Fənn: “Ailə təbabəti”


?. Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım



Yüklə 0,93 Mb.
səhifə19/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Günay. PDF. Ailə Təbabəti

?. Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım


Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!




Dəm qazı ilə zəhərlənmə zamanı:


  1. zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);

  2. əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

  3. ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

  4. zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

  5. əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın ("Ürəyin xarici masajı" və "Süni tənəffüs").

Suda boğulma zamanı ilk tibbi yardım


Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

Suda boğulma zamanı:





  1. dərhal "təcili yardım" çağırmaq;

  2. tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;

  3. cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;

  4. sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;

  5. əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;

  6. zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın;

  7. əgər zərərçəkən nəfəs almırsa, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.

Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə