Fənn: “Ailə təbabəti”


Termik yanıqlar zamanı ilk tibbi yardım



Yüklə 0,93 Mb.
səhifə18/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Günay. PDF. Ailə Təbabəti

Termik yanıqlar zamanı ilk tibbi yardım



Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10–15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz! Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (rus.zelyonka), kalium permanqanat və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə "təmizləməyin", sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi "vasitələr" də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin, ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz. Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir. Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər. Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə