Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə30/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

AĞCİYƏRLƏRİN ÖDEMİ
Ağciyərlərin ödemi miokard infarktı , sol ürəyin qapaq qüsurları , hipertoniya xəstəliyi ,kardioskleroz , sol ürək catmazlığı , baş beynin travmaları və xəstəlikləri, eləcə də toksiki maddələrlə zəhərlənmələr zamanı müşahidə edilir.
Ağciyərlərin ödeminin əsasında ağciyər toxumasına maye axınının sürətlənməsi ilə əksinə ,həmən mayenin damar yatağına sorulmasının yavaşıması durur .Bu səbəbdən də qanın maye hissəsi damar yatağına tərk edərək əvvəlcə interstisial,sonra isə alveolyar ödem inkişaf edir.Damar yatağini tərk edən maye ağciyər toxumasında diffuz alveolyar- kapillyar membranın səthinə toplanır. Qanın zülal transudatı və ağciyərlərdəki surfaktant alveolların mənfəzinə kecir ,hava ilə qarışır və davamlı köpük əmələ qətirir. Əmələ qələn köpük havanın ağciyərlərdə qazlar mübadiləsi gedən sahəyə və alveolyar-kapillyar membrana daxil olmasına maneçilik törətdiyindən ağcyərlərdə qanın oksigenizasiyası pozulur, hipoksiya baş verir və əsas xəstəliyin gedişi daha da ağırlaşır.Əsas xəstəliyin ağılaşması isə öz növbəsində “qüsurlu dairə “ mexanizmini işə salır və nəticədə ağciyərlərdə ödemin inkişafı daha da sürətlənir.
Xəstələrdə ağciyərlərin ödemi tipik boğulma tutması ilə özünü biruzə verir. Əksər hallarda boğulma tutmalarından əvvəl xəstələrdə ümumi zəiflik, döş qəfəsində sıxılma və ağrılar olur. Sonra isə xəstənin nəfəs alması çətinləşir,təngnəfəslik artır,tənəffüs xışıltılı, xırıltılı olur və xəstə havasızlıqdan boğulur.Buna görə dəxəstə məcburi vəziyyət alır –çiyin qurşağını bir yerə dayayır və nisbətən rahatlaşır. Xəstənin dəri və görünən selikli qişaları göyümtul rəngdə olur,dodaqlar, burunun ucu və barmaqlar göyərir. Xəstədə əvvəlcə quru öskürək olur,ardınca isə ağizdan ağ köpüklü bəlğəm(bəzən isə çəhrayı rəngli) xaric olur,perkussiyada ağciyərlər üzərində timpanit səs,auskultasiyada isə müxtəlif kalibrli yaş xırıltılar eşidilir.
Ağciyərlərin ödemi zamanı hemodinamika
hiperdinamik(ürəyin vurğu həcminin, arterial təzyiqin artması və s.)
hipodinamik(ürəyin vurğu həcminin və qanin hərəkət sürətinin azalması,A/T enməsi və s.) tipdə pozulur.
Ağciyərlərdə qan dövranı pozğunluqları getikcə artır və metabolik asidoz inkişaf edir.
İlkin həkiməqədər yardım:
Xəstəyə yarımoturaq vəziyyət verilir və imkan olarsa oksiqen inhalyasiyası aparılır
Yuxarı tənəffüs yolları köpüklü bəlğəmdən təmizlənir,köpüyün əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə 30-70-li spirtdən yaxud antifombisilanin10 %li sulu (yaxud spirtli) məhlulundan keçirilmiş oksigenlə inhalyasiya aparılır,
Ürəyə venoz qan axınını azaltmaq ücün hər iki aşağı ətraflarda budun orta1/3-nə yalnız dəri altı venaları sıxmaq şərti ilə kəmər qoyulur, ya da ayaqlar baldırın ortasına qədər isti suya salınır,
Köpüyün ləğvi üçün 5 ml etil spirti 15ml qlükozada venaya vurulur,
Dövr edən qanın həcmini azaltmaq məqsədi ilə venaya 0,5-1,0ml 1%-li laziks yeridilir
Venaya 10 ml 2,4%-li eufillin,120-150mq prednizalon ,20 ml fizioloji məhlulda(yaxud 40%-li qlükozada)0,5-1,0ml 0,05%-li strofantin(yaxud 0,5-1,0ml 0,06%-li korqlükon) vurulur,
Venaya yavaş –yavaş 10-15 ml fizioloji məhlulda (yaxud 5%-liqlükoza məhlulunda) 1-1,5ml 1% -li morfin yeridilir,bu məqsədlə venaya 2ml 2,5%li diprazin,2-4ml 0,25%-li droperidol,yaxud 2ml 0,5 %-li seduksen(relanium)da vurmaq olar,damardaraldıcı kimi venaya 20 ml fizioloji məhlulda 1-2 ml 5%-li pentamin yeridilirXəstə təcili reanimatoloji şöbəyə aparı səh. 298
Qızdırma.
Orqanizmin müxtəlif patogen qıcıqlara qarşı verdiyi aktiv müdafiəuyğunlaşma reaksiyaslna qızdırma deyilir.Çox vaxt belə qıcıq rolunu zülal mənşəli heterogen maddələr,yanıqlar,nekrozlar,travmalar zamanı toxumaların parçalanma məhsuları və s.Qızdırma zamanı istilik tənzimi kəskin sürətdə pozulur:dəri damarlarının spazmı və digər amillər nəticəsində istilikvermə kəskin azalır,lakin istilik əmələ gəlməsi artdığı üçün istiliyin bədəndə toplanmasına və hərarətin yüksəlməsinə səbəb olur.Bəzi hallarda hərarət nevroken mənşəli də arta bilər (beyinə qansızma,şişlər və s. zamanı beynin istilik tənzimi mərkəzinin funksiyasl pozulur).Potoloji hallarda bədən temperaturunun 37 C yuxarı qalxması qızdırma adlanır.Qızdırmanın xarakterinə görə onun aşağıdaki növləri ayırd edilir: 1.Səbəbinə görə:infeksion və qeyri-infeksion qızdırmalar: 2.Yüksəlmə dərəcəsinə görə: a)subfebril temperatur - 37-38:b) zəif qızdırma (febril temperatur)-38-39 C:c) yüksək qızdırma 39-41 C:b)çox yüksək (hiperpiretik) qızdırma-41 C-dən yuxarı. 3.Müddətinə görə qızdırma:a)ötərki-bir neçə saatdan 1-2 günə qədər:b)kəskin -15 günə qədər:c)yarımkəskin-45 günə qədər və d)xroniki-45 gündən çox. 4.Sutka (və ya daha uzun müddət) ərzində qızdırmanın dəyişmə xarakterinə görə:a)daimi yüksək,sutkalıq temperatur fərqi 1 C-dən çox olmayan uzunmüdətli qızdıma.Səpkili və qarın yatalağı,ağciyərlərin krupoz pnevmaniyası üçün xarakterikdir:b)zəiflədici (remittəedici)-səhər və axşam arasındaki fərqi 1 C-dən 1,5 C-dək olan,lakin normal həddə düşməyən qızdırma.İrinli xəstəliklər zamanı müşahidə edilir:c)hektik (üzücü)-sutkada 2-3 dəfə təkrar olunaraq hərarətin qəflətən kəskin (3-5 С) qalxıb-enməsinlə xarakterizə olunan qızdırma.Bu zaman bədən temperaturu normal (37 C),yaxud subnormal (36 C-dən aşağı) hədlərə belə düşə bilər.Sepsis,limfoqranulomatoz və vərəmin ağır formaları üçün xarakteriklidir:d)qayıdan hərarət qəflətən 40 C və daha yüksək hədlərə qalxaraq bir neçə gündən sonra normaya enir və bir neçə gün bu vəziyyətdə qalır.Sonra hərarət yenidən təkrar olunur,Qayıdan yatalaq xəstəliyində müşahidə edilir:e)fasiləli-hərarət 39-40 C və daha yüksək hədlərə çataraq,bir neçə saatdan sonra kəskin sürətdə normaya və normadan aşağı düşür.Qızdırma hər 1-2 və 3 gündən bir təkrar olunur.Malyariya xəstəliyi üçün xarakterikdir:f)dalqavarı qızdırma-səhər temperaturnun axşam temperaturundan daha yüksək olması.Bu növ qızdırma ağciyər vərəmi və sepsis zamanı müşahidə edilir:h)atipik qızdırma-temperaturun sutka ərzində müxtəlif müdətli,müxtəlif hədlərdə tərəddüd etməsilə xarakterizə olunur.Revmatizm,dizenteriya və s. xəstəliklərdə bu növ qızdırmaya təsədüf edilir. Yadda saxlamaq lazımdır ki , müasir şəraitdə antibakterial və iltihab aleyhinə dərmanların geniş tətbiqi müxtəlif xəstəliklərə xas olan temperatur əyrilərinin dəyişilməsinə gətirib çıxarmışdır.Odur ki, klassik temperatur əyriləri getdikcə daha az müşahidə edilir. Səh.103-105
Anafilaktik şok
Anafilaktik şok orqanizmə allergen təkrar daxil olduqda dərhal meydana çıxan allergik reaksiyadır. Əksər hallarda anafilaktik şok orqanizmə dərman preparatları (antibiotiklər, sulfanilamidlər, analgetiklər, vitaminlər, rentgenkontrast maddələr, zülal və polipeptid preparatlar, anestetiklər) yeridildikdə, az hallarda isə həşəratlar dişlədikdə, tərkibində allergen olan qida qəbul etdikdə, yaxud allergen olan hava ilə nəfəs aldıqda baş verir. Anafilaktik şok zamanı allergik reaksiya I tip üzrə gedir.
Anafilaktik şokun ağırlığı əhəmiyyətli dərəcədə allergenin orqanizmə daxil olduğu vaxtla şokun inkişafı arasındakı müddətdən - işıqlı dövrdən asılı olur və bir çox hallarda allergenin dozası həlledici rol oynamır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə