Fatihə surəsinin şərhi



Yüklə 279,46 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.08.2018
ölçüsü279,46 Kb.
#60959
1   2   3   4   5   6   7   8

8

Fatihə surəsinin şərhi.

Uca Allahın: “Aləmlərin Rəbbi” zikir etməsi, yəni onların maliki, sahibi deməkdir. Hər hansı

bir şeyə malik olan hər kəs o şeyin rəbbidir. Çünki "ər-Rab", əl-Malik deməkdir. Əs-Sihah adlı

lüğətdə belə qeyd olunur: “Rəbb, Uca Allahın adlarındandır. Başqası haqqında ancaq izafət ilə

istifadə edilə bilər. Ərəblər cahilliyə dövründə bu sözü hökmdar haqqında istifadə etmişlər”

“Rəbb” kəlməsi, Ağa  mənasında da zikir olunmuşdur:

“Rəbbinin (Ağanın) yanında məni də

yada sal!” (Yusuf, 42)  Qeyd olunmuş ayədə “Rəbb” kəlməsi “Ağa” mənasında zikir olunur.

Eyni zamanda Yusifin (ə) şəriətində "Rəbb" kəlməsi "Ağa" mənasında istifadə edilməsinin icazə

verilmişdir. Eləcə də, “Rəbb” kəlməsi islah edib düzəldən, işləri çəkib çevirən, düzəldən və idarə

edən mənasına da qeyd olunur. Eləcə də, məbud (İləh) mənasını da əhatə edir. Elm adamları

Uca Allahın “Rəbb” adı ilə bağlı belə demişdilər: “Bu Uca Allahın ən böyük adıdır. Çünki dua

edənlər bu adı istifadə edərək çox dua edərlər. Quran-Kərimdə bunu da qeyd edə bilərik.

Məsələn əl-İmran surəsinin sonlarında, İbrahim surəsində və digər surələrdəki dualar Allaha

müraciət edərək “Rəbb” kəlməsi ilə zikir olunur”

İmam Qurtubi deyir ki: "Rəbb" kəlməsinin əvvəlində əlif və ləm həriflərini yazaraq "ər-Rab"

deyildiyi zaman yalnız uca Allah nəzərdə tutulmuş olar. Çünki buradakı "əlif və ləm" hərifləri

əhd üçündür. Əgər "Rəbb" kəlməsinin əvvəlində "əlif və ləm" hərifləri yazılmadığı zaman olsa

Uca Allah üçün də qulları üçün də ortaq olaraq istifadə edilə bilər. Məsələn "Allah, qulların

rəbbidir" deyildiyi kimi "Zeyd evin rəbbi (sahibi)dir" deyilər. Uca Allah bu vəziyyətdə rəblər

rəbbidir və Allahdan başqa bütün "rəblər" (sahiblər) isə yaradıcı və ruzi verici deyil.” (İmam

Qurtubi, əl-Camiu li-Əhkami’l-Qur’an, 1/370). Deyirəm: “Rəb” kəlməsi lüğətdə tərbiyə

mənasındadır. Tərbiyə isə hər hansı bir şeyi öyrədəndir. Yəni bir şeyi islah (düzəltmə) edənə və

ya tamamlayana onu tərbiyə etmiş deyərlər. Bunun üçün davamlı kitablarla məşğul olanlara

«Rabbaniyyun» deyilir. Rəb sözü, tərbiyə kökündən törədilmişdir. Uca Allah İnsanları öyrədən

və idarə edəndir.

Aləmlər.


Uca Allahın: "əl-aləmin" buyruğu ilə əlaqədar olaraq şərh-əhli və təfsirçilər bir çox fərqli rəylər

qeyd etmişlər. Katabə deyir ki: "əl-aləmin" kəlməsi "aləm" sözünün çoxluğudur. Uca Allahdan

başqa olan hər bir varlığı aid olunur.” İbn Abbas (r.a) deyir ki: "Aləmlər" cinlər və insanlar

mənasını əhatə edir. Dəlili isə Uca Allahıın:

"Bütün aləmlərə xəbərdarlıqçı olsun deyə..."

(Furqan, 1) buyruğudur. Lakin Peyğəmbər (Allahın xeyir-duası və salamı onun üzərinə olsun)

isə, heyvanlara xəbərdarlıqçı olmamışdır.” əl-Fərra və Əbu Ubeydə deyir ki: Aləm ağılı çatan

hər bir kəslərə aid olunur. Bunlar də dörd ayrı ümmətdirlər: İnsanlar, cinlər, mələklər və şeytan-

lar. O baxımdan ağılı çatmayan heyvanlara aləm, deyilməz. Çünki bu şəkildə çoxluq (əl-aləmin

və əl-aləmin) yalnız ağılı çatan varlıqlar üçün istifadə edilir.” Ər-Rəbi b. Ənəs də Əbul-Əliyədən

belə dediyini rəvayət etmişdir: “Cinlər ilə insanlar bir aləmdir. Bunların xaricində yer üzünün

dörd bucağı vardır. Bu bucaqlardan hər birisində min beşik aləm vardır və Allah bunları ibadəti

üçün yaratmışdır.” Deyirəm: Bu mövzudakı doğru və səhih rəy budur ki, hər cür varlıq aləm

kəlməsini əhatə edir. Yəni bütün varlıqlar qəsd olunur. Buna dəlil isə Uca Allahın bu

buyruğudur:

“Firon dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cüşeydir?)” (Musa: ) “Əgər yəqin

inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün varlıqların)

Rəbbidir!” deyə cavab verdi.” (Şuəra, 23-24). Əz-Zəccəc demişdir ki: “Aləm Uca Allahın dünya

və axirətdə yaratdığı hər bir şeydir.”

Allah və Onun rəhməti.

Uca Allahın rəhmətindən budur ki, məxluqatlar Ona daha çox itaət etsinlər və üsyandan daha

çox uzaq olsunlar, o cümlədən Ondan qorxmağı həm də rəhmətinə ümid etsinlər deyə Uca

Allah bu barədə bələ buyurmuşdur.

“(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri




9

Fatihə surəsinin şərhi.

təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm. Eyni zamanda da əzabım da çox

ş

iddətli əzabdır” (Hicr, 49-50).  “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli,

kərəmi böyük olan (Allahdandır)... (Gafir, 3) Səhih Müslimdə Əbu Hureyra  (r.a) rəvayət edir

ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Əgər

mömin Allah qatında olan cəzanın nə olduğunu bilsə heç bir kimsə onun cənnətini ümid etməz.

Əgər kafir də Allah qatındakı olan rəhmətini bilsə heç kim onun cənnətindəümid kəsməz."

(Müslim, Tövbə 23)

Məlik sözün oxunuşu.

Təbəri deyir ki: “Haqq-hesab gününün hökmdarı” : "Hökmdar" deyə tərcümə edilən "Malik"

sözü üç şəkildə oxunmuşdur: Birinci oxunuş şəkli: Məlikdir. Mənası isə "Hökmdar, mülk sa-

hibi" deməkdir. Bu oxunuş şəklinə görə ayənin mənası belədir: "Varlıqların, hesaba çəkilib cəza

və ya mükafat! Qiyamət gününün hökmdarı, və tək sahibi yalnız Allahdır. Bu sözün ikinci

oxunuş şəkli Malikdir. Mənası isə "Hökm vermə haqqına sahib və ya qiyamət gününü gətirməyə

gücü çatan" deməkdir. Abdullah b. Abbas (r.a) bu oxunuş şəklini belə izah etmişdir. "İnsanların

cəzalandırılacaqları və ya mükafatlandıracaqları qiyamət günündə hökm vermə səlahiyyəti,

yalnız Allaha aiddir. Dünyada olduğu kimi o gün, Allahdan başqa heç bir kimsə hökm verə

bilməyəcəkdir" Abdullah b. Abbas (r.a) bu şəkildəki izahından sonra bu ayələri oxumuşdur.

“Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən

başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir” (Nəbə, 38). Təbəri, birinci

oxunuş şəklinin bu səbəblərdən ötəri seçimə layiq olduğunu demişdir: Hökmran və mülk sahibi

olmaq eyni zamanda qərar vermək sahib olmağı və hökm vermə gücündə olmağı da əhatə edir.

Halbuki Malik sözü, "Hökm vermə səlahiyyətini sahib" şəklində izah edildiyi təqdirdə,

hökmranlığı və mülk sahibliyini ifadə etməz. Ayələri daha əhatəli mənada götürmək əlbətdə ki,

daha uyğundur. Digər tərəfdən, bu ayədən əvvəlki ayələrdə, Uca Allah bütün aləmlərin rəbbi,

yəni özünə itaət edilən ağası, düzəldib düz edəni və sahibi olduğunu bəyan etmişdir. Dərhal o

ayənin sonunda da eyni mənası dəyişik bir söz ilə ifadə etməsi əlbəttə ki, ilahi kəlama uyğun

deyil. Beləliklə "Məlik" şəklindəki oxunuş formasını əsas götürüb qiyamət günündə bütün

mülkün və hökmranlığın ona aid olduğunu söyləmək "Malik" şəklindəki qiraəti əsas götürərək

"Qiyamət günündə hökm verməyə yalnız o səlahiyyətlidir." deməkdən daha fəzilətlidir. Bu

sözün üçüncü oxunuş şəkli isə Malikədir. Mənası isə "Ey qiyamət gününün Sahibi" deməkdir.

Ayəni bu şəkildə oxuyanlar, bundan sonra gələn ayələrə bu ayə arasında əlaqəni

qüvvətləndirmək üçün belə oxumuşlardır. Çünki bunlara görə bu və bundan sonra gələn

ayələrin mənası belədir: "Ey, qiyamət gününün sahibi, yalnız biz sənə qulluq edirik və yalnız

səndən kömək diləyirik... " Tabəri, bu oxunuş şəklinin də seçimə layiq olmadığını bəyan etmiş,

daha sonra gələn ayələrlə əlaqəsini qüvvətləndirmə səbəbinin doğru olmadığını zikr etmişdir.

Çünki Abdullah b. Abbas, Cəbrayılın, Uca Allahın Peyğəmbərə "Ey Məhəmməd, de ki:

aləmlərin rəbbi olan, Rahmən və Rəhim olan və qiyamət gününün sahibi olan Allaha həmd

olsun. Ey Məhəmməd, yenə də ki: " yalnız biz sənə qulluq edirik və yalnız  səndən kömək dilə-

yirik " şəklində əmr etdiyini söylədiyini rəvayət etmişdir. Beləcə bu oxunuş şəklinə ehtiyac

qalmamışdır.” Elm adamları isə "Məlik" oxunuşununmu yoxsa "Malik" oxunuşununmu daha

bəlli olduğu barəsində fərqli fikirlər irəli sürmüşdülər. Hər iki oxunuşu Tirmizi Allahın

Elçisindən r rəvayət etmişdir. Əbu Xatim deyir ki: "Malik" yaradanı tərifləmək barəsində

"Məlik"dən daha aydındır. Varlıqları tərifləmək barəsində isə Məlik sözü "Malik"dən daha be-

llidir. Aralarındakı fərq də budur: Varlıqlardan "Malik" olan adam "Məlik (hökmdar)" olmağa

bilər. Uca Allah isə "Malik" olduğuna görə eyni zamanda "Məlik"dir də. Deyirəm: Kimisi də

"Malik" sözünün daha bəlli olduğuna dair vacib bir hərf ehtiva etməsini dəlil göstərmişdir. Bu

sözü bu şəkildə oxuyan bir kimsə, "Məlik" deyə oxuyandan on yaxşılıq götürülər. Bu, sözün

şəklinə baxdığımız təqdirdə belədir. Mənasına baxdığımız vaxt bunu ifadə etməz. Digər



Yüklə 279,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə