- 320 -
həqiqətə dəvət edir. Elxana görə din əsl missiyasını əzənlərin
yox, əzilənlərin tərəfində olarsa yerinə yetirə bilər. Aqşin
aldanmışdır. Elxan isə dini ehkamlardan sui-istifadə edən, dini
ideallarla manipulyasiya edən və öz qəsbkarlıq niyyətlərini
dinlə ört-basdır etməyə çalışan qüvvələrin iç üzünü Aqşindən
daha yaxşı görür: «Mən üzümə bir din qalxanı çəkib
cahangirlərin cəlladlığını qəbul edə bilmərəm».
Solmaz obrazının daşıdığı ideya yükü də kifayət qədər
işıqlandırılmamışdır. Solmaza çox vaxt ancaq Elxanın sevgi
prizmasından baxılır. Lakin müəllif Solmazı başqa bir ölçüdə,
başqa coğrafi və dini məkanda da yenə sevgi prizmasından
təqdim edir. «Söylə, müqəddəs odlar gəlini! Ulu Hürmüzdün
paklıq və məsumluğunu təmsil edən gözəl Solmaz!». Bu baxış
Solmazı məhz müqəddəs görmək istəyindən və Solmaza olan
sevginin müqəddəslik duyğusu ilə, ülvi hisslərlə
birləşdirilməsindən doğur! Sevginin ali mərtəbəsi – vəhdəti-
vücud məqamı! Cismani ehtivadan daha yüksək mənəvi ehtiva!
Məcnun məhəbbəti, platonik məhəbbət, bütün maddi yüklərdən
və duyğulardan azad olmuş, çəkisizlik şəraitində, ən yüksək
məqamda ülviyyətə qovuşan pak bir ruh! Ruhani məhəbbət!
Və burada Cabbarlı zərdüştilikdən, atəşpərəstlikdən ötə-
rək, bir az əvvəl vəsf etdiyi xürrəmiliyin tam əks qütbünə keçir
və Elxanın dili ilə qətiyyətlə rədd etdiyi islamın yüksək fəlsəfi
təzahürlərindən biri olan sufiliyi təlqin edir: «...Bütün alçaq
cismani duyğuları atıb, ruhani bir yüksəkliyə vardığını, Ulu
Hürmüzdün ülviyyətinə doğru yüksəlib onunla mənəvi bir vahid
olaraq uyunduğunu hiss edirsənmi?». Allaha qovuşmaq,
onunla vəhdətdə olmaq sufiliyin, vəhdəti-vücud ideyasının
məğzidir. Lakin Cabbarlıda bu ideya Hürmüzdün adı ilə
birləşdirilir və atəşgahda baş verən bir hadisə islamın ali
məramı kontekstinə salınır. Əsər boyu bir-birinə qarşı dayanan
atəşpərəstlik və islam notları zildə bir-birini tamamlayır, eyni
bir mahiyyətin müxtəlif təzahürləri kimi üzə çıxır.
Təbii ki, belə yüksək fəlsəfi məqama yüksəlmiş bir şəxs
üçün aşağı pilləyə, cismani həyat səviyyəsinə enərək mərasim-
ləşmiş, hadisələşmiş, mövhumatlaşmış din – daha artıq din
deyil. Cabbarlının nə kimi bir dinin əleyhinə olduğu da bu
məqamda aydınlaşır. Cabbarlı hadisələr səviyyəsinə enmiş,
- 321 -
siyasiləşmiş, sosiallaşmış, mərasimləşmiş və əslində mü-
qəddəsliyini, ülviyyətini itirmiş bütün «din»lərin əleyhinədir.
Atəşgaha da «qarnı başından ağıllı çıxan» adamlar qulluq edir,
uca mətləblərin sonu toyuq-cücəyə gəlib çıxır. İslamda da dinin
ali ülvi məqsədi kölgədə qalır və onu əlində bayraq edənlər son
nəticədə rəyasət, var-dövlət, eyş-işrət səviyyəsinə enirlər. Din
adından çıxış edənlər bilərəkdən və ya özləri də anlamadan onu
yerə endirir, ideal olanı maddi güclə qəbul etdirməyə çalışırlar.
«İnsan naminə» insanlara əl qaldırılır.
Xürrəmilik ideyaları heç olmazsa yalandan xilas olmağa,
dünyanı maddi, lakin real istəklər əsasında qurmağa çağırır.
Lakin bu real istəklər üzərində qurulmuş xoşbəxtlər ölkəsi də
«fikri geniş fəzalarda uçan» Elxanın müqəddəs azadlıq idealına
uyğun gəlmir və ən yaxşı halda onun bayağı bir kölgəsidir.
İnsanlara hər cür sərbəstlik və istəklərə azadlıq verilmiş
Xürrəmdə hamı eyni mərtəbədə, şəraitdə olduğu halda Elxan
yenə də qəmgindir. Cabbarlı Xürrəmə nəinki bir ideal kimi
baxmır, əksinə, hər cür ali hisslərdən, idealdan məhrum edilmiş,
yenə də hadisələr girdabına düşmüş, maddi başlanğıca tabe
etdirilmiş bir həyat kimi baxır. Belə nasiranə həyat Elxan üçün
deyil. Böyük ideallar axtarışında olan Elxan belə ibtidai azadlıq
şəraitində xoşbəxt ola bilməz. Müəllifin «xoşbəxtlər diyarına»
həqiqi münasibətini bilmək üçün sadəcə bir az diqqətli olmaq
lazımdır: «Hamı qatışıq çalıb-oynayır. Bütün səhnə
başdolandırıcı bir hərəkət halqası içində qaynayır. Yalnız Elxan
dərin və məsum baxışlarla qaynaşmaqda olan bu insan axınına
baxıb, uzaq-uzaq yerləri düşünürmüş kimi dalğın oturur». Xür-
rəm diyarı xeyli dərəcədə Nizaminin «xoşbəxtlər ölkəsini» xa-
tırlatsa da, ondan ciddi surətdə fərqlənir. Belə ki, bu «xoşbəxtli-
yin» öz içərisində ona qarşı bir üsyan var. Elxan öz yaratdığı
dünyanın naqisliyini duyur, bu mühit onu darıxdırır və yeni ax-
tarışlara sövq edir.
* * *
Əsrlər boyu fəlsəfinin ən önəmli problemləri sırasında
duran pul və mənəviyyatın, ağıl və hissin, güc və tədbirin, riya
və həqiqətin inam və şübhənin mübarizəsi və s. bu kimi
- 322 -
problemlər yeri gəldikcə məhz fəlsəfi müstəvidə işıqlandırılır və
müəllifin bu məsələlərə olduqca orijinal və yaradıcı münasibəti
üzə çıxır. Gənc Cabbarlıda «azad sevgi», «hissiyyat azadlığı»
ideyaları, səadət yolu qarşısında ucaldılmış sosial və iqtisadi
çəpərlərə, vaxtı keçmiş, daşlaşmış, qartlaşmış adət-ənənələrə
qarşı üsyan mövqeyi spesifik bir xətt kimi keçir və müəllif bu
məsələləri ön plana çəkmək üçün heç vaxt fürsəti əldən vermir.
«Solğun çiçəklər»də də, «Nəsrəddin şah»da da, «Aydın»da da
kobud güc (fiziki gücmü, pulun gücümü, vəzifədən, ictimai
mövqedən, yaxud valideynlik hüququndan sui-istifadəmi – fərqi
yoxdur) saf məhəbbətə qarşı çıxır və gəncləri əsl səadətdən
məhrum edir. Lakin «Solğun çiçəklər»də ailə miqyasında üzə
çıxan kobud güc «Nəsrəddin şah»da bir ölkənin başçısının
xarakteri və bu ölkədəki siyasi recimlə, «Aydın»da, «Oqtay
Eloğlu»da və «Od gəlini»ndə isə ictimai quruluşun mahiyyəti
ilə bağlanır. «Od gəlini»ndə sosial ədalətsizliyə işğal və əsarət
ideyası da əlavə olunur və burada həm də əsl dinə və dindən
ictimai güc vasitəsi kimi istifadə edilməsinə münasibət ifadə
olunur.
«Nəsrəddin şah»da zülmün, rəzalətin mövcud siyasi
recimin hadisələrlə zəngin bədii obrazı yaradılır. Neçə-neçə
qətllər, neçə-neçə iradələrin zorlanması, neçə yurd-yuvanın
yerlə yeksan edilməsi... Pyesdə mövcud sosial gerçəklik, zülm,
sosial ədalətsizlik hadisələr səviyyəsində təsvir olunur. Burada
hələ «Bəxtsiz cavan», «Müsibəti-Fəxrəddin», «Laçın yuvası»
və s. bu qəbildən olan əsərlərlə ideya və üslub yaxınlığı vardır.
Belə əsərlərdə şəxsi qəddarlıq kimi də anlaşıla biləcək
hadisələr, insanların öldürülməsi, qızların zorla aparılması,
kobud fiziki gücün konkret təzahürləri təsvir olunur. Burada
ideyanın, mövqeyin, iradənin qəbul etdirilməsindən, daha çox
kobud gücün təcavüzündən söhbət gedir. Burada hətta şah da
bir dövlət başçısı olmaqdan öncə bir fiziki şəxs kimi, öz fərdi
istəkləri ilə hadisələrə qatılır. İntiqam da son həddə məhz
şəxsdən qisas alınması ilə, fiziki güclə, hadisə ilə həyata
keçirilir. Burada hələ pis insanlar və yaxşı insanlar bölgüsü
vardır. Hadisələr insanın daxilində deyil, insanlar arasında baş
verir. «Aydın»da isə proseslər daha çox dərəcədə insanların
qəlbində və düşüncələrində gedir. Və bu ideyalar sosial həyatın
Dostları ilə paylaş: |