Fənn: “Ailə təbabəti”


YOĞUN BAĞIRSAQ (KOLON) XƏRÇƏNGİ



Yüklə 0,93 Mb.
səhifə22/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
Günay. PDF. Ailə Təbabəti

YOĞUN BAĞIRSAQ (KOLON) XƏRÇƏNGİ.
Azərbaycanda 2005-ci ildə 234 xəstədə yeni yoğun bağırsaq xərçəngi diaqnozu qoyulmuşdursa, 2012-ci ildə bu rəqəm 395 olub. 2011-ci ildə 471 xəstə yoğun bağırsaq xərçəngindən ölüb. Kolorektal xərçəngin skrininqi üçün kolonoskopiya, qatlanan siqmoidoskopiya və nəcisdə gizli qanın təyini testi istifadə edilir. Əksər mütəxəssislər tövsiyə edir ki, kolorektal xərçəngə görə xəstələrin skrininqi 50 yaşdan sonra başlanmalıdır. Skrininq üçün standart prosedur isə bütün yoğun bağırsağın müayinəsini təmin edən və hər 10 ildən bir aparılan kolonoskopiyadır. Kolonoskopiya həm diaqnostik prosedurdur, həm də profilaktik. Belə ki, adenomatoz polip və ya xərçəng önü poliplər aşkarlandıqda, onların götürülməsi də mümkün olur. Qatlanan siqmoidoskopiya və ikili-kontrastla barium imaləsi prosedurları skrininq üçün hər 5 ildən bir aparılmalıdır.
Ailə həkimi və ya terapevtin əsas məqsədi xəstələri kolorektal xərçəng və onun erkən diaqnostikası barədə məlumatlandırmaq, skrininq üçün keçirilən kolonoskopiya və digər metodlar haqqında ətraflı məlumat vermək və onların əsasən çox təhlükəsiz olduğunu izah etməkdən ibarətdir. Son illərdə tez-tez istifadə edilən KT-kolonoqrafiya və nəcisdə DNT testinin kolorektal xərçəngin skrininqində rolu dəqiq müəyyən edilməyibdir.
SÜD VƏZİ XƏRÇƏNGİ.
Hazırda dünyanın inkişaf etmiş ölkələrində süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng xəstəliyidir. Xərçəng xəstəliyindən ölüm hallarına görə süd vəzi xərçəngi ikinci yerdədir. Statistik məlumata əsasən Azərbaycanda 2005-ci ildə 985 qadında, 2012-ci ildə isə 1460 qadında yeni süd vəzi xərçəngi diaqnozu qoyulub. 2011-ci ildə 581 qadın süd vəzi xərçəngindən ölüb.
Əksər mütəxəssislərin tövsiyəsinə görə süd vəzi xərçənginin önlənməsi və erkən diaqnostikası üçün skrininq 40 yaşında başlanmalıdır. Həkimlər qadın xəstələrə süd vəzi xərçənginə görə dispanser müayinənin (skrininq) aparılmasının vacibliyini və faydasını izah etməli, mammoqrafiyanın məhdudiyyətlərini təsvir etməli və tələb olunduqda əlavə testlərin aparılması, o cümlədən də, süd vəzinin biopsiyası barədə ətraflı məlumat verməlidir. Əksər inkişaf etmiş ölkələrdə mammoqrafiyanın hər 1-2 ildən bir aparılması tövsiyə edilir. Mammoqrafiyanın aparılmasının hansı yaşadək davam etdirilməsinə dair qərar isə xəstənin yanaşı xəstəlikləri və onun ömür uzunluğu əsasında qəbul edilməlidir.
Daha irəliləmiş skrininq metodlarının, məs., süd vəzinin US müayinəsi, rəqəmsal mammoqrafiya və süd vəzinin MRT görüntüləməsinin, isə süd vəzi xərçənginin əmələ gəlməsi riski yüksək olan xəstələrdə istifadəsi tövsiyə edilir. Mammoqrafiya ilə müqayisədə süd vəzinin MRT görüntüləməsi daha yüksək həssaslığa malikdir. Ailə üzvləri arasında süd vəzi xərçəngi tarixçəsi olan xəstələrdə və ya BRCA+ olan xəstələrdə süd vəzinin MRT-i daha üstün diaqnostik müayinə hesab edilir. Süd vəzi xərçənginin biomarkerlərinin (iltihab markerləri, hüceyrədən-hüceyrəyə əlaqə və toxuma bərpası proseslərini əks etdirən markerlər) axtarışı hazırda davam etməkdədir və gələcəkdə ola bilsin normal süd vəzi toxumasının xərçəng toxumasından fərqləndirilməsinə yardım edə biləcəkdir.
Süd vəzi xərçənginin birincili profilaktikası məqsədilə tamoskifen və ya raloksifenin istifadəsi məqsədə uyğun deyil və tövsiyə edilmir (ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi Qrupunun tövsiyələri). Lakin, süd vəzi xərçənginə tutulma riski yüksək olan və tamoksifen və ya raloksifenin qəbulu ilə bağlı olan yan təsirlərin yaranması riski aşağı olan qadınlarda həmin dərmanların birincili profilaktika üçün istifadəsi nəzərdən keçirilə bilər.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə