Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə24/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
Günay. PDF. Ailə Təbabəti

AĞCİYƏR XƏRÇƏNGİ.
Azərbaycanda 2005-ci ildə 765 xəstədə, 2012-ci ildə isə 1027 xəstədə yeni ağciyər xərçəngi diaqnozu qoyulub. Azərbaycanda 2011-ci ildə 1071 xəstə ağciyər xərçəngindən ölüb. Təəssüflə qeyd edilməlidir ki, ağciyər xərçəngi diaqnozu qoyulmuş xəstələrin 90% bu xəstəlikdən ölür. Bunun səbəbi isə əksər hallarda xərçəngin çox gec mərhələdə diaqnostikasıdır. Ağciyər xərçənginin digər xərçəqlərdən fərqləndirən mühüm faktlardan biri də odur ki, ağciyər xərçəngi olan xəstələr arasında 5-illik sağ qalma cəmi 16%-dır (yəni ağciyər xərçəngi diaqnozu qoyulmuş xəstələrin yalnız 16%-ı 5 ildən sonra sağ qalmış olur).
Siqaretdən istifadə ağciyər xərçənginin inkişafına təsir edən ən böyük amildir. Ağciyər xərçəngi hallarının 85% məhz siqaret çəkənlərdə baş verir. Siqaretdən istifadənin müddəti və çəkilən siqaretlərin sayı ağciyər xərçənginin əmələ gəlməsinə mühüm təsir göstərir. Əksər hallarda ağciyər xərçəngi 55 yaşdan sonra inkişaf edir.
Son illərdə aparılmış tədqiqatların nəticəsində hazırda inkişaf etmiş ölkələrdə ağciyər xərçənginin erkən diaqnostikası üçün tövsiyə edilən diaqnostik müayinə aşağı dozada KT (kompüter tomoqrafiyası) görüntüləməsidir. Ağciyər xərçənginin erkən müəyyən edilməsi üçün tətbiq olunan müxtəlif skrininq proqramlarının əsas məqsədi keçik olmayan ağciyər xərçənginin erkən diaqnostikasıdır. Belə ki, kiçik olmayan ağciyər xərçəngi daha çox rast gəlinən ağciyər xərçəngidir və onun erkən diaqnostikası tam müalicəsinə imkan verir. Aparılmış tədqiqatlardan irəli gələrək bir çox ölkələrdə ağciyər xərçənginə görə skrininq və ya dispanserizasiya tədbirləri həyata keçirilməkdədir. ABŞ-da məsələn, ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi Qrupunun təlimatına görə ağciyər xərçənginə dair skrininq aşağıdakılara uyğun aparılır:
Yaşı 55-80 arası olan, "30 paçka-il" siqaret çəkmiş və hazırda da siqaret çəkən və ya son 15 il ərzində siqareti tərgitmiş xəstələr arasında ağciyər xərçənginə dair skrininq aşağı dozalı KT görüntüləməsi ilə ildə bir dəfə aparılması tövsiyə edilir.
15 ildən çox siqaret çəkməyi tərgitmiş xəstələrdə ağciyər xərçənginə görə skrininqin aparılması dayandırıla bilər.
QEYD: "30 paçka-il" terminin mənası: 30 il ərzində hər gün 1 paçka siqaret çəkmə və ya 15 il ərzində hər gün 2 paçka siqaret çəkmə deməkdir.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə