Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə29/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

STENOKARDIYA
Döş inağı ürəyin işemik xəstəliklərindən biri olub ,tac arteriyaların aterosklerozu və spazmı (koronarospazm) nəticəsində ürək əzələsinin qanla təcizatının pozulmasından baş verir. Xəstəliyin ilk dövrlərində koronarospazm əsas səbəb olsa da ,sonralar tac arteriyaların stenozedici aterosklerozu əsas rol oynayır.Stenokardiya ən cox kişilərdə, nisbətən cavan yaşlarda(35-40 yaşdan yuxarı ) təsadüf edilir. Koronar qan azlığı nəticəsində miokardın hipoksiyası meydana çıxır ki bu da özünü döş sümüyünün sıxıcı, yandırıcı və deşici kəskin ağrılarla biruzə verir. Ağrılar müxtəlif intensivlikdə olub ,sol ciyinə, sol qola, boyunun və başın sol yarısına, alt cənəyə, sol kurəyə bəzən də epiqastral nahiyəyə nəql olunur. Stenokardiya zamanı xəstənin sifətində ölüm qorxusu olur. Stenokardiyanın iki klassik forması ayırd edilir : gərginlik və sakitlik stenokardiyası. Ağrı tutmaları, adətən, emosional, yaxud fiziki gərginlikdən sonra baş verir ki,buna gərginlik stenokardiyası deyilir. Gərginlik stenokardiyası tutmaları əksər hallarda piyada gəzən vaxtı ,isti otaqdan soyuq havaya çıxdıqda olur. Ağrı tutmaları sakit vaxtda,istirahət zamanı, gecələr olursa bu sakitlik stenokardiyasıdır. Ağrı tutmalarının davamı bir neçə saniyədən tutmuş 20-30 dəq-dək olur. Ağrı tutmaları olanda xəstələrin sifəti avazıyır, onlar hərəkətsizləşib, sanki donmuş vəziyyət alırlar, çünki bu anda kiçik bir fiziki hərəkət ağrını daha da artırır. Xəstələrin nəbzi tezləşir, arterial təzyiqi artır və ürək tonları karlaşır. Stenokardiya tutmalarından sonra xəstə özünü çox zəif hiss edir, başı gicəllənir və sifəti qızarır. Stenokardiya tutması üçün xarakterik cəhət ağrıların nitroqliserin qəbulundan sonra tezliklə keçməsidir. Uzunmüddətli tez-tez təkrarlanan ağrı tutmaları qeyri- stabil stenokardiyanın olmasını göstərir. Belə stenokardiya miokard infarktının inkişafı ilə sonuclana bilir. TƏXİRƏSALINMAZ YARDIM : Nitroqliserin-1t(0,5mq)dil altına, yaxud amilnitrit damızdırılmış pambıq iylədilir Ağrılar güclü olduqda əzələ, yaxud v/d 2-3 ml 2%-li papaverin (yaxud 2ml 2%-li noşpa), 2ml 50%-li analqin və 5-10ml 24%-li eufillin(venaya5-10 ml 2,4%-li eufillin) məhlulu yeridilir. Ürək nahiyəsinə xardal yaxması qoyulur; Stenokardiya tutmalarının profilaktikası məqsədilə xəstəyə miokardın oksigenə tələbatını azaldan maddələr(nitronq, nitrosorbit və s.),beta-adreno-blokatorlar,kalsiumlu preparatlar (korinfar,izoptin və s.) və sakitləşdirici dərmanlar verilir; xəstə stasionara göndərilir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə