Fənn: “Ailə təbabəti”


Şəkərli diabet. Növləri. Əlamətləri



Yüklə 0,93 Mb.
səhifə12/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Günay. PDF. Ailə Təbabəti

Şəkərli diabet. Növləri. Əlamətləri.



Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Tip 2 diabet zamanı mədəaltı vəzidə yetərincə insulin ifraz oldunduğu halda, hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Bu zaman şəkər (qlükoza), insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itgisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.
Qan şəkərinin uzun müddət miqdarının çox olması ; ürək-darmar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına səbəb olur.
Diabetin əlamətləri nələrdir?
Diabet xəstəliyi özünü üç əsas göstərici ilə biruzə verir. Bunlar normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi.
Bunlar xaricində görülə biləcək digər simptomları aşağıdakılar kimi sadalaya bilərik:

  • Halsızlıq və yurğunluq hissi

  • Sürətli çəki itgisi

  • Bulanıq görmə

  • Ayaqlarda uyuşma

  • Yaraların normaldan daha gec sağalması

  • Dəridə quruluq

  • Ağızdan asetonabənzər qoxu

Diabet (şəkər xəstəliyi) səbəbləri nələrdir?
Şəkər xəstəliyinin səbəbləri mövzusunda aparılan bir çox araşdırmada, diabet xəstəliyinin genetik və ətraf mühit amillərinin birlikdə təsiri ilə meydana gəldiyi nəticəsinə gəlinmişdir.
Əsasən Tip 1 Diabet və Tip 2 Diabet olaraq iki növü olan şəkər xəstəliyinin yaranma səbəbi növünə görə fərqlilik göstərir. Tip 1 şəkər xəstələrində genetik faktorların rolu yüksək olsa da qan şəkərinin tənzimlənməsində rol oynayan insulin hormonu ifraz edən mədəaltı vəziyə zərər verən viruslar və immun sistemin yaxşı işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır. Bundan əlavə insanlar arasında daha geniş yayılmış olan 2 ci Tip diabetin səbəbləri arasında aşağı faktorları qeyd edə bilərik:

  • Çəkinin həddindən artıq çox olması

  • Valideynlərində şəkər xəstəliyinin olması

  • Hərəkətsiz həyat tərzi

  • Stress

  • Hamiləlik zamanı, hamiləlik diabetinin yaranması


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə