Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə26/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Günay. PDF. Ailə Təbabəti

Etioloji səbəblər
1)Güclü ağrı, qorxu və qan görmək
2)Bir sıra dərmanların qəbulu
3)Daxili qanaxma
4)Ürək xəəstəlikləri ( aritmiya,qüsurlar,infarkt)
5)Epilepsiya
Əksər hallarda bayılmanın əsasında funksional nevrotik reaksiyalar durur. Hər beş bayılmadan biri kardial mənşəli olur və xəstələrin1/3-də bayılmanın səbəbini aşkarlamaq olmur. Bayılma hətta qəfləti ölümə səbəb ola bilir .Ona görə də şəxs oturaq vəziyyətdən uzanmış vəziyyətə keçərkən önə əyilərkən fiziki gərqinlik zamanı, eləcə də ürək xəstəliyi və ailələrində cavan yaşlarda qəfləti ölüm onlarda baş verən bayılma zamanı ehtiyatlı olmaq lazımdır.Bəzi hallarda bayılmadan əvvəl xəstələrdə ürək bulanma,havaazlığı, başgicəllənmə,ümumi zəiflik. Gözlərin qaralması və s.kimi hallar olur,xəstə yavaş-yavaş yerə oturur. Xəstədə bayılma zamanı huş qısamüddətli itir ,dəri və görünən selikli qişalar kəskin avazıyır, tənəffüs seyrəkləşir, nəbzi zəifləyir və bəzənarterial təzyiq bir qədər enir.Xəstədə göz bəbəkləri daralsa da, işığa reaksiya saxlanılır.Bayılma bir neçə saniyədən tutmuş bir necə dəqiqəyədək davam edir.Bayılmış şəxsi uzandırdıqda bayılma kecir
İlkin həkiməqədər yardım.
xəstə başı gövdədən aşağı olmaqla uzandırılır
döş qəfəsini sıxan paltarların yaxası acılır
qapı və pəncərələr açılaraq otağın havası təzələnir
xəstənin üzünə və boynuna soyuq su çiləyirlər,ya da sifətini yüngülcə şillələyirlər
xəstəyə naşatır spirti iylədilir
içməyə isti şirin çay, yaxud kofe verilir
bu tədbirlər kömək etmədikdə ə/d 2ml kordiamin və 1ml 10%-li kofein vurulur
C.N.Hacıyev . Hək.y. səh. 295
KOLLAPS
Arterial təzyiqin kəskin sürətdə enməsi və ürək fəaliyyətinin kəskin zəifləməsilə müşaiyət edilən kəskin damar çatmazlığıdır. Hemodinamikanın damar komponentinin- damar tonusunun kəskin azalması nəticəsində damar yatağı tutumunun artması , əksinə dövredən qanın həcminin azalması hesabına damar yatağı tutumu ilə oradan axan qan arasında bir uyğunsuzluq əmələ qəlir. Bu səbəbdən də damardan axan qanın miqdarı kəskin azalır, mühüm həyati əhəmiyyətə malik üzvlərin ( baş beyin, urək, böyrəklər) kəskin işemiyası və hipoksiyası baş verir, nəticədə bu üzvlərin fuksiyası kəskin pozulur.
Kollaps kardiogen şoku xatırlatsa da, kollapsda ürək catmazlığı əlamətləri olmur ağciyərlərdə durğunluq yoxdur, boyun və periferik venalar yaprıxıb. Kollapsın səbəbləri içərisində ən cox təsadüf olunanları :

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə