- 314 -
hadisələr dünyasının mülayim keçidlərindən, kiçik çətinliklər və
məqsədyönlü əməli fəaliyyətin uzlaşdırılmasından deyil, böyük
maneələr və onları dəf edən böyük ehtirasların mübarizəsindən
bəhs edir. Ona görə də Cabbarlı qəhrəmanlarının arzu və
diləkləri həyatın real axarı ilə bir araya gəlmir. Maraqlıdır ki,
Cabbarlı bu təzadı Aydının dili ilə ümumiləşmiş şəkildə, bir
prinsip kimi irəli sürür: «…Dilək ilə nəticə arasında keçilməz
bir uçurum var ki, onu ancaq bir neçə qüvvətli simalar
keçmişlər… Onlarla da tarix (bütün gələcəyə qarşı) fəxr edir».
Aydın hətta maneə olmadıqda onu yaratmağa can atır. Həm də
məhz əlçatmaz bir maneə. «Ox, neçin o məni sevdi! … Mən
istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidi ilə
yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vu-
ruşmalar, əzab, göz yaşları, mübarizə…».
Bu əlçatmaz sevgi tragizminə meyl Füzulinin qəmi özünə
həmdəm etmək fəlsəfəsini xatırlatsa da, köklü surətdə ondan
fərqlənir. Belə ki, Məcnunun qarşısındakı maneə Leylinin
sevgisi (sevməzliyi, etinasızlığı) yox, sosial bir maneə idi,
valideynlərin müdaxiləsi və ictimai rəy idi
1
. Cabbarlının
qəhrəmanı isə üzərinə daha böyük bir yük götürmək və yalnız
mövcud ictimai mühitlə bağlı deyil, həm də mövcud mənəvi
prinsiplərin və fərdi arzu-istək dünyasının da dəyişdirilməsi
zərurəti ilə bağlı problem qoyur.
Fərdi mənəvi aləm və ictimai mühit arasındakı uyğunluq
və təzadlar Cabbarlının sonrakı əsərlərində də mühüm yer tutur.
* * *
XX əsr qloballaşma əsridir. Böyük dövlətlərin cahan-
girlik iddiaları əsrin birinci yarısında əlində «hərb» bayrağı
olmaqla – dünya müharibələri vasitəsilə, əsrin ikinci yarısında
əlində «sülh» bayrağı olmaqla, iqtisadi, texnoloji və
informasion vasitələrlə həyata keçirilir.
XX yüzilliyin əvvəllərində bu böyük tarixi prosesin
1
Baxmayaraq ki, Füzuli poemanın podtekstində başqa bir fəlsəfi
konsepsiyanın da ifadəsinə nail olur, bu halda söhbət təhkiyənin fəlsə-
fəsindən gedir.
- 315 -
ancaq rüşeymləri var idi. Hətta birinci dünya müharibəsi də
sadəcə müharibə kimi anlaşıla bilərdi. Həmin dövrdə qlobal-
laşma prosesinin təməli qoyulduğu bəlkə iddiaçıların özü
tərəfindən də aşkar şəkildə anlaşılmırdı. Bu tendensiya ancaq bu
gün açıq-aşkar görünür və onun nəzəriyyəsi də, praktikası da
göz qabağındadır. Lakin bu hadisə hələ ki, ancaq onu
törədənlərin özü tərəfindən, əsrin ideoloqları, böyük dövlətlərin
politoloqları tərəfindən təhlil olunur. Kiçik dövlətlər düşdükləri
burulğanın baş gicəllənməsindən hələ özünə gəlib dünyada
gedən prosesləri dərk etmək və öz sözlərini demək iqtidarında
deyillər. Lakin kiçik xalqların da böyük mütəfəkkirləri ola bilər
və hər şeyi vaxtında görə bilər.
Keçən əsrin əvvəlində dünyada gedən və gələcəkdə get-
məli olan prosesləri görənlər var imiş. Böyük Cavidi və böyük
Cabbarlını indiki zaman kontekstində oxuyarkən məlum olur ki,
onlar nəinki qloballaşmanın mahiyyətini dərk etmiş, hətta onu
proqnozlaşdırmış, bədii libas geyindirmiş və gələcək nəsillərin
düşüncələrini irəlicədən bu böyük hadisələr üçün hazırlamağa
çalışmışlar.
Cabbarlının əsərlərində kapital dünyasının, altun haki-
miyyətinin törətdiyi hərc-mərcliklər lokal bir hadisə kimi deyil,
beynəlxalq kontekstdə götürülür.
Avropada ilkin kapital yığımı dövründə pulla mənəviyyat
arasında yaranan ziddiyyətlər tarixin yaxşı məlum olan bir
səhifəsi kimi klassik ədəbiyyatda öz bədii və fəlsəfi şərhini
gözəl tapmışdır. Viktor Hüqonun, Balzakın, Drayzerin, Cek
Londonun bu problemləri əks etdirən bir sıra məşhur romanları
Azərbaycan oxucularına da yaxşı tanışdır.
XIX əsrin axırları, XX əsrin əvvəllərində neft sənayesinin
inkişafı ilə əlaqədar olaraq Bakıda kapitalist ictimai-iqtisadi
münasibətlərinin formalaşması da, təbii ki, pulun sosial-mənəvi
həyata aktiv müdaxiləsi ilə müşayiət olunurdu. Cəmiyyətdə
gedən bu prosesləri adekvat surətdə əks etdirən ədəbiyyat da
dövrün tələbi idi. Maraqlıdır ki, Azərbaycanda bu sosial sifarişi
ilk növbədə dramaturgiya və teatr yerinə yetirirdi.
Özü də necə bir dramaturgiya?!
Həyatda baş verən hadisələrin sadəcə təsvirindən, bu
mürəkkəb hadisələr dünyasından götürülmüş maraqlı təsadüf-
- 316 -
lərin doğurduğu ziddiyyətlərdən deyil, meyllərin, tenden-
siyaların üzə çıxarılmasından, nəticələrin yox, səbəblərin,
ideyaların qarşılaşmasından doğan bir dramaturgiya!
Cabbarlı hadisələr arasındakı əlaqəni açmaqla kifayət-
lənmir; o, hər bir hadisənin, hər bir iştirakçı tərəfin daxili zid-
diyyətlərini açır və müxtəlif tərəflər arasındakı münasibətləri də
məhz daxili potensialın təzahür vasitəsi kimi qələmə alır.
Hadisələrin daxili dinamikası da, insanların iç üzü də
proseslərdə, əlaqələrdə üzə çıxır. İnsanla mühit arasında, bir
əqidə ilə başqa əqidə arasında, habelə, ayrıca insanın daxili
aləmindəki müxtəlif fikir və istək yönümləri arasında
ziddiyyətlər bir-birini tamamlayaraq bütövlükdə dövrün sosial-
siyasi və psixoloji-mənəvi səciyyəsini verir.
Oqtay Eloğlu aşkar şəkildə zahirilikdən, görünüşdən
fərqli olaraq alt qatların, daxili məqamların, mahiyyətlərin üzə
çıxarılmasına səsləyir. «1905-ci ildə» əsərində erməni-mü-
səlman qarşıdurması şəklində təzahür edən zahiri görünüşün
arxasında Rusiyanın imperiya siyasətinin dəqiq konturları
görünür. «Aydın»da bir ailənin faciəsi timsalında bütövlükdə
kapital dünyasının iç üzü açılır. «Solğun çiçəklər» də ictimai
mühitin eybəcərlikləri hətta ən müqəddəs duyğu olan sevgiyə
belə sirayət edir. Bütün bunlar zahiridən batiniyə, görünüşdən
mahiyyətə keçidin parlaq nümunələridir.
Gerçək ictimai həyatda gedən bu proseslər, heç şübhəsiz,
sənətdə və ədəbiyyatda da bu və ya digər dərəcədə öz əksini
tapırdı. Bu baxımdan, altun və mənəviyyat, güc və həqiqət
mövzuları özü-özlüyündə ədəbiyyat üçün bir yenilik sayıla
bilməzdi. Lakin necə ki, insanlar çox vaxt hadisələr içərisində
itib-batır və daxil olduqları böyük ictimai-siyasi prosesləri,
ictimai axının əsas istiqamətini görə bilmirlər, eləcə də sıravi
ədəbiyyat bir qayda olaraq bir-birindən maraqlı hadisələr
silsiləsini təsvir etməkdən usanmır. Nəticədə neçə-neçə
detektivlər, melodramalar yaranır və hadisələr dənizinin ucu-
bucağı olmadığı kimi, onları əks etdirən dizilər, çoxseriyalı
filmlər də nə qədər istəsən uzadıla bilir.
Melodrama ilə fəlsəfi dramın əsas fərqi nədədir? Ham-
let», «İblis», «Aydın» hind filmlərindən, Cənubi Amerika se-
riallarından nə ilə fərqlənir? Bu suallara cavab verilməsi bu gün
Dostları ilə paylaş: |