Fənn: “Ailə təbabəti”


-şokda ilkin olaraq MSS funksiyası pozulur, şokun gedişi fazalar üzrə olduğu halda,kollapsda fazalı gediş olmur



Yüklə 0,93 Mb.
səhifə28/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

-şokda ilkin olaraq MSS funksiyası pozulur, şokun gedişi fazalar üzrə olduğu halda,kollapsda fazalı gediş olmur.
İlkin yardım
Xəstənin başı gövdəsindən aşağı olmaq şərti ilə uzandırılır,
A/T ölçülür,nəbz və tənəffüs sayılır,
Içməyə çoxlu şirin mayelər verilir,
d/a 2-4 ml 20%-li kamfora və 2ml kordiamin vurulur,
A/T kəskin enən hallarda v/d inyeksiya aparmaq mümkün deyilsə , əzələyə 1ml mezaton ,yaxud adrenalin vurulur
v/d 0,5-1,0 ml 0,05%-li strofantin ( yaxud 0,5 -1,0 0,06% -li korqlükon ) yeridilir.
v /d 10 ml fizioloji məhlulda 0,5 ml 1%-li mezaton və bunun ardınca damçı üsulu ilə 1 ml 0,1 %-li noradrenalin +100-150mq hidrokortizon əlavə edilmiş 400 ml poliqlükin məhlulu vurulur,
Xəstəyə varsa oksiqen verilir, xəstə dərhal stasionara göndərilir.
Hipertenziv kriz
Diastolik təzyiqin 90mm c.süt-dan,sistonik təzyiqin isə 140mm c.sütdan qalxmasına arterial hipetenziya deyilir.Arterial hipertenziya birincili və ikincili ola bilir. Birincili (essensial,idiopatik,hipertoniya xəstəliyi) arterial hipertenziyada təzyiqin artmasının səbəbi tapılmir.Əgər arterial hipertenziyanin səbəbi aşkarlanarsa,bu ikincili (simptomatik )arterial hipertenziya sayılır.Təkcə sistolik təzyiq 140mm c.süt-dan yüksəyə qalxırsa ,bu təcridolunmuş sistolik arterial hipetenziya hesab olunur.Arterial təzyiq davamlı sürətdə çox yüksək hədlərə qalxarsa (diastolik təzyiq 12 mm c.süt-dan çox) və sutka ərzində, hətta gecə bela enməzsa bu arterial hiperteziyanın bədxassəli formasıdır Hipertenziv krizə - hipertoniya xəstəliyi və simptomatik hipertenziyası olan şəxslərdə arterial təzyiqin qəflətən kəskin artmasına (diastolik təzyiqin 130-140c. şüt-dan çox) tez-tez təsadüf edilir. Əsasında damar tonusunun sinir-fünksional pozğunluqları duran və arterial təzyiqin davamlı yüksəlməsilə xarakterizə olunan hipertoniya xəstəliyinə 40 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir.Həmçinin, hipertoniyanın ələ gəlməsində stress (sinir-psixi sferadakı gərginlik), irsiyyət, Klimaks və ateroskleroz da böyük rol oynayır. Hipertoniya xəstəliyində 20-34% halarda hipertenziv krizə təsadüf edilir və bu krizlərə qadınlarda kişilərə nisbətən 3-6 dafə çox rast gəlinir. Hiyertenziv krizlər mövsümi xarakter daşıdığından ən çox payız va yaz aylarında baş verir. Bu krizlərin baş verməsinin səbəbi qan damarlarının pressor təsirlərə dəyişmiş reaktivliyi fonunda orqanizmin stress faktorlara qarşı ümümi (mərkəzi sinir-hormonal) və yerli (baş beyin, böyrəklar) adaptasiya mexanizmlərinin pozulmasıdır. Bu krizlər ekzo və endogen səbəblər nəticəsində baş verir, yaxud da əksər hallarda hər ki amillər birgə təsir göstərirlər. Psixoemosional stress, meteorolojli faktorlar və xörək duzunun çox qəbulu ekzogen amillərdən sayılır İkincili aldosteronizmlə birgə natrium ionlarınin və suyun bədəndə ləngiməsi, böyrək qan dövranının pozulması nəticəsində ге-nin ifrazının artması, baş beynin kəskin işemiyası, hipotenziv dərmanların (klofelin) qəbulunun dayandırılması sindromu və simpatoltiklərin (izobarin, dopegit)uzunmüddətli qəbulu hesabına arteriolaların aadrenoreseptorlarının katexolaminlərə həssaslığının artması endogen amillər hesab edilir. Hipertenziv krizin üç forması ayırd edilir: neyrovegetativ,su-duz və qıcolma formaları. Neyrovegetativ formalı hipertonik kriz zamanı xəstələr oyanıqlı və narahatdır, ətraflar əsməsi (tremoru) diqqəti cəlb edir, sifətin dərisi qızarır vəhiperhidroz nəzərə çarpır.Sidik ifrazı tezləşir, çoxlu şəffaf rəngli sidik xaric olur.Xəstələrdə sistolik təzyiqin kəskin artması taxikardiya ilə müşayiət edilir. Xəstələr adətən, başgicəllənmədən, ənsə nahiyəsində olan baş ağrılarından, ürək nahiyasindəki ağrılardan, başda və qulaqlarda küyün olmasından istilik hissiyatından,ürəkbulanmadan, qusmadan və gözlərin önündə “işıqlı kölgələrin”, “dumanı”olmasından şikayətllənirlər. Hipertonik krizin su-duz formasinda xəstələr olduqları şəraiti və zamanı adekvat qiymətləndirə bilmirlər. Xəstələrdə yuxuculluq qeyd edilir, sifətləri solgun vә şişkin, barmaqları isə pastoz olur. Bu t ip kriz üçün sistolik və diastolik təzyiqlərin artması fonunda nəbz təzyiqinin azalması xarakterikdir. Adətən qadınlarda daha çox təsadüf edilən bu tip krizdən əvvəl xəstələrdə sidik ifrazının azalması,üzün əllərin şişməsi, əzələ zəifliyi olur. Bədxassəli hiperteziyada, yaxud hipertoniya xəsəliyinin keçikmiş mərhələsində təsadüf edilən qıcolma formalı krizlərə az rast gəlinir, Bir neçə saatdan bir neçə sutkayadək davam edən kriz zamanı xəstənin haşı ir, beyin ödemi əlamətləri qeyd edilir həmçinin, tonik, yaxud klonik qıcolmalar müşahidə edlir.Adətən hipertonik krizdən sonra xəstələrdə bir müddət yaddaş pozğunluğu,görmənin pozulması, oriyentasiyanın itirilməsi olur. Klinik əlamətlərin qabarıqlığına görə hipertonik ieizlər üç formada olurserebral, kardial və serebrolardıal.Hipertonik krizlər, həmçinin, ağırlaşmasız və ağırlaşma verən krizlərə bölünürlər.Belə ki, hipertonik krizlər beyin koması, insult, miokard infarkt və kəskin sol mədəcik çatmazlığı kimi ağırlaşmalar verirlər.Hipertonik krizlər diaqnozunun qoyulması üçün simptomların triadasının aşkarlanması xüsusi önəm daşıyır: qəfləti başlanğıc, arterial təzyiqin kəskin yüksəlməsi va kardial, serebral, yaxud ümumvegeltativ xarakterli şikayətlər,
İlkin həkiməqədər yardım: 1)artelal təzyiqi ölçülür, 2)arterial təzyiqin kəskin yüksəlməsi olrsı, xəstin dilinin alına 1 tablet(10-20 mq) korinfar(nifedipin) qoyulur, yaxud “Nitromint”, “Aerosonit” aerozolu çilənir 3)arterial təzyiq enməzsə venadaxilinə 10 dəqiqqə ərzində 20 ml fizioloji məhlulda 1.ml 0.01%-li klofelin,əzələyə isə 2ml 1%-li laziks vurulur 4)yaxud arterial təzyiqi endirmək məqsədi ilə əzələyə 6 ml 0,5%-li dibazol+4 ml 2%-li papaverin yeridilir çox ağır hallarda dirsək venasından punksiya vasitəsilə 150-200 ml qan buraxlır, xəstə təcili yardımla stasionara göndərilir. C.N.Hacıyev Hək.y. səh. 291

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə