Fənn: “Ailə təbabəti”


- xəstə təcili olaraq reanimasiya şöbəsinə göndərilir



Yüklə 0,93 Mb.
səhifə33/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

- xəstə təcili olaraq reanimasiya şöbəsinə göndərilir.
Mədənin yuyulması
Mədə zondla müalicə və diaqnostika məqsədilə yuyulur. Mədənin yuyulmasına olan əsas göstərişlərin bir hissəsi bunlardır: 1)qida zəhərlənmələri; 2)zəhərli maddələrin,yüksək dozada dərmanların ağızdan qəbulu zamanı baş verən zəhərlənmələr; 3)alkoqolla zəhərlənmələr; 4)kəskin bağırsaq keçməzliyi; 5)mədə çıxacağının stenozu (daralması ) və s. Əks-göstərişlər:1)qida borusundan olan qanaxmalar;2)qalxan aortanın anevrizması; 3) miokardın infarktı; 4)qaraciyərin sirrozu; 5) hipertoniya xəstəliyi. Huşsuz vəziyyətdə olan,yaxud öskürək və qırtlaq refleksləri olmayan xəstələrdə əvvəlcə traxeyanın intubasiyası aparılır (maye tənəffüs yollarına dolmasın deyə ) və yalnız bundan sonra mədə zondla yuyulur.Mədəni iki üsulla yumaq olar:zondsuz və zondla. Zondsuz üsulla mədəni yumaq üçün xəstəyə 2-3 stəkan ilıq su az şor su,mineral sular,çay sodası məhlulu (1 L suya 10 q)və yaxud zəif marqans məhlulu və s. verilir.Mineral su içirdildikdən sonra xəstə süni yolla qusur (xəstə əlini ağzına salaraq dilin kökünü qıcıqlandırır).Bu üsulu huşsuz xəstələrdə istifadə etmək qeyri-mümkündür;benzin,turşu və ya qələvilərlə zəhərlənmələrdə əks-göstərişdir.Praktikada çox vaxt mədənin zondla yuyulmasından istifadə edilir.Bunun üçün aşağıdakı ləvazimat lazımdır:1)uzunluğu 1-1,5 m,xarici diametri 10-15 mm,ucu qapalı qurtaran və üç hissəsinin iki yan dəliyi olan yoğun mədə zondu (zondun ucundan 45,55 və 65 sm məsafədə üç nişan olur ki ,bu da mədəyə yeridiləcək hissənin uzunluğunu təyin etmək üçündür).Zondun mədəyə yeridələcək hissənin uzunluğunu belə təyin edirlər:boyun uzunluğundan 100 sm çıxırlar,məsələn,xəstənin boyu 165 sm olarsa,zond üçüncü nişana qədər (65 sm) yeridilməlidir;2) tutumu 1 L olan qıf; 3) müşəmbə önlük; 4) ləyən; 5) içərisində 10-12 l su olan vedrə; 6) su tökmək üçün parç; 7)rezin əlcəklər;vazelin yağı; 8)əgər zond mədədə saxlanılacaqsa ona birləşdirmək üçün rezin (plastmas ) boru; 9)ağızgenəldən və diltutan.Əgər xəstənin ağzında protez dişlər varsa,çıxarılır.Mümkündürsə,xəstə stulda oturdurulur.Xəstənin vəziyyəti ağır olan hallarda onu sol böyrü üstə uzadır və başı bir qədər aşağı salladırlar.İşlədilməzdən əvvəl zondu mexaniki yolla axar su altında yuyur,30 dəq müddətində <> məhlulunda saxlayır və sonra 30 dəq distillə olunmuş suda qaynadırlar.Zond quruyub çatlamasın deyə onu 1%-li bor turşusu məhlulunda saxlayırlar.Bilavasitə işlətməzdən əvvəl zond bor turşusu məhlulundan gotürülərək distillə olunmuş su ilə yaxalanır. Yumanın texnikası: -həkim özü və xəstə müşəmbə önlük geyir,həkim xəstənin sağ tərəfində durur,bir əlini arxadan xəstənin alnına qoymaqla xəstəni tutur; -xəstənin ayaqlarının altına (uzanmışsa döşəməyə xəstənin başı tərəfə) ləyən qoyulur və həkim rezin əlcək geyir; -xəstə ağzını açır (aça bilməzsə,adətlə açırlar) və həkim sol əlinin 2-ci barmağı ilə zondun vazelin sürtülmüş qapalı ucunu dilin kökünə qoyur və xəstəyə burunla nəfəs alaraq udqunma hərəkətləri etməyi məsləhət görür; -xəstə udqunmağa başlayanda zondu içəriyə doğru itələyirlər -xəstə qusmaq istədikdə zondun yeridilməsi dayandırılır,xəstəyə dərindən nəfəs almaq məsləhət görülür və içməyə iki-üç qurtum su verilir; -zond yeridildikdən xəstə öskürərsə ,boğularsa ,yaxud sifəti göyərərsə dərhal zond çıxarılmalıdır,çünki bu əlamətlər zondun qida borusuna deyil,traxeyaya(yaxud qırtlağa )daxil olduğunu göstərir; -əgər xəstə zondu udarkən yuxarıdakı hallar yoxdursa ,zond lazımi nişanadək mədəyə yeridilir.Əgər zonddan mədə möhtəviyatı gəlirsə,deməli ,zondun ucu lazımi yerdədir; -sonra zonda ucunda qıf olan rezin boru birləşdirilir ,qıf xəstənin dizləri bərabərində tutulur,ona 1 l su tökür,xəstənin başı səviyyəsindən bir qədər yuxarı qaldırılır -qıfdakı burulğan yaradaraq azalan suyun səviyyəsi onun dibinə çatdıqda qıf dərhal aşağı ləyənə doğru endirilir bu qayda ilə mədədən təmiz su gələnə qədər yumanı davam etdirirlər; -mədənin yuyulması qurtardıqdan sonra zond mədədən çıxarılır və təmiz yuyulur. Mədəyə bir dəfəyə 1 l-dən çox maye yeritmək olmaz.Əgər mədə zəhərlənmələr zamanı müalicə məqsədilə yuyulursa ,proseduranın sonunda zondla mədəyə mütləq işlətmə dərmanları (məsələn,maqnezium-sulfat) yeridilməlidir. Diaqnostika məqsədilə mədənin müxtəlif xəstəliklərində ilk növbədə onun xərçənginə,vərəminə və s. şübhə olduqda yuyulur.Bu zaman mədəyə zond vasitəsi ilə 150-200 ml qaynadılmış,lakin soyumuş su yeridir,qıfı bir neçə dəfə qaldırıb endirməklə mədəni yuyurlar.Mədə seliyi və epitel hüceyrələri qarışmış belə suyu təmiz sınaq şüşəsinə töküb müayinə üçün laboratoriyaya göndərirlər.Mədəni burundan nazik zond salmaqla da yumaq olar.Bu zaman zondun ucu Jane tipli şprislə birləşdirilir:şprisə su töküb onu mədəyə yeridir və yenidən şprisin köməyi ilə sormaqla mədə möhtəviyyatını zondla kənar edirlər.
Səh. 190-192
İmalələr
Mualicə və diaqnostika məqsədilə yoğun bağırsağın aşağı hissəsinə müxtəlif mayelərin yeridilməsinə imalə deyilir.Müalicə imalələri bağırsaqları nəcis və qazlardan təmizləmək(təmizləyici,hipertonik,sifon,yağlı,emulsion imalələr )və orqanizmə müxtəlif dərmanların yeridilməsi (dərman,damcı və qidalandırıcı imalələr)məqsədilə aparılır. 1.Təmizləyici imalələr.Göstərişlər:bağırsaq keçməməzliyi,mədə-bağırsaq traktı və böyrəklərin rentgenoloji müayinəyə hazırlanması,qarın boşluğu üzvləri üzərində aparılacaq cərrahi əməliyyatlardan əvvəl,doğum və abortdan əvvəl,dərman imalələri qoymazdan əvvəl. Əks-göstərişlər:qanayan babasil,parçalanma mərhələsində olan düz bağırsağın şişləri ,mədə-bağırsaq traktından olan qanaxma ,aralıq nahiyəsində olan kəskin iltihabı proseslər,qarın boşluğu üzvlərin kəskin iltihabı xəstəlikləri,həzm traktı üzvlərində aparılmış cərrahi əməliyyatın ilk günləri ,düz bağırsaqın sallanmasl və çatı. Ləvazimat:tutumu 1-2 l olan Esmarx parcı,şüşə (plastmas,yaxud ebonit) ucluq,vazelin,müşəmbə və nəcis qabı. Aparılma texnikası: -Esmarx parçı 1,5 m uzunluğunda və 1 sm diametirində olan yoğun rezin boru ilə birləşdirilir və borunun ucuna 8-10 sm uzunluqda ucluq taxılır; -Esmarx parçına 20 C-də olan 1,0-1,5 l su tökülür (atonik,qəbizlikdə suyun hərarəti 16 C-dən aşağı spastik qəbizlikdə isə 40 C-dən yuxarı olmalıdır).Bağırsağı qıcıqlandırmaq üçün suya gənəgərçək yağı günəbaxan yağl,vazelin ,yaxud da 1 xörək qaşığı sabun qırıntıları tökülsə daha yaxşıdır; -ucluqdakı kran açılaraq ,rezin borudan hava çıxarılır,su ilə doldurulur və sonra kran bağlanılır. -Esmarx parçı ştativdən elə asılır li,xəstədən 1 m yüksəkdə olsun,ucluğa isə vazelin sürtülür; -xəstə sol böyrü üstə,ayaqlarını bir qədər büküb qarnına sıxmaqla müşəmbə salınmış taxtda uzadılır və altına nəcis qabı qoyulur (əgər xəstə böyrü üstə dönə bilmirsə,onda arxası üstə uzanır): -sol əlin 1 və 2 barmaqları ilə sağrı nahiyələrini aralayır,sağ əldə tutulmuş və vazelin sürtülmüş ucluq anal dəlikdən tədricən düz bağırsağa salınır,əvvəlcə 3-4 sm göbəyə doğru,sonra isə fəqərə sütununa paralel istiqamətdə 8-10 sm uzunluğunda yeridilir. -sonra kran açılır və su bağırsağa daxil olur.Əgər su çox sürətlə daxil olarsa,bağırsaqda ağrılar əmələ gələ bilər.Ona görə də suyun sürətini tənzimləmək lazımdır.Ucluq nəcislə tutulduqda və ya bağırsaq divarına pərçim olunduqda,su bağırsağa daxil ola bilmir.Belə hallarda Esmarx parçını yuxarı qaldırmaq,ucluğun istiqamətini dəyişmək lazımdır.Bu da kömək etməzsə,ucluq bağırsaqdan çıxarılıb təzədən yuyulmalı,kran açılaraq keçiriciliyi yoxlanılmalı və təkrar düz bağırsağa yeridilməlidir.Nəcis kütlələri çox bərk olduqda isə ,ümümiyyətlə,ucluğu düz bağırsağa yeritmək mümkün olmur.Belə halda əlcək geyib barmaqlara vazelin sürtüb düz bağırsağı bərk nəcis kütlələrindən təmizləmək lazım gəlir; -Esmarx parçının dibində su az qaldıqda kran bağlanır (hava keçməsin deyə) və ucluq çıxarılır.Yaxşı olar ki,xəstə suyu bağırsaqda heç olmasa 10 dəq saxlasın; -sonra Esmarx parçını,rezin borunu yuyub qurulayır və tənzifə bükürlər.Ucluq isə əvvəlcə ilıq su və sabunla yuyulur,qaynadılır və içərisində dezinfeksiyaedici məhlul olan qabda saxlanılır.Təmizləyici imalə nəticə vermədiyi hallarda,həmçinin inadlı qəbizlikdə,doğuşdan və qarın boşluğu üzvlərində aparılan cərrahi əməliyyatın ilk günlərində yumşaldıcı imalələr aparılır.Yumşaldıcı imalələrə yağlı,emulsiyalı və hipertonik imalələr aiddir.Bu üç imalənin aparılması üçün aşağıdakı ləvazimat lazımdır:armudşəkili rezin balon (olmasa Jane şprisi),qazçıxaran boru,vazelin. 2.Yağlı imalələr.Bu cür imalələr aparıldıqda xəstədə defekasiya 10-12 saatdan sonra baş verir.Buna görə də belə imalələrin axşamlar aparılması daha məqsədəuyğundur.Digər tərəfdən,imalədən sonra (yeridilən yağ düz bağırsaqdan axmasın deyə) xəstə bir neçə saat yataqda uzanmalıdır. Aparılma texnikası: -armudşəkilli balona (yaxud Jane şprisinə) 100-200 ml ilıq yağ 37-38 C (günəbaxan,zeytun,çətənə,yaxud vazelin yağlarından biri) çəkilir; -xəstə sol boyrü üstə ayaqlarını büküb,qarnına sıxaraq uzadılır və qazçıxaran borunun ucuna vazelin sürtülür; -sağrı nahiyələrini aralayaraq qazçıxaran borunu 15-20 sm uzunluğunda olmaqla düz bağırsağa yeridilir; -içərsində yağ olan balon qazçıxaran boruya birləşdirilir və yağ tədricən düz bağırsağa yeridilir; -sonra qazçıxaran boru düz bağırsaqdan çıxarılaraq isti su ilə yuyulub,dezinfeksiyaedici məhlulda saxlanılır,balon isə axar su altında sabunla yuyulur. 4.Hipertonik imalələr.Bu cür imalələri aparmaq üçün 10%-li natriumxlorid,yaxud 20-30%-li maqnezium-sulfat məhlulundan istifadə edirlər.Düz bağırsağa isidilmiş (37-38 C) 50-100 ml hipertonik məhlul yağlı imalələrdə olduğu kimi yeridilir.Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq duru nəcis ifrazına səbəb olur.Lakin bu cür imalələr tez-tez icra edildikdə bağırsağın selikli qişasını çox qıcıqlandırıcı üçün mümkün qədər az istifadə edilir. Səh. 203-206
Sidik kisəsinin kateterizasiyası
Sidik kisəsindən sidiyi boşaltmaq ücün, yaxud ora müxtəlif dərmanlar yeritmək ücün sidik kisəsinin kateterizasiyasından- sidikliyə uretral kateterlərin yeridilməsindən istifadə edilir.Bu məqsədlə işlədilən kateterlər 3 cür olur:yumşaq rezin (Nelaton, Timan,Mersye kateterləri),yarımsərt elastik və sərt metal kateterlər.Kateterlərin diametri Şaryer şkalası əsasında tapılır.kateterin diametrini tapmaq ücün onun nömrəsini 3-ə bölür və alınan rəqəmi yuvarlaqlaşdırırlar.Sidik kanalında dəyişikliklər olmazsa Nelaton və Mersye kateterlərindən, prostat vəzin adenoması olarsa isəTiman kateterindən istifadə edilir .Kateterizasiyadan əvvəl aşağıdakı ləvazimat hazırlanır: steril qaba qoyulan steril kateter, steril pinset,steril tənzif , yaxud pambıq, steril qliserin (vazelin yağı,yaxud sintomisin emulsiyası),sidik kanalının xarici dəliyini silmək ücün antiseptik məhlul(furasilin,rivanol,xlorheksidin vəs.)və sidik qabı.Bu əməliyyata başlamazdan əvvəl həkim əlləriniilıq su və sabunla yuyur, sonra spirt,yaxud xlorheksidin məhlulu ilə mikrobsuzlaşdırır və steril rezin əlcək geyir. Kişilərdə sidik kisəsinin kateterizasiyası. Arxası üstə uzanmış xəstənin cinsiyyət üzvünün başını sol əlin III və ıv barmaqları ilə tutur,II və I barmaqlarla isə sidik kanalının xarici dəliyini açırlar.Sağ ələ furasillin(yaxud digər antiseptik maddə)məhlulu ilə isladılmış steril tənzifg götürülərək, onunla cinsiyyət üzvünün başını və xarici dəliyinin kənarını silirlərRezin kateteri steril qliserinlə silir, kor usundan 5-6 sm məsafədə onu sağ əldəki steril pinsetlə tutur ,uc hissəsini isə həmən əlin IV və V barmaqları arasında saxlayırlarSonra kateteri kor ucu sidik kanalının xarici dəliyindən salınır, steril pinsetlə yavaş-yavaş kanal boyu itələnir, bu zaman cinsiyyət üzvünü irəliyə doğru dartırlar, sanki kateterə geyindirirlərKateterin yeridilməsinə maneçilik olduqda, onun kanala itələnməsi dayandırılır və xəstəyə sakitləşmək təklif edilirKateterdən sidik gələn kimi, onun ucu ləyənə salınırSidik axıb qurtardıqdan sonra kateterin xarici ucu sıxılaraq, o tədricən sidik kisəsindən çıxarılır. Gadınlarda sidik kisəsinin kateterizasiyası. Arxası üstə uzanmış xəstə dizlərini bükməklə qıçlarını aralayırSol əlin I və II barmaqları ilə böyük və kiçik cinsiyyət dodaqları elə aralanır ki, sidik kanalının xarici dəliyi görünsünSidik kanalının xarici dəliyi antiseptik məhlulla silinirRezin kateterə qliserin sürtülür, sonra sağ əldə tutulmuş steril pinsetlə kateter tədricən sidik kanalına 5-6 sm dərinliyə yeridilirSidik gələn kimi kateterin ucu ləyənə salınır, sidik ifrazl qurtardıqdan sonra kateter tədricən çıxarılır
Hək. q /y. 36-38
İsteriya xəstəliyi
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir.
Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasın yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur.
Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur. İsteriyaya tutulmuşun üzü göyərmir.
Tutmanın tonik mərhələsindən sonra bəzi hallarda, klonik qıcolmalar başlayır, lakin epilepsiya qıcolmalarından fərqli olaraq qarışıq yaxud müəyyən məqsədə yönəldilmiş olur. Çox vaxt xəstələr paltarını cırır, yaxud saçını yolur, başını yerə vururlar, ağlayır, zarıldayır, dişlərini qıcayırlar. İsteriyaya tutulmuş xəstələr tutmadan sonra koma vəziyyətinə düşmür, onlarda tutmadan sonrakı yuxu olmur və bir qayda olaraq, onlar baş verəni anlayırlar.
Təxirəsalınmaz yardımın effektiv olmasının əsas vacib şərtlərindən biri epilepsiya tutmasının ona oxşar olan isteriya tutmalarından ayırd edilməsidir. Diaqnoz kliniki əlamətlər və elektroensefaloqramma vasitəsi ilə müayinə nəticələri əsasında qoyulur.


İsteriya xəstəliyi zamanı ilk yardım
İsteriya xəstəliyi zamanı ilk yardım: Tutma zamanı xəstəni yumşaq bir yerə uzatmaq lazımdır və yaxasında olan düymələri açmaq lazımdır. Onun ətrafında vurnuxmaq lazım deyil, belə hərəkətlər xəstəni daha da coşdurur. Xəstənin yanında artıq adamlar olmamalıdır və onu tez özünə gətirmək üçün xəstəyə naşatır spirti ilə isladılmış pambıq iylətmək yaxud onu gicgahlarına sürtmək lazımdır. Xəstə sakit olandan sonra, yanındakılar özlərini elə aparmalıdırlar ki, ciddi heç nə baş verməyib. Xəstəni inandırmaq lazımdır ki, onu narahat edən dəyişikliklər təhlükəli deyil. Xəstəni tam sakit etmək üçün ona hər hansı bir sedativ dərman vermək lazımdır.

Epilepsiya


Polietioloji psixi xəstəlik olan epilepsiya qıcolmalarla, qıcolmalarsız, yaxud qarışıq tutmalarla və emosional, psixopatoloji pozğunluqlarla xarakterizə olunur.
Daimi, yaxud tutmaşəkilli qeyri iradi əzələ yığılmaları qıcolmalar adlanır.
Qıcolmalar yayılmış (qeneralizəolunmuş – qıcolmalar bədənin bir cox əzələ qruplarını əhatə edir ) və lokal (yerli , məhdud - bir əzələ qrupunu əhatə edir ) olur . Yayılmış qıcolmalar tonik ,klonik və tonik -klonik , lokal qıcolmalar isə tonik və klonik olurlar .Tonik qıcolmalarda əzələlər yavaş -yavaş,klonik qıcolmalarda isə əksinə əzələlər sürətlə yigilirlar.
Qıcolma fazasinda tənəffüs dayanır,boyun venaları şişir,sifət avazıyır və sonra goyərir. Tonik qıcolmaları sonra klonik qıcolmalar əvəzləyir:ətrafların,boyunun,bədənin əzələləri təkanvari yıgılır,göz almaları yanlara çevrilir və qıcolmalarla titrəyir,xəstənin dili qıc olaraq önə və arxaya hərəkət edir.Bəzən xəstə dilini dişləyir,agizdan qanlı,köpüklü tüpürcək xaric olur,xəstə yıxılır və başı döşəməyə bərk dəyir.Xəstənin tənəffüsü xırıltılı və küylü olub,bəbəkləri genəlir və işıga qarşı reaksiya vermir,çeynəmə əzələləri yumruq şəkildə bükür.Agızdan xaric olan köpük fonunda xəstədə qeyri-iradi nəcis və sidik ifrazı olur.Klonik qıcolmalar 1-2 dəqiqə davam edir.
Tədricən qicolmlar azalır ,əzələlər boşalır ,tənəffüs qaydasına düşür ,sianoz keçir ,lakin xəstədə komatoz vəziyyət qısa müddətdən sonra keçir və xəstə 15-30 dəqiqə yatır.Bəzən isə xəstə epileptik tutmadan sonra orientasiyanı itirir ,qorxa-qorxa ətrafına baxır və danışıgı rabitəsiz olur.
Epileptik tutmalar çox qısa fasilələrlə bir-birinin ardınca olduqda epileptik status baş verir.Epileptik status zamanı xəstələr tutmalardan çıxa bilmir ,huşsuz vəziyyətdə bir neçə saat ,hətta bir neçə sutka komatoz halda qalırlar Tutmalar 20 dəqiqədən 2 saatadək davam edir və tezliyi saatda 2-20 dəfə olur .Xəstələrdə qan dövranı ,homeostaz pozulur,tənəffüs aritmik və stridoroz tipli olur,sapvari nəbz yalnız magistral arteriyalar üzərində əllənir.Komatoz vəziyyətdə xəstələrdə tənəffüs mərkəz mənşəli pozulur və Çeyn-Stoks tipli olur.
Sonradan isə hipertermiya, arterial təzyiqin enməsi, nevroloji əlamətlər (ocaq əlamətləri ) qeyd edilir və metabolik proseslər pozulur .
Ilkin həkiməqədər yardım
Xəstəni böyrü üstə uzadın ,alnına soyuq kompres qoyun.
Tutma zamanı baş vermiş travmalara yardım edin.
Təcili yardım cagırın.
Xəstə uzadılır ,başın altına balış qoyulur ,paltarların yaxası açılır ,xəstənin dilini dişləməməsi üçün dişlərin arasına dəsmal və s. əşya qoyulur .
Xəstənin agız boşlugu yoxlanılır ,yad cisimlərdən (diş proteləri) və qusuntu kütlələrindən təmizlənir ,dil qatlandıgı təqdirdə ,dəsmalla ucundan tutaraq dartıb çölə çıxarırlar
İmkan varsa venaya 20 ml 40%-li qlükoza məhlulunda 2 ml 0,5%-li seduksen vurulur
Səmərə olmadıgı təqdirdə venaya 10 ml 10%-li kalsium xlorid,əzələyə 4 ml 2,5 %-li aminazin və 1 ml 5%-li pentamin yeridilir
Epileptik statusda olan xəstələr xəstəxanaya göndərilir
Səh. 306
Terminal hallar.
Ağır xəstələrdə terminal hallara- ölümlə həyat arasında olan bir vəziyyətə,həyatın ölümə keçid mərhələsinə tez-tez təsadüf edilir( terminus-sərhəd,hüdudlanma deməkdir). Arterial təzyiqin katostrofik enməsi, qazlar mübadiləsi və metobolizmin dərin dəyişikliklərilə birgə orqanizmin həyat fəaliyyətinin kritik səviyyədə enməsinə terminal hal deyilir.
Terminal hallar müxtəlif travmalar, yanıqlar, elektikvurma, kəskin qanitirmə, şok, suda boğulma, mexaniki asfiksiya, miokard infarktı, anafilaksiya, ürək rirminin kəskin pozğunluqları, torpaqaltda qalma və digər patoloji proseslər, bədbəxt hadisələr zamanı meydana cıxır. İnsanın ölümündə dinamik olaraq bir-birinin ardınca gələn bir neçə proses ayırd edilir: ürək fəaliyyətinin, qan dövranının və tənəffüsün dayanması,baş beyinin fəaliyyətdən düşməsi, huşun itməsi, bəbəklərin genəlməsi, predaqoniya, terminal fasilə, aqoniya, klinik və bioloji ölüm. Terminal hallarda dörd mərhələ ayırd edilir:
*predaqoniya(aqoniyadan-canvermədən qabaqkı dövr),
*terminal fasilə, *aqoniya(canvermə)və
*klinik ölüm Predaqonal dövr.
Bu dövr orqanizmin mühüm həyati finksiyalarının və mübadilə proseslərinin pozulmasından asılı olaraq meydana çıxan bir sıra əlamətlərlə xarakterizə olunur.Ümumi tormozlanma fonunda xəstənin huşu tez-tez itir və alaqaranlıq vəziyyətdə olur.Arterial təzyiq kəskin enir və təyin edilmir.Nəbz kəskin taxikardiya ilə müşayiət edilir,sapvari olur,periferiyada deyil,yalnız magistral arteriyalar (ümumi yuxu,bud arteriyaları) üzərində allənir.Tənəffüs səthidir,tezləşib və təngnəfəslik qeyd edilir.Dəri kəskin avazıyır,kəskin akrosianoz müşahidə edilir.
Terminal pauza (fasilə) dövrü.Bu dövrdə baş beyinin,ürək-damar və tənəffüs mərkəzlərinin funksiyası proqressiv olaraq enməkdə davam edir,tənəffüs isə 40 saniyədən 4 dəq-dək dayana və yenidən bərpa ola bilir.
Aqonal dövr (aqonio – mübarizə).Xəstənin huşu tamamilə itir,arefleksiya (reflekslərin itrməsi), dərinin kəskin avazıması və akrosianoz baş verir.Tənəffüs aqonal tipli (köməkçi əzələlərin iştirakı ilə),dərin və seyrəkdir,patoloji ritmlər,nəfəsalma və nəfəsvermə fazalarının ləngiməsi ola bilir.Ürək fəaliyyəti kəskin enir,arterial təzyiq proqressiv olaraq düşür,bradikardiya inkişaf edir,nəbz sapvari olub,yalnız magistral arteriyalar üzərində çətinliklə əllənir.
Klinik ölüm.Bu terminal halların son,həyatla ölüm arasında keçid mərhələsi olub,3-6 dəqiqə dava edir.Klinik ölüm ürək fəaliyyəti və tənəffüsün tam dayanması,mərkəzi sinir sisteminin funksional aktivliyinin tam sıradan çıxmasından sonra baş verir.Zahiri olaraq xəstədə heç bir həyat əlamətləri müşahidə edilmir. Klinik ölüm zamanı aşağıdakı əlamətlər olur: huşun tam itməsi,arefleksiya,bəbəklərin genəlməsi və işığa qarşı reaksiyanın olmaması,tənəffüsün olmaması,ürək fəaliyyətinin dayanması,nəbzin olmaması,arterial təzyiqin sıfıra bərabər olması,bədən temperaturunun enməsi,qıcolmalar,qeyri-iradi sidik və nəcis ifrazı.
Bioloji ölüm. Beyin qabığı hüceyrələri oksigen acılığına çox həssas olduqlarından,hipoksiyaya 5-6 dəq. dözə bilirlər.Ona görə də bu müddətdən sonra beyin qabığı hüceyrələri sıradan çıxırlar (dekortikasiya) və ölüm baş verir,yəni klinik ölüm bioloji ölümə keçir. Bioloji ölüm həyat fəaliyyətin geridönməz şəkildə dayanmasıdır, orqanizmin canlı sistemi fəaliyyətinin son mərhələsidir.Qan dövranı dayandıqdan sonra ilkin bir saat müddətində baş beyindəki,sonrakı 2 saat ərzində isə digər orqanlardakı hüceyrələrin nekrozu baş verir.
HƏK.Y. Səh.217-218
Ürəyin qapalı masajının aparılması.
Ürək dayandıqda qan oksigenlə zənginləşə bilmədiyi və bədənə paylanmadığından,mühüm həyati əhəmiyyətli üzvlər,ilk növbədə isə baş beyin oksigen aclığına dözmədiklərindən,artıq 3-5 dəqiqə sonra onlarda geridönməz dəyişikliklər başlayır.Ürəyin qəfil dayanması sudabatma,boğulma,müxtəlif zəhərlənmələr,elektrikvurma,bir sıra ürək xəstəlikləri (ilk növbədə miokard infarktı) və s. hallarda müşahidə edilir.Ürək dayanmasının əlamətləri bunlardır:
-Yuxu arteriyasından nəbzin olmaması; -Huşun itməsi;
-Bəbəyin genəlməsi və işığa qarşı reaksiya verməməsi;
-Dodaqların,dırnaqların və qulaq sırğaların göyərməsi; -Dərinin kəskin avazıması,yaxud bozarması;
-Əzələlərdə səyrimələrin və yaxud qıcolmaların ola bilməsi;
Belə hallarda təxirəsalınmadan ürək masajına və süni tənəffüsə başlanmazsa,yəni ağciyər-ürək reanimasiyası aparılmazsa,bu vəziyyətdən zərərçəkmiş şəxsi çıxarmaq mümkün olmayacaqdır və o,bir neçə dəqiqədən sonra öləcəkdir. Ürək masajı zamanı,ürək sıxılaraq qanı aortaya,oradan isə yuxu arteriyaları ilə baş beyinə,ağciyər arteriyaları ilə ağciyərlərə qovur.Ağciyərlərdə qan qismən də olsa oksigenlə zənginləşir və ürəyin sıxılması dayandırıldıqda həmən oksigenləşmiş qan yenidən ürəyə qayıdır və növbəti sıxılma zamanı bu oksigenli qan beyinə qovulur və beyin oksigenlə təchiz olunur.Ürək masajı ilə birgə aparılan süni tənəffüs isə ağciyərləri oksigenlə təmin edir.
Ürəyin qapalı masajı belə aparılır:
-Xəstə arxası üstə sərt əşya üzərinə (döşəməyə,yerə,taxtın üstünə) uzadılır (xəstəni yumşaq yerlərə-divan,kreslo,çarpayı üstünə uzatmaq olmaz !) ;
-Ürək nahiyəsinə 1-2 dəfə 1-2 yumruq zərbəsi endirilir (tibbi müəssisədən kənarda ürək fəaliyyətinin dayanması təsdiqlənməyən hallarda prekardial zərbənin vurulması məsləhət görülmür) ;
-Yardım göstərən şəxs xəstənin böyründə duraraq,döş qəfəsinin hər iki tərəfindəki aşağı qabırğaların döş sümüyünə birləşən yerini,yəni xəncərvari çıxıntını tapır və sol əlinin ovuc hissəsini həmən yərdən 2-3 sm (1-2 köndələn barmaq ) yuxarı olmaqla döş sümüyünün orta-aşağı hissəsinin üzərinə qoyur.Sonra sağ əli mil-bilək oynağında bükməklə həmən əlini də sol əlin üstünə qoyaraq bir qədər önə əyilib bütün ağırlığı qollarına salır.
-Döş qəfəsini bu vəziyyətdə 5 sm dərinliyə fəqərə sütununa doğru təkanvari sıxıb buraxır
-Bu cür təkanvari hərəkətlər 1 dəqiqədə 100 dəfə təkrarlanır;
-Ayrı-ayrı sıxılmalar arasında fasilələr 1,0 saniyədən çox olmamalıdır;
-Fasilə zamanı əllər döş sümüyü üzərindən götürülməməli,yalnız milbilək oynağında düzləndirilməli və əlin ovuc səthi döş qəfəsindən bir qədər aralanmalıdır. Ürək masajı ilə süni tənəffüsün birgə aparılması daha məqsədəuyğundur.Əgər bu tətbirlər bir nəfər tərəfindən aparılırsa,onda hər 30 ürək masajından sonra 1 saniyə fasilə ilə 2 dəfə süni tənəffüs verilir.Ürək-ağciyər reanimasiyası iki şəxs tərəfindən icra edildiyi hallarda da ürəyin qapalı masajının süni tənəffüsə nisbəti 30:2 olur.
Ürək fəaliyyətinin bərpası üçün göstərilən yardım zamanı görülən tədbirlərin ardıcıllığı: -Yardım göstərəcəyiniz şəraitdə şəxsi təhlükəsizliyinizə arxayın olduqdan sonra işə başlayın;
-İlk novbədə ürəyin həqiqətən də döyünmədiyini aydınlaşdırın və bu məqsədlə nəbzi boyunda yuxu arteriyası üzərində yoxlayın;
-Ürək fəaliyyətinin dayanmasına əmin olduqdan sonra zərərçəkmiş şəxsi bərk əşya üzərinə (döşəməyə,torpağın üstünə və s) uzadıb,paltarlarının yaxasını açın və onun böyründə dizi üstə durun;
-Ürək nahiyəsinə 1-2 dəfə 1-2 yumruq endirin və ürək döyünməyə başlamadığı təqdirdə ürək masajına başlayın;
-Ürək masajını süni tənəffüslə birgə aparın.Bu məqsədlə 30 ürək masajı aparıb,1 saniyə fasilə verməklə xəstəyə 2 dəfə <> olmaqla süni tənəffüs verin.
-Ürək və ağciyərlərin fəaliyyəti bərpa olanadək (yaxud təcili yardım gələnədək,ya da meyit əlamətləri meydana çıxanadək) səbr və inadkarlıqla ürək masajı və süni tənəffüsü aparın. Səh. 222-225
Süni tənəffüsün verilməsi
Ağızdan-ağıza tənəffüsün verilməsi verilmə texnikası:
-Zərərçəkmiş şəxs arxası üstə sərt əşya üzərinə uzadılır;
-Döş qəfəsini sıxan paltarların yaxası açılır; -Dərhal xəstənin ağzı yuxarıda qeyd etdiyimiz üsulların birinlə açılır,alt çənə bir qədər önə dartılmaqla,xəstənin başı yana əyilir,ağız boşluğu dəsmalla yad cisimlərdən,selikdən qusuntu kütlələrindən təmizlənir və yuxarı tənəffüs yollarının keçiriciliyi təmin edilir;
-Xəstənin sağında durmaqla sağ əllə onun boynu bir qədər yuxarı qaldırılır və zərərçəkmiş şəxsin başı qədər arxaya sallanır (yaxud bu məqsədlə çiyin qurşaqlarının altına hər hansı bir əşya qoyulur)
-Sonra xəstənin açılmış ağzının üstünə dəsmal (tənzif parçası) sərir,sol əli alına
dayayıb, iki barmaqla onun burnunu sıxırlar;
-Nəfəs verən şəxs dərindən nəfəs alaraq ağzını xəstənin ağzına dayayır və ciyərlərindəki havanı xəstənin ağciyərlərinə qovur;
-Sonra yardım göstərən insan dodaqlarını xəstəni dodaqlarından aralayır,barmaqlarını isə burundan çəkir; Bu hərəkətlər ritmiki surətdə bir dəqiqədə 8-10 dəfə təkrarlanır və hər nəfəsvermə zamanı xəstənin ağciyərlərinə 1,5 litrə qədər hava qovulur.Ağciyərlərə hava daxil olduqda döş qəfəsi bir qədər qalxır, nəfəsvermə zamanı isə enir.Əgər qovulan hava ağ ciyərlərə daxil olmursa,onda döş qəfəsi də qalxıb-enmir (bu onu göstərir ki,tənəffüs yollarında hər hansı bir maneə vardır). Ağızdan-buruna olmaqla süni tənəffüsün aparılması Ağızı açmaq mümkün olmadıqda,buna vaxt itirməyərək bu üsula keçilməlidir.Yaxası açılmaqla arxası üstə uzanmış zərərçəkmiş şəxsin burnunun üstünə tənzif (cib dəsmalı) sərirlər;
-Yardım göstərən şəxs dərindən nəfəs alaraq ağzını xəstənin burnuna dayayır,bir əlilə alından tutur,digər əlilə isə alt çənəni sıxmaqla (hava qovulan zaman ağızın açılmamasl üçün) havanı xəstənin ağciyərlərinə qovur və sonra ağzını xəstənin burnundan çəkir.Bu hərəkətlər ritmiki olaraq dəqiqədə 8-10 dəfə olmaqla aparılır.
Səh. 227-229
Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə