Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

13

Fatihə surəsinin şərhi.

qullarının yoluna yönəlt "Bizi doğru yola yönəlt" ayəsinin sözündəki "Bizi yönəlt" deyə tərcümə

edilən "İhdinə" sözü "Hidayət etmək" kökündən törəmişdir. Mənası "Açıqlamaq, göstərmək,

aparmaq, müvəffəqiyyətli etməkdir. Təbəri buradakı ifadənin, "Sən bizi doğru yolda qərarlı

olmağını müvəffəq et. O yolda getməkdə bizə müvəffəqiyyət bəxş et." mənasını verdiyini

demişdir və Abdullah b. Abbasın (r.a) da ayəni bu şəkildə izah etdiyini rəvayət etmişdir. Eyni

zamanda Abdullah b. Abbas (r.a) belə  rəvayət edilmişdir: "Cəbrayıl, Allahın Elçisinə r dedi ki:

"Ey Məhəmməd, de ki: "Sən bizə doğruya aparan yolu ilham et." Uca Allahın , Məhəmmədə

doğru yolu ilham etməsi, onu müvəffəq qılması deməkdir. Təbəri deyir ki: "Bu ayənin ifadə

etdiyi məna, bundan əvvəlki ayənin ifadə etdiyi məna kimidir. Yəni bu ayədə də qula. rəbbinə

itaət etməkdə qərarlı olmağa müvəffəq qılınmasını istəməsi əmr edilməkdədir. Buna görə bu və

bundan əvvəlki ayələrin mənası belədir: "Ey Allahım, yalnız sənə ibadət edərik. Sənin heç bir

ortağın yoxdur. İbadəti sənin xaricindəki ilah və bütlərə deyil, yalnız sənə təsis edərik. Sən bizə,

sənə ibadət etməmizdə kömək et. Sən bizləri, özlərinə nemət verdiyin Peyğəmbərlərini və

itaətkar istifadə edən müvəffəq etdiyin yola və üsula müvəffəq et." Təbəri deyir ki: "Hidayətin,

müvəffəqiyyətə çatdırma mənasını verdiyi Ərəb dilində məşhur olan bir xasdır. Necə ki, bu

ayədəki hidayətdən törədilən “Lə yəhdi” sözü də bu mənadadır...

“Allah zalımlar dəstəsini

hidayətə yönəltməz” (İmran, 86)  Yəni Allah, zalım bir dəstəni haqqa müvəffəq etməz. Quran-

kərimin şərh etdiyi adlanan əshabə və təbiin, “Sıratal müstəqimin” mənası haqqında müxtəlif

fikirlər zikr etmişlər. Əli ibn Əbu Talıb və Abdullah b. Məsud, (r.a) "Sıratal mustəqim"dən

məqsədin, Uca Allahın kitabı olduğunu rəvayət etmişlər. Cabir b. Abdullah, Abdullah b.

Abbas, Abdullah b. Məsud, Əbdürrəhman b. Zeyd, İbni Səman əl-Ənsarı (r.a) "Sıratal

mustəqim"dən  məqsədin "İslam" olduğunu demişlər. Məhəmməd b. əl-Hanəfiyyə və Abdullah

b. Abbasdasın  nəql olunan digər bir fikrinə görə "Sıratal mustəqim"dən " məqsəd. Allanın

dinidir.

Nemət Olanlar.

"Nemət verdiyin şəxslərin yoluna": Buradakı yol (sırat) birinci "sırat"dan, bir şeyin bir şeydən

əvəz olması şəklində bir əvəzdir. Mənası isə: Bizim hidayətimizi davamlı et, deməkdir. Bu ayədə

sözü keçən yolun (siratın) bir başqa  məna olduğunu da söylənmişdilər. Ömər b. əl-Xattab və

İbn əz-Zübeyr (r.a) ayənin bu qismini “sirat” sözündən sonra "mən" əlavə edərək şəklində oxu-

muşlar. "Nemət verdiyin" kimlər olduqları barəsində fərqli rəylər irəli sürülmüşdür. Ancaq

təfsirçilərin böyük əksəriyyəti deyir ki: “Burada peyğəmbərlərin, sıddiqlərin (Sadiq olanların,)

şəhidlərin və salehlərin yolu nəzərdə tutulmuşdur.” Bu fikirləri də Uca Allahın buyruğundan

zikir olunmuşdur:

“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi

nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri

hamıdan əvvəl təsdiq edəşəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə

olacaqlar. Onlar necə də gözəl yoldaşlardır” (Nisa, 69). Beləliklə Ayədə bunların dümdüz yol

üzrə olduqlarını göstərməkdədir. Fatihə surəsində də nəzərdə tutulanda budur.

Təbəri deyir ki: "Əgər deyiləcək olsa ki: "Nə üçün burada nemət verilənlərin kimlər olduqları və

o nemətlərin nələr olduqları zikr edilməmişdir?" cavab olaraq deyilər ki: "Ərəblər

danışmalarının bir qismi ilə ifadə etmək istədikləri şeyləri ifadə edə bilsələr, sözü qısa kəsərlər,

hər şeyi zikr etməyə lazımlılıq görməzlər. "Özlərinə nemət verdiyin şəxslər" ifadəsi də bu

qabildəndir. Çünki Uca Allah bundan əvvəlki ayələrdə qullarına, özündən kömək istəmələrini

və doğru yolda davam etməyə müvəffəq qılınmalarını diləmələrini əmr etmişdir. Beləcə,

buradakı "nemətdən məqsədin, "Seçmə qulların tutduqları sağlam və dümdüz yol (sıratal

mustəqim)" olduğu aydın olmuşdur.

Qəzəbə uğrayanlar və azmışlar.




14

Fatihə surəsinin şərhi.

“Qəzəbə uğramışların və azmışların yoluna deyil” Kimlər olduqları barəsində fərqli fikirlər

vardır. Lakin icma isə, qəzəbə uğrayanların yəhudilər, azmışlarda xaçpərəstlər olduğu demişlər.

Çünki Adiyy b. Hatimdən (r.a) rəvayətinə görə, Peyğəmbər (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) belə buyurmuşdur: "Yəhudilər, Allahın qəzəbləndiyi şəxslərdir, Xristianlar da

azmış şəxslərdir." (Tirmizi, 2954: Müslim, Salat: 27; Əbu Davud, Salat: 17) Eyni ilə Abdullah b.

Abbas, Abdullah b. Məsud, Rebi' b. Ənəs, Abdullah b. Zeyd və atası Zeyd də "Qəzəbə

uğrayanlardan məqsədin, Yəhudilər olduğunu demişlər. Bu təfsirin doğruluğuna Uca Allahın

yəhudilər haqqındakı:

“Və Allahın qəzəbinə düçar oldular.” (Bəqərə, 61) “Allahın onlara

qəzəbi tutmuş” (Fəth, 6). Lakin xristianlar haqqında da Uca Allah belə buyurmuşdur: “Əvvəlcə

onlar yolunu azmış, bir çoxlarını da azdırmış və (sonra da) dümdüz yoldan çıxmışlar” (Maidə,

77) Eyni zamanda bəzi təfsirçiləri şərhinə görə, qəzəbə uğrayanların müşriklər, azmışlar da

münafiqlərdir. Deyirəm: Qəzəb; şiddət, qatılıq deməkdir. Sərt təbiətli adam üçün deyilər. Eyni

ilə bu söz qatılığı səbəbi ilə olduqca zərər verici, qəddar ilan haqqında istifadə edilər. sözü isə,

üst-üstə dözən dəvə dərisindən bir parça deməkdir. Bununla belə, sərt olan şəxslər üçün bu ad

verilmişdir. “Azmışların yoluna deyil” buyruğunda isə keçən "dalal" sözü Ərəbcə doğru yoldan,

haqq yoldan azaraq uzaqlaşıb getmək deməkdir. Təbəri deyir ki: "Qəzəbə uğrayanlardan

məqsəd, Uca Allahın bu ayədə bəyan etdiyi Yəhudilərdir.

“De: “Allah yanında cəza etibarilə

bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də

meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri

daha pis olan və doğru yoldan daha çox azanlardır!” (Maidə, 60).

Uzun bir rəvayət olunan hekayə ilə “Adiy b. Hatim (r.a) deyir ki: "Allahın Elçisi (Allahın xeyir-

duası və salamı onun üzərinə olsun) məsciddə oturar ikən onun yanında idim, orada olanlar

mənim üçün "Bu, Adiy b. Hatimm"dir. Dedilər mən amansız  (hər hansı bir adamın himayəsinə

sığınmadan) və yazısız olaraq Mədinəyə gəlmişdim. Allahın Elçisi (Allahın xeyir-duası və salamı

onun üzərinə olsun) doğru yönəlincə əlimdən tutdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı

onun üzərinə olsun) daha əvvəl belə buyurmuşdu: "Ümid edirəm ki, Allah, onun əlini mənim



əlimə verər." Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) ayağa qalxdı. O

sırada hüzuruna yanında bir uşaq olan bir qadın gəldi. O ikisi, "Səndən bir şey istəyimiz var."

dedilər. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onların ehtiyaclarını

verdi. Ondan sonra mənim əlimdən tutub evinə qədər apardı. Xidmətçi, altına döşək qoydu.

Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) onun üzərinə oturdu. Mən də

onun qarşısında oturdum. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)

Allaha həmd edib onu təriflədikdən sonra belə buyurdu: "Lə iləhə illəllah" (Allahdan başqa

ibadətə layiq ilah yoxdur) Deməkdən səni saxlayan nədir? Sən, Allahdan başqa bir ilah

olduğunu bilirsənmi?" Dedim ki: "Xeyr." Sonra bir az danışdı, daha sonra belə buyurdu: "Sən,

hər hansı bir şeyin Allahdan daha böyük olduğunu bilirsən "Alləhu Əkbər" (Allah ən

böyükdür.)  Deməkdən qaçırsanmı?" dedim ki: "Xeyr." Buyurdu ki: "Şəkk yoxdur ki, Yəhudilər

Allahın qəzəbləndiyi şəxslərdir. Xaçpərəstlər isə, yollarını azanlardır. "Dedim ki: "Mən

Müsəlman olaraq gəldim." Bu sırada baxdım ki, Allahın Elçisinin (Allahın xeyir-duası və salamı

onun üzərinə olsun) üzü sevincdən dəyişdi” (Tirmizi, Quranın. Təfsiri: Hədis Nömrə: 2953)

Abdullah b. Şakiyk deyir ki: “Bir adam Allahın Elçisinə (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) sual verdiyini eşitdiyim. "Ey Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun

üzərinə olsun) bunlar kimlərdir?" Allahın Elçisi(Allahın xeyir-duası və salamı onun üzərinə

olsun): (Yəhudiləri göstərərək) "Bunlar, qəzəbə  uğrayanlardır" buyurdu. Adam: "Bunlar

kimlərdir?" deyə soruşdu. Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun):

(Xristianlar nəzərdə tutaraq)  "Onlar da yollarını azanlardır." Buyurdu” (Əhnəd b. Hənbəl,

Müsnəd, c. 5, s. 77)

Taberi deyir ki: Ayədə zikr olunan "Azmışlardan məqsəd, Uca Allahın Maidə surəsinin 77-ci

ayəsində bəyan etdiyi kimi Xristianlardır. Eyni zamanda Təbəri deyir ki: "Ərəb dilində, hər

doğru yoldan ayrılan və möhkəm yolu tutmayan bir kimsəyə "Azmış" deyilir. Uca Allah

xristianları "Azmış" olaraq zikir etməsi, onların, haqq dini buraxıb başqa yolla getmələrini

bəyan etmişdir.




Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə