklindədir daha sonra "ya" ilə "vav" idğam edilərək

"Əyyam" şəklində olmuşdur. Təbəri deyir ki: “Haqq-hesab gününün” deyə tərcümə edilən

"Yaumiddin" ifadəsindəki "Din" sözünün mənası "Cəzalandırma və əməllərin qarşılığını

verməsini" deməkdir. Bu ayə də keçən "Din" sözü də bu mənadadır" Abdullah b. Abbas,

Abdullah b. Məsud, Katadə və İbni Cureyc də burada ki "Din" sözündən məqsədin,

"Cəzalandırma və hesaba çəkmə" olduğunu demişlər. Abdullah b. Abbasım belə dediyi rəvayət

edilmişdir. "Yaumiddin" demək, "Varlıqların hesaba çəkildiyi gün" deməkdir ki, o da "qiyamət

günüdür." Allah, o gün varlıqlara, etdikləri əməllərin qarşılığını verəcəkdir.”

Əd-Din.

Din günündən məqsəd əməllərə verilən qarşılıq və əməllər səbəbindən hesaba çəkmək deməkdir.



İbn Abbas, İbn Məsud, İbn Cureyc, Katabə və başqaları belə söyləmişdirlər. Bu Peyğəmbərdən

(Allahın xeyir-duası və salamı onun üzərinə olsun) də rəvayət edilmiş bir şərh şəklidir. Bu

açıqlamanın doğruluğuna Uca Allahın bu buyruqları da dəlildir:

“O gün Allah onların cəzasını

layiqincə verəcək və onlar Allahın (Allahın onlara verdiyi vədin) açıq-aşkar bir haqq olduğunu

biləcəklər” (Nur, 25) “Bu gün hər kəöəməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm

(haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir” (Mumin, 17) “Bu gün sizə (dünyada)

etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir” (Casiyə, 28) Din eyni zamanda

itaət mənasına da gəlir. Buna görə "din" sözü müştərək ortaq bir söz qeyd olunur.

Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik.

Təbəri deyir ki: Burada məqsəd yəni “Ey Allahım, başqasına deyil ancaq sənə boyun əyərik,

sənə qulluq edirik. Sənə ibadət edirik. Ey Allahım, etdiyimiz ibadətlərdə, itaətlərdə və bütün

işlərimizdə ancaq səndən kömək diləyərik. Səndən başqa heç bir varlıqdan kömək istəmirik.

Səni inkar edən kafirlər isə işlərində səndən başqa dua etdikləri bütlərdən kömək istəyirlər.

Amma biz bunlardan deyirik.” Abdullah b. Abbas, bu ayənin izahında belə demişdir: "Cəbrayıl

Məhəmmədə (s.ə.v) Uca Allahın belə buyurduğunu demişdir. "Ey Məhəmməd! de ki: "Ey

rəbbimiz, ancaq sənə təvəkkül edirik, səndən qorxar və sənə ümid bağlayırıq" Təbəri, ayənin

"Səndən qorxar və sənə ümid bağlayırıq." şəklindəki izahı yerinə "Sənə boyun əgər və sənə

təslim olarıq" şəklində izah etmənin daha uyğun olacağını söyləmişdir. Çünki ayədə zikr edilən

"Ancaq sənə qulluq edirik." ifadəsi hər şeydən Əvvəl, boyun əyməyi və təslim olmağı ifadə edir.

Qorxu və xahiş də "Boyun əymə" ifadəsi içində mövcuddur." demişdir. Surənin əvvəlindən bura

qədər Uca Allaha Həmd ilə Səna edilməkdədir. “İbadət edirik” yəni  "itaət edirik”

mənasındadır. Eyni zamanda İbadət itaət və zillətlə boyun əymək deməkdir. "Və yalnız səndən

kömək diləyərik", yəni köməyi, dəstəyi və müvəffəqiyyəti yalnız səndən istəyirik. Əgər məf'ul

"İyyakə: yalnız sənə" deyilməsi nə üçün hərəkətin (Nə a'budu və nəstəinin: İbadət edərik, kömək

diləyərik) deyilişindən əvvəl gəlmişdir? deyiləcək olursa, bu haqda bələ cavab verilir: Ərəblər

əhəmiyyətli olanı bir şeyi əvvəl deyirlər.



Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə