Fənn: “Ailə təbabəti”


İlkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi xəstəlikləri erkən dövrdə aşkarlanmasıdır



Yüklə 0,93 Mb.
səhifə21/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
Günay. PDF. Ailə Təbabəti

İlkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi xəstəlikləri erkən dövrdə aşkarlanmasıdır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanda ilkin tibbi-sanitariya xidmətinin gücləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır.
İlkin tibbi-sanitariya xidməti pasiyentlərin birinci olaraq müraciət etdiyi tibbi xidmət pilləsi olaraq səhiyyə sisteminin əlçatanlıq, bərabərlik prinsiplərinə əsaslanan, davamlı və ilkin tibbi-sanitar xidmətləri özündə birləşdirən mühüm tərkib hissəsidir. İlkin tibbi-sanitariya xidməti sayəsində xəstəliklər erkən aşkarlanır və xəstə vaxtında müalicəyə cəlb edilir. Xəstəliyi tez aşkarlanan şəxsin sağlamlıq vəziyyəti yaxşılaşır .
Ailə həkimi institutu isə ilkin tibbi-sanitariya xidmətinin təşkilində mərkəzi rolu oynayaraq ümumilikdə səhiyyə sisteminin təməl sütunlarından biridir. Onun tətbiqində başlıca məqsəd əhaliyə operativ və keyfiyyətli tibbi xidmətin göstərilməsini təşkil etməkdir. Bütün bu səbəblərdən dolayı Agentlik beynəlxalq təcrübəyə əsaslanan bu strategiyanın ölkəmizdə inkişaf etdirilməsində maraqlıdır. 
Agentlik tərəfindən tərtib olunan Xidmətlər Zərfinə 35 sayda ilkin tibbi-sanitariya xidməti daxildir. Onlar arasında ən vacib olan istiqamətlər aşağıdakılardır:

  • 18 yaşdan yuxarı əhalinin müraciəti əsasında profilaktik tibbi müayinələrin aparılması;

  • Xronik xəstəliklərin kəskinləşməsinin erkən aşkarlanması məqsədilə ixtisaslı müdaxilə tələb etməyən hallarda müalicə və müşahidənin aparılması;

  • Yenidoğulmuşlara ixtisaslı müdaxilə tələb etməyən hallarda müalicə və müşahidənin aparılması;

  • İxtisaslaşdırılmış yardım tələb etməyən qeyri-infeksion xəstəliklərin müalicəsi;

  • İlkin tibbi-sanitariya müəssisəsinə müraciət etmiş şəxslərə ilkin psixoloji yardım;

  • Sağlam həyat tərzi haqqında sanitar maarifi işləri;

  • Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması;

  • Müxtəlif laborator analizlərin götürülməsi (qan, sidik, nəcis). 

Hər ailənin öz həkimi


Yorulmadan ailənin hər bir üzvünə illərlə xidmət edir və demək olar ki, orqanizmimizi bizdən yaxşı bilir, sağlığımızı daim düşünür. Dünyanın bir çox yerində ona bir ailənin müalicəsinə xidmət edən "tibbi dükan” kimi də baxılır. Bütün ailə üzvlərinin sağlığı ilə bağlı hər incə detaldan məlumatlı olur. O, ailə həkimidir...
Ailə həkimi əslində illər öncə Azərbaycanda da aktual olan can həkimidir. Bu həkimlər ailədə yaş, xəstəlik fərqi olmadan insanın bütün xəstəlik və orqanlarını müalicə etməyi bacarırlar.
Həkim o qədər yaxın olmalıdır ki, soyuducunu da açıb qidalara baxa bilsin. Uzun zamandır müzakirə mövzusu olan ailə həkimi məsələsi icbari tibbi sığortanın gündəmə gəlməsi ilə daha da aktuallaşdı. Artıq 2019-cu ildən Azərbaycan Tibb Universitetində (ATU) ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçiriləcək. Rezidenturanı bitirənlər ailə həkimi ixtisasına yiyələnəcəklər. Yəni artıq bizim də ailə həkimimiz olacaq.
Ailə həkiminin əsas vəzifələri nədir?
İnsanları xəstələnməmək üçün profilaktik və müəyyən xəstəliklərin qarşısını ala biləcək tədbirlər (siqaret çəkməmək, fiziki aktivliklə məşğul olmaq, düzgün qidalanmaq) görməyə sövq etmək, xəstəliklərin erkən aşkarlanması məqsədilə müayinələr aparmaq və müalicəni sübutlu təbabət prinsiplərinə əsasən təşkil etmək, xəstəliklər və onlarla mübarizə yolları haqqında pasiyentləri məlumatlandırmaq, müalicəyə nəzarəti təşkil etmək, sağlamlıq vəziyyətindən asılı olaraq pasiyentlərə zəruri məsləhətlər vermək daxildir.

Xərçəng xəstəliyinin erkən diaqnostikası



Xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhvə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də, yoğun bağırsaq, süd vəzi, prostat vəzi və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur.
"2013-cü ilin rəsmi statistikasına görə, [Azərbaycanda] 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatada olub. Ümumilikdə, il ərzində birincili 9 min 64 nəfər onkoloji xəstəliklərlə qeydiyyata götürülüb. 2013-cü ilin son statistik məlumatına görə, onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub.
Daha irəliləmiş görüntüləmə metodları və biomarkerlərin tətbiqi sayəsində xərçəng xəstəliyinin erkən diaqnostikası və ya erkən və müalicəsi daha səmərəli nəticə verən mərhələlərdə müəyyən edilməsi son illərdə daha əlverişli olmuşdur. Lakin, bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda, əhalinin böyük bir qismi dispanserizasiya tədbirlərinə qatılmır və ya onların skrininqi ardıcıl aparılmır. Məsələn, Azərbaycanın iri şəhərlərinin birində aparılmış kiçik sorğu göstərmişdir ki, rəyi soruşulan yaşı 50-dən yuxarı olan şəhər sakinlərinin cəmi <2% son 5 il ərzində kolorektal xərçəng xəstəliyinə skrininq çərçivəsində kolonoskopiya və ya ya digər endoskopik prosedur keçirib. Nəcisdə gizli qanın təyini testi isə rəyi soruşulanların cəmi 5%-də aparılmışdır. Ümumiləşdirərək, qeyd edilməlidir ki, Azərbaycanda yaşı 50-dən yuxarı olan şəxslərin kolonoskopiya olunması və ya nəcisdə gizli qanın təyini testindən keçməsi çox aşağı səviyyədədir. Bununla yanaşı, iri şirkətlərdə işləyən və sığortası olan xəstələrlə müqayisədə sığortası olmayan şəxslərin həmin testlərdən keçməsi ehtimalı isə daha azdır.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən qlobal səviyyədə son bir neçə il ərzində kişi və qadınlar arasında ən geniş yayılmış xərçəng xəstəlikləri aşağıda verilir:
Cədvəl 1. Kişilər arasında ən çox yayılmış xərçəng xəstəlikləri.

Cədvəl 2. Kişilər arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.

  • Ağciyər xərçəngi

  • Prostat vəzi xərçəngi

  • Kolorektal xərçəng

  • Qaraciyər xərçəngi

Cədvəl 3. Qadınlar arasında ən çox yayılmış xərçəng xəstəlikləri.

  • Süd vəzi xərçəngi

  • Ağciyər xərçəngi

  • Kolorektal xərçəng

Cədvəl 4. Qadınlar arasında ən çox ölümlə nəticələnən xərçəng xəstəlikləri.

  • Ağciyər xərçəngi

  • Süd vəzi xərçəngi

  • Kolorektal xərçəng

Azərbaycanda isə ən çox yayılmış xərçəng növləri aşağıdakılardır (2012):

  • Ağciyər xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1027 nəfər.

  • Mədə xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1010 nəfər.

  • Kolorektal xərçəng: yeni qeydə alınmış xəstələrin sayı 395 nəfər.

  • Süd vəzi xərçəngi: yeni qeydə alınmış xəstələrin sayı 1460 nəfər.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə