Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə14/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Günay. PDF. Ailə Təbabəti

Qırmızı meyvələr: Antioksidant və lif baxımından zəngin olan qırmızı meyvələr, xüsusən Tip 2 diabet xəstələri üçün insulin istehsalına kömək edir və Tip 1 diabet xəstələri üçün qan şəkərinin tarazlaşdırılması baxımından çox əhəmiyyətlidir.
Göy kələm: Brokoli kimi, göy kələm də çox az karbohidrat dəyəri olan bir tərəvəzdir.
Avokado: Omega 3 deposu olan avokado ürək və təzyiqi xəstəliklərində istifadə olunan əsas qidalardandır, eyni zamanda şəkərli diabet xəstələrində qanda şəkərin miqdarının tənzimlənməsində təsiri böyükdür.
Qatıq: Mətbəximizdə vazkeçilməzlərindən biri olan qatıq, tərkibindəki yüksək miqdarda kalsium miqdarı olduğundan gündəlik qidalanmamızda mütləq olmalıdır, eyni zamanda Tip 2 diabet riskini də azaltdığı ortaya çıxmışdır.
Çay: Mütəxəssislər, yaşıl çay və ya qara çayın şəkərsiz olmaq şərti ilə hər gün qəbul edilməli olduğunu qeyd edirlər. Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində qan şəkərinin tənzimlənməsinə kömək edir.
Kətan toxumu: Sağlam yağ, lif və zülal mənbəyi olan kətan toxumu diabetlə mübarizə üçün ən çox istifadə edilməli olan qidadır.
Alma: Xolesterol və ürək xəstəliyindən əziyyət çəkənlər üçün vacib qida olan alma qan şəkərini tarazlayaraq diabetlə mübarizə aparan gizli silahlardan biridir.
Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterolu tarazlayır və qan təzyiqini tənzimləyir. Bu səbəblə diabetlə mübarizədə qəbul edilməli qidalardan biridir.
İspanaq: Lifli, yaşıl yarpaqları sayəsində şəkərli diabet xəstələri üçün mütəxəssislər tərəfindən tövsiyə olunur.
Tünd şokolad: Aşağı şəkərli və bol kakaolu tünd şokolad insulin rezistentliyini azaltmaqla yanaşı zəngin antioksidant mənbəyidir.
Qulançar: Türk mətbəxində yeni bir yer qazanmağa çalışan qulançar, insulin istehsalını artırdığı üçün xüsusilə Tip 2 diabet xəstələri üçün tövsiyə olunur.
Darçın: Darçın, şirniyyat ehtiyacınızı qarşılaya biləcək bir ədviyyatdır. Bundan əlavə, araşdırmalar darçının qan şəkərini tarazlaşdırdığını sübut etmişdir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə