F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

 
50
1982-ci  ildə  isə  A  qripi  virusunun  təbii  rekombinant  ştammı  KRX-lə 
xəstələnmiş insandan ayırd edildi (штамм А/Баку/799/82/H1N3). 
Ştamm  Bakı  şəhəri  ətrafında,  Azərbaycanın  Xəzəryanı  zonasında  alınmışdı 
(Lvov D.K., Zhdanov V.M., Sadychova F.A. və b. 1983). İnsandan alınmış A qripi 
virusunun  təbii  rekombinant  ştammının  alındığı  yerin  epidemik  və  iqlim  şəraiti, 
tədqiqatçıların  böyük  əksəriyyətinin  fikrincə,  pandemik  ştammların  meydana 
çıxdığı şəraitə identik idi. 
Faktiki  məlumatların  əsasında  şiftin  əmələ  gəlməsinin  hər  hansı  3 
istiqamətinin mümkünlüyü haqda məntiqi nəticə çıxarmaq olar:  
1.
 
“Yeni”  virus-  təbiətdə  dəyişməz  halda  saxlanmış  “  köhnə”  virusun 
təkamülün yeni burumunda “təzələnməsidir”.   
2.
 
“Yeni”  virus-  heyvan  viruslarının    “köhnə”  insan  virusları  ilə 
rekombinasiyasının nəticəsidir. 
3.
 
“Yeni”  virus-  növ  spesifik  baryeri  keçmiş  heyvan  virusudur  (Webster 
R.G., Laver W.B., Air və b. 1982).         
1971-ci  ildən  sonra  izolə  edilmiş  A  qripi  viruslarının  yeni  yarımtiplərinin 
hüdudlanmış  sayı  təbiətdə  qrip  viruslarının  müxtəlif  yarımtiplərinin  sayının 
sonsuz  olmadığını  söyləməyə  əsas  verirdi  (Hinshaw  V.S.,  Webster  R.G., 
Rodriguer R.I, 1979; 1981). 
İkiqat rekombinasiya yolu ilə yeni pandemik qrip viruslarının əmələ gəlməsi 
haqda hipotez söylənilir (Mau Liang Wang, 1979). Bu hipotez A/Hasw1N1/, H1N1 
qripp viruslarının sirkulyasiyada təkrarən meydana çıxmasını izah edir.  
 


 
51
 
1.4
 
 A  qripi  virusunun  insan  cəmiyyətindən  kənar  sirkulyasiyası  haqda 
məlumatlar və heyvan  və insanı yoluxduran qrip  viruslarının əlaqələri. 
 
Qrip  virusu  ilə  donuzların  (1930-cu  il),  quşların  (1955-ci  il)  və  atların              
(1956-cı  il)  yoluxması  haqda  məlumatların  alınmasından  sonra  ÜST  qripin 
ekologiyası  üzrə  tədqiqatların  stimullaşdırılması  proqramını  həyata  keçirməyə 
başladı. 
Virusların təbii mənbələrdən alınmasına aid tədqiqatlar çox məhsuldar oldu. 
A  qripi  viruslarının  24  yarımtipindən  17-si  quşların,  2-si  atların,                             
1-i donuzların, 4-ü insanın qrip viruslarıdır. 
Hazırda  qripp  viruslarının  spektri  yeni  antigen  variasiyaları  ilə  dolur 
(törədicinin  təbii  sahiblərinin  spektrinin  genişlənməsi  ilə).  A  qripi  virusları  ilə 
məməlilərin,  vəhşi  quşların  dəstələrinin,  ev  quşları  və  heyvanlarının  yoluxması 
haqda məlumatlar var.  
   
 
      1.5
 Qrip virsunun vəhşi və ev quşları arasında sirkulyasiyası.
 
 
Hazırda  quşlardan  (vəhşi  və  ev)  böyük  miqdarda  qrip  virusları  alınmışdır. 
Onlar sahibin növündən asılı olaraq özünəməxsus xüsusiyyətlərə malikdirlər. 
ABŞ-da  qağayılardan  alınan  hemaqqlütininin  12  məlum  yarımtipindən 
fərqlənən hemaqqlütinini olan A qripi virusu böyük maraq doğurur. 


 
52
Güman  edilir  ki,  qağayılardan  alınan  bu  virusun  hemaqqlütinini  13-cü 
yarımtipin hemaqqlütinini adlandırmaq olar (Hinshaw V.S., Air C.M., 1982). Daha 
sonra,Hinshaw  V.Setal  (1986)  tərəfindən  balinaların  ağ  ciyərlərindən  və  tənəffüs 
dəliklərindən  A/H13N2/  və  (H13N9)  qripi  virusları  alınmışdır.  Bu  viruslar 
qağayıların qrip virusunun H13 subtipinə qohumdurlar. 
Tədqiqatlarla  həmin  virusun  ölkənin  bir  çox  regionlarında,  o  cümlədən 
Azərbaycanda  vəhşi  quşlar  arasında  sirkulyasiyası  müəyyən  edilmişdir  
(Yamnikova S.S. və həmmüəlliflər 1986). 
Vəhşi  ördəkdən  A/Anas  acuta/Приморье/695/75/H2Nav7/  qripi  virusunun 
alınması haqda məlumat var (Т.V. Pısina, D.К. Lvov və b., 1978). 
Hav6  yarımtipə  məxsus  A  qripi  virusları,  xüsusən  Kanadada  alınmış 
A/индюк/Онтaрио virusu həm insan tipli N1, N2, həm də at qripinə mənsub Neq2 
neyraminidazaya malikdirlər (Вебстер Р., Тумова Б. и др., 1977). 
Bir  sıra  qrip  virusları  1980-ci  ildə  sərbəst  yaşayan  Amerika  qu  quşlarından, 
qaraquyruq  qağayılardan  və  Qərbi  Yaponiyada  kəkilli  ördəklərdən  alınmışdır. 
Alınmış qrip virusları Hav6Nav3 və Hav1Neq2 subtiplərinə məxsus idilər (Otsuki 
Koichi və b. 1982). 
Cənubi  Slovakiyada  vəhşi  quşlardan  müxtəlif  antigen  formulalarına 
A/H4N6/;    A/Hav4Nav1/;    A/H8N6/;    A/Hav7Neq2/  malik  quş  qripi  virusları 
alınmışdır (Turek R., Tumova B., 1983). 
İlk  dəfə  xəstə  ördək  balalarından  qrip  virusu  1953-cü  ildə  Kanadada 
alınmışdır  (Walker  və  Bannstber,  1953).  Duck  /Canada/53  virusunu  yalnız  14  il 
sonra Michell və başqaları (1967) ətraflı öyrəndilər. 


 
53
1956-cı  ildə  Şərqi  Slovakiyada  xəstə  ördək  balalarının  burun  ifrazatından, 
beynindən, ağ ciyərlərindən, qara ciyərindən Koşiçe/550 virusunun alınması haqda 
məlumat xüsusi maraq doğururdu. 
Koppel,  Vrtiak, Vasil və  Spiesa (1956)  tərəfindən alınmış  virus  virusoloqlar 
(Frano, 
1958; 
Blaskovic 
et 
al., 
1959) 
öyrənilmişdi 
və 
Myxovirus 
A/Anatis/Kosiece/56 və ya A/утка/Чехoсловакия/56 kimi qeyd olunmuşdu. 
  
İlk  dəfə  A/утка/Англия/56  virusu  haqda  Andrewes  və Worthington  (1959) 
məlumat verdilər.  
 
Sinusitlə  xəstələnmiş  ördək  balalarının  respirator  traktının  toxumalarından 
alınmış A qripi virusunun Veybricdə (İngiltərə) alınması haqda məlumatlar var. 
 
1962-ci ildə İngiltərədə həmin fermada ördək sinusiti alovlanmasının təkrarı 
zamanı 2 agent müəyyən olundu: 
  
A/Anatis/England/62 kimi qeyd olunan A qripi virusu və Mycoplasma anatis 
adlanan  mikoplazmanın  xüsusi  növü  (Weybridge,  1964).  1960-cı  ildə  ilk  dəfə 
SSRİ-də sinusitlə xəstələnmiş ördək balalarından A qripi virusu ştammı alındı. P.F. 
Çimox  (1962) Ukraynada 3 ştamm aldı: (Yalta-60, Borki-60, Sartana-60). 
 
SSRİ-nin  başqa  rayonlarında  А/утка/СССР/ОВ/66    və  А/утка/СССР/1/68 
ştammları  alınmışdır.  Bu  ştammlarda  Tsimox  tərəfindən  izolə  edilmiş  ördək 
virusları  ilə  antigen  əlaqələri  müəyyənləşdirilmişdir  (N.Q.  Оsidzе  və  b.  1970). 
Vəhşi  ördəklərdən  A/H2N2/,  A/H3N2/,  A/H3N8/,  A/H6N5/  yanaşı  donuz  qripi 
virusunun  (Hsw1N1)  ayrılması  maraq  doğurur  (OttisK.,  Bachman  P.A.,  1983, 
1984). 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə