F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

 
42
 
İnsandan  ayrılmış  A/H3N1/  qrip  viruslarının  təbii  rekombinantlarının 
alınması  haqda  məlumatlar  var.  Həmin  virusların  əmələ  gəlməsinin  əsasında 
A/H1N1/  və  A/H2N2/  qripi  viruslarının  qarışıq  infeksiyası  durur  (Yamana  
Nobhisa və b. 1978; Kendal A.P., Zee D.T. və b., 1979, Nerome, Yashioka Y. və 
b.,(1985)), nəticədə A/свинья/1/80/N1H2/ təbii rekombinantı alınmışdır. 
 
Molekulyar  hibridizasiya  metodu    ilə  göstərilmişdir  ki,  yalnız  Na  geni                 
Honkonqa  bənzər  (H3N2)  virusundan  alınmışdır,  qalan  genlər  (H1N1)  donuz 
virusundan alınmışdır. 
 
İnsan qripi viruslarının  rekombinasiyası ideyası (onlara dəyişkən virulentlik 
vermək  yolu  ilə)  1918-1919-cu  illərin  pandemiyasının  ikinci  dalğasının  “xüsusi 
virulentliyinin” mümkün olan izahını vermək üçün verilmişdi (Burnet, 1949). 
 
Sonralar  ,  1957-ci  ildə insanlarda  meydana  çıxan  viruslar H1N1  ştammının 
müvafiq  subvahidlərindən  antigen  cəhətdən  fərqlənən  HA  və  NA  subvahidlərinə 
malik idilər. 
 
Bununla əlaqədar olaraq güman edilirdi  ki, A qripinin H2N2 Asiya serotipi 
Asiyada  heyvan  rezervuarından  əmələ  gəlmişdir  (Mulder,  Masurel,  1958; 
Andrewes, 1959). 
 
Asiya  virusu  ilə  quş  viruslarının  genetik  cəhətdən  qarşılıqlı  təsirinin 
mümkünlüyünü  in  vitro  şəraitində  Rasmussen  (1964),  Tumova  və  Pereira  (1965) 
göstərmişlər. 
 
Kilbourne (1968) insan və at viruslarının rekombinasiyasını nümayiş etdirdi. 
O,  belə  güman  edirdi  ki,  bütün  böyük  antigen  dəyişkənliklərinin  əsasında 


 
43
rekombinasiya prosesi dura bilər. Bu hipotez virusun növlərarası ötürülməsini izah 
etməyə imkan verdi (Kilbourne, 1975). 
 
Webster  R.G.  və  başqaları  növlərarası  rekombinasiyası  qənaətini  ev 
heyvanları  üzərindəki  in  vitro  təcrübələri  ilə  möhkəmləndirdilər.  Təbii  şəraitdə 
A/H7N2/  qripi  viruslarının  vəhşi  ördəklərdən  ev  hindquşularına  növlərarası 
ötürülməsi  haqda  məlumatlar  alınmışdır  (Lioking  M.  Və  b.,  1983)  RNT-RNT 
hibridizasiya  təcrübələrində  müəyyən  edilmişdir  ki,  İsraildə  hindquşularından 
ayrılmış  H1N2  qripi  virusunun  geni  quşların  H1N1  və  Şimali  Avropada  alınmış 
donuzların H1N1 qripi viruslarına yaxındır. A/ГK/68/H3N2/ pandemik mənşəli A 
qripi  virusunun  antigen  dəyişkənliyinin  rekombinasion  təbiətli  olmasına  əlavə 
faktiki sübutdur.  
 
Beləliklə,  H3N2/Honkonq  “yeni”  pandemik  ştammı  meydana  çıxanda 
A/H2N2/ qripi virusları 1968-ci ilə qədər antigen dreyfinə məruz qalırdılar. 
 
Honkonq  virusu  özündən  əvvəlki  A2  viruslarından  olan  NA-ya  antigen 
cəhətdən  isə  fərqli  HA-ya  malik idi (Coleman və  b.,  1968,  Schulman,  Kilbourne, 
1969).  Bu  məlumatlar  Webster,  Laver  (1972)  tərəfindən  monospesifik  zərdabları 
istifadə etdikdə təsdiq edildi. 
 
Bu  testlərin  nəticələri  1957  və  1968-ci  illər  arasında  ayrılan    A2/Asiya/ 
”köhnə”    ştammlarının  hemaqqlütininləri  ilə  A/Honkonq/1968/  ştammının  
hemaqqlütinini arasında seroloji uyğunluqların olmadığını göstərdi. QK ştammları 
arasında birinci 3 ildə variasiyalar da qeyd olunmamışdı. 
 
Belə  halda  bəs  Honkonq  qripi  virusunun  “yeni”  HA  subvahidlərinin 
mənbəyi nədir? 


 
44
 
Laver,  1971  HA  subvahidlərinin  peptid  xəritəsi  tədqiqatları  göstərdi  ki, 
1962-ci  ildə  ayrılmış  “köhnə”  A2  viruslarının  hemaqqlütinasiya  edən 
subvahidlərdən  ibarət  polipeptid  zənciri  “yeni”  Honkonq  ştammının  polipeptid 
zəncirlərindən  amin  turşuları  tərkibinə  görə  əsaslı  surətdə  fərqlənirdilər  və  bu 
halda,  güman  edirdilər  ki,  “yeni”  polipeptidlər  ”köhnə”lərin  mutasiyası  yolu  ilə 
alınmır (Laver, Webster 1972). 
 
Hazırda  elə  məlumatlar  alınmışdır  ki,  onlar,  bəzi  heyvan  viruslarının  insan 
virusunun    Honkonq  ştammının  mümkün  olan  sələfi  olduğunu  göstərir.  1963-cü 
ildə  yəni  Honkonq  qripinin  insanlar  arasında  meydana  çıxmasından  5  il  əvvəl 
atlardan 
və 
ördəklərdən 
alınmış 

qripi 
virusunun 
iki 
ştammı 
A/лошадь/Майами/1/63/Heq2Neq2/ 
və 
A/утка/Украина/1/63/Hav7Neq2/ 
göstərildiyi  kimi  Honkonq  ştammına  antigen  cəhətdən  yaxındır  (Coleman  və  b., 
1968; Masural, 1968; Kapian, 1969; Zakstelskaya və b., 1969; Tumova, Easterday, 
1969). 
 
Atların  və  ördəklərin  viruslarının  HA  subvahidləri  HATR-da  və 
immunodiffuziya  testində  A/Honkonq/1/68/H3N2/  insan  qripi  virusunun 
Honqkonq ştammının subvahidləri ilə çarpaz reaksiyalar verirdilər. 
 
Bundan  başqa,  Honkonq  qripi  və  утка/Украина/  və  лошадь/Майами/2 
ştammlarının  HA  subvahidlərinin  yüngül  polipeptid  zəncirlərinin  peptid  xəritələri 
ilə  identikliyi  və  “köhnə”  Asiya/68  virusunun  yüngül  polipeptid  zəncirlərindən 
əsaslı fərqləndiyi müəyyən edilmişdir. 


 
45
 
Bu  nəticələr  göstərir  ki,  atların  və  quşların  virusu  və  insan  virusunun 
Honkonq  ştammı  genetik  rekombinasiya  nəticəsində  meydana  gələ  bilərdi.(ola 
bilər ki, ümumi valideyndən). 
 
Epidemioloji nəzarət bu müddəanı möhkəmləndirir. Belə ki, Melineux, 1965 
1963-cü  il  epidemiyası  zamanı  aparılan  müşahidələr  əsasında  qrip  viruslarının 
insanlar arasında qrip pandemiyasında iştirakı fikrini təklif etdi. 
 
Yuxarıda  deyilənlərin  və  Çindən  pandemik  ştammların  (Asiya/57, 
Honkonq/68, A/Хабаровск/77) meydana çıxması qanunauyğunluqları əsasında bir 
sıra  müəlliflər  tərəfindən  Çində  heyvan  viruslarının  olması  haqda  mülahizə  irəli 
sürüldü (Chu, 1958; Andrewes, 1959; Kaplan, Payne, 1965; Hoyle,1 968, Francis, 
1965). 
Əvvəllər  qeyd  olunduğu  kimi,  rekombinantların  alınması  in  vitro  sübut 
edilmişdir.  R.Y.  Podçernyayeva,  М.İ.  Sokolov  (1963,1964)  A  qripi  virusları 
ştammlarının  hibridizasiyası  eksperimentində  antigen  xüsusiyyətinin  və  bir  sıra 
bioloji  xüsusiyyətlərin  irsən  keçməsinin  mümkünlüyü  faktını  müəyyən  etmişlər 
(Podçernyayeva  R.N.,  1963;  1964;  Tumova,  Perlira,  1965;  Kilbourne,  Schulman, 
1965; Kilbourne və b., 1967; Kilbourne 1968; Easterday və b. 1969). 
Müəlliflər belə nəticəyə gəlmişlər ki, hibridizasiya və seleksiya yolu ilə eyni 
zamanda  A  və  A2  qripi  viruslarının  bioloji  xüsusiyyətlərinə  malik  olan  A2  qripi 
virusunun stabil hibridlərini istiqamətli surətdə almaq olar. 
A  və  A1  qripi  viruslarının  çox  uzaq  olmayan  tiplərinin  çarpazlaşdırılması 
zamanı  heyvan  zərdablarına  qarşı  ingibitor  rezistentliyin,  neyrovirulentliyin  pilək 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə