F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

 
46
əmələ  gətirmə,  hemaqqlütininin  istiliyə  davamlılığının  və  virusun  infeksion 
xüsusiyyətlərinin örtülməsinin mümkünlüyü aydınlaşdırılmışdır (1962). 
Rekombinant  virusların  genetik  stabilliyi  in  vitro  Webster  və  b.  1971 
tərəfindən müəyyən edilmişdir. 
Epidemioloji  nöqteyi-nəzərdən  Webster  və  Cambell  (1974)  təcrübələri 
maraq  doğurur.  Bu  təcrübələr  “yeni”  qrip  virusu  ştammının  rekombinasiya  və 
seleksiya  şərtlərini  aydınlaşdırır  və  “yeni”  rekombinant  ştammların  epidemik 
potensiya cəhətdən imkanlarının mümkünlüyü məsələsinə aydınlıq gətirir. 
Müəyyən  edilmişdir  ki,  bir  virusun  HA  və  digər  virusun  NA  qarşı 
antitellərin  aşağı  səviyyəsinə  malik  quşların  qarışıq  infeksiyası  rekombinantların 
seleksiyası üçün ideal şərait yaradır.   
İnfeksiyanın  ardınca  məhdud  dərəcədə  hər  iki  valideyn  viruslar  replikasiya 
edirlər.  Bununla  onlar  valideyn  virusları  eliminasiya  edən  immun  sistemi  stimulə 
edirlər.  Bu  yolla  rekombinantlar  seleksiya  oluna  bilərlər  və  virulentliyin  vacib 
xassələrinə  və  digər  fərdlərə  ötürmə  qabiliyyətinə  malik  olmaq  şərtilə  bu 
rekombinantlar epidemik xəstəlik törədə bilərlər. 
Webster,  Laver  (1978)  qeyd  edirlər  ki,  in  vitro  və  in  vivo  şəraitində  alınan 
nəticələr  bu  cür  proseslərin  təbiətdə  də  baş  verə  biləcəyini  güman  etməyə  imkan 
verir. 
Bu zaman onlar dolayı sübutlar gətirirlər:  
1.
 
İnsan,  ibtidai  məməlilər  və  quşlardan  ayrılmış  qrip  virusları  arasında 
antigen uyğunluğu.  
2.
 
Qrip virusunun qəti sahib dairəsinin olmamazlığı. 


 
47
Yuxarıda  göstərildiyi  kimi,    A/H2N2/  və  A/H3N2/  pandemik  qrip 
viruslarının  mənşəyinin  araşdırılması  zamanı  insan  və  heyvan  mənşəli  viruslar 
arasında antigen uyğunluğu müəyyən edilmişdir. 
Quş  qripi  viruslarının  bəzilərinə  antigen  cəhətdən  insanın  əvvəlki  qrip 
viruslarının  HA-ni  çox  yaxındır:  ördəklərin  virusu  (A/утка/  Германия/1918/68 
Hav6  N1)  H0N1  və  H1N1  insan  viruslarının  NA-na  yaxın    NA-ya  malikdir 
(Schild, Newman,1969). 
Donuz  və  insanın  qrip  viruslarının  NA-sı  qohumdurlar-  H0N1  və  Hsw1N1 
(Meier-Ewert və b. 1970). 
QQV  NA-sı  (A/индюк/Массачусетс/65  Hav6  N2)  insanın  H2N2  qrip 
virusunun  NA-sı  ilə  identikdir  (Pereira  və  b.  1967;  Schild,  1969;)  QTV  NA-sı 
(A/ВГИ/Голландия/27  Hav1 Neq1) atların I tip qrip virusunun NA-sı ilə oxşardır 
(A/лошадь/Прага/1/57/  Heq1  Neq1)(Webster,  Pereira,  1968;  World  Health  Org., 
1971). 
Quş  qripinin  səkkiz    müxtəlif  yarımtipindən  dördü  insan  və  at  qripi 
viruslarının NA-antigeninə qohum NA-antigeninə malikdir. 
O  ki,  qaldı  HA  şərtlənən  antigen  uyğunluğuna,  yuxarıda  A/Гонконг/68, 
А/утка/Украина/63/  və  А/лошадь/тип2  viruslarının  HA  uyğunluğu  qeyd 
edilmişdir. 
Bundan başqa, son vaxtlar müəyyən edilmişdir ki,  Almaniyada ördəklərdən 
alınmış virus (A/утка/Германия/1225/74 H2 Nav2) A/H2N2/ qrip virusunun HA-
ya yaxın HA-ya malikdir. 


 
48
Təbiətdə  rekombinasion  proseslərin  mümkünlüyünün  dolayı  sübutlardan 
ikincisi haqda  danışdıqda qeyd  etmək lazımdır  ki,  son  illərin  virusoloji tapıntıları 
qrip  viruslarının  heç  də  həmişə  sahibə  qarşı  qəti  müəyyən  spesifikliyə  malik 
olmadığını 
və 
virusların 
ikitərəfli 
keçidinin 
mümkünlüyünü: 
insan 
populyasiyasından  ibtidai  heyvanlar  aləminə  və  əksinə  təsdiq  edir  (Eeasterday, 
Tumova, 1971; Webster, 1972). 
QК/68  virusu  donuzlardan,  itlərdən,  pişiklərdən,  babuinlərdən,  eləcə  də 
toyuq və danalardan ayrılmışdır (Zhesmer, 1973). 
Bu  virusla  dana  və  toyuqlarda  eksperimental  infeksiya  alınmışdır  (Schild, 
Cambell, Webster; Kilbournun sitatı). 
Honkonq  virusunun  insan  ştammlarının  toyuqlarda  replikasiyasının 
olmaması haqda alınmış məlumatların əsasında yəqin edilir ki, virus başqa sahibə 
adaptasiya  etmişdir  və  beləliklə,  toyuqların  orqanizmində  ikiqat  infeksiya  və 
genetik qarşılıqlı təsir üçün şərait yaranır. 
R.Q.Vebster  qeyd  edir  ki,  bu  məsələ  haqda  daha  dəqiq  məlumatlar  o  vaxt 
alınacaq  ki,  təbiətdə  müxtəlif  qrip  viruslarının  yeni  pandemik  ştammının  əmələ 
gəlməsinə səbəb olan rekombinasiyasını tapmaq olsun. 
Belə hadisənin nadirliyi (10-11 il intervalla) faktiki olaraq bu imkanı istisna 
edir. 
İnsanlar  üçün  pandemik  olan  növbəti  ştammın  əmələ  gəlməsindən  əvvəl 
ştammların  retrospektiv  analizi  məqsədi  ilə  ştammların  “bankının”  toplanması 
alternativlik təşkil edir. 


 
49
Hazırda 
heyvan 
və 
insan 
qripi 
virusları 
ştammlarının 
təbii 
rekombinantlarının alınması məlumdur. 
Sakit  okean  hövzəsində  1976-cı  ildə  balinalardan  A/кит/ТО/19/76  qrip 
virusunun  təbii  rekombinant  ştammı  alınmışdır.  Həmin  virus  H0-H1  Hav2,  yeni 
təsnifata  görə  H1N3  antigen  formuluna  malikdir  (Lvov  D.K.,  Zhdanov  V.M., 
Sasonov A.A. və b. 1978). 
Sonralar,  T.V.Pısina,  D.K.Lvov  və  b.(1978)  keçmiş  SSRİ-nin  Primorsk 
vilayətinin  Xasan  rayonunun  şirin  su  kompleksində  vəhşi  quşların  virusoloji 
müayinəsi zamanı 1976-cı ilin yazında vəhşi ördəklərdən rekombinant qrip virusu 
/Приморье/695/76  ayırd  etmişlər.  Həmin  virus  A/Сингапур/1/57  ştammının 
hemaqqlyutini,  quşların  ikinci  yarımtipinin  Nav2  neyraminidazası  ilə  identik  H2 
hemaqqlütininə malik idi. 
Müəlliflər  güman  edirlər  ki,  H2  Nav2  virusu  H2N2  Asiya  virusu  ilə  Hav7 
Nav2 virusunun rekombinasiyası nəticəsində meydana çıxmışdır. 
1983-cü  ildə  göyünlərin  Tabanus  agrestis  növündən  Hav1Nav2  və  ya  yeni 
təsnifata  görə  H1N3  antigen  formuluna  malik  qrip  virusu  alındı  (M.T.Janseitova, 
1983). 
1983-cü  ildə  Nerome  Kuniak  və  b.  1978-ci  ildə  Yaponiyada  donuzlardan 
alınmış  rekombinant  qripp  virusunun  /Swine/Kanagawa/2/78  hemaqqlütinin  və 
neyraminidazasının  monoklonal  antitel  seriyasının  köməyi  ilə  aparılmış  antigen 
analizi  ilə  müəyyən  etdilər  ki,  A/SW/Kanagawa  2/78/H1N2/  qrip  virusunun  HA 
geni H3N2 insan qripindən, qalan 7 geni isə donuz qripi virusundan alınmışdır. 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə