Fənn: “Ailə təbabəti”


kəskin infeksion xəstəliklər(əksər hallarda pnevmoniya)



Yüklə 0,93 Mb.
səhifə27/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   23   24   25   26   27   28   29   30   ...   33
Günay. PDF. Ailə Təbabəti

kəskin infeksion xəstəliklər(əksər hallarda pnevmoniya)
allergik reaksiyalar(o cümlədən dərmanlara qarşı)
hipotonik dərmanların qəbulunda doza artıqlığı
kəskin qanitirmə
kəskin susuzlaşma
böyrəküstü vəzlərin kəskin çatmazlığı.
Kollapsın 3 forması ayırd edilir . Kardiogen,damar və volemik kollaps.
Kardiogen kollapsa ürək xəstəliyi olan şəxslərdə, ilk növbədə miokard infarktı zamanı təsadüf edilir.Həmcinin, ağciyər damarlarının emboliyası və kəskin miokardit də kardiogen kollaps verə bilir.
Periferik damar şəbəkəsinin genəlməsi nəticəsində meydana çıxan damar kollapsı kəskin infeksion xəstəliklər, sepsis, pnevmoniya,barbituratlarla zəhərlənmələr zamanı baş verir.
Volemik kollapsı isə ağır şok,çoxlu qanitirmə , güclü ağrı və kəskin susuzlaşma kimi hallar törədir.
Xəstələrin vəziyyəti ağır olur, huşu ya alaqaranlıq pozulur, ya da tormozlanır, sifəti avazıyır,cizgiləri dərinləşir və gözləri sönük olur. Dəri göyumtül rəng alır, soyuq və yapışqanlı tərlə örtülür, əllədikdə ətraflar soyuq olur. Tənəffüs tezləşir və səthiləşir, nəbzin sayı artır, dolğunluğu azalır, periferiyada güclə təyin edilir.
Arterial təzyiq kəskin enir (40-50 mm.c.süt. səviyyəsinə qədər və ağır hallarda daha aşağı) və onagörə də ağır hallarda nəbz yalnız magistral arteriyalar üzərində təyin edilir. Xəstədə həm sistolikvə diastolik , həm də nəbz təzyiqi enir .Xəstə ətrafa və baş verənlərə cavab vermir. Mühüm həyati əhəmiyyətə malik üzvlərin məhəlli qan dövranının və mikrosirkulyasiyanın pozulması ağır hallarda kəskin ürək, kəskin böyrək, yaxud kəskin poliorqan çatmamazlığına və ölümə gətirib çıxarır.
Əksər hallarda kollapsı şokdan fərqləndirmək çətin olur. Lakin şokdan fərqli olaraq
kollaps zamanı ilkin dəyişikliklər ürək damar sistemində baş verir, bu dəyişikliklər digər üzvlərdə dərin pozğunluqlar törətmir və kollapsı törədən səbəb aradan qaldırıldıqdan sonra orqanizmdəki bütün üzvlərin funksiyaları tez bir zamanda bərpa olur,

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə