Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə23/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Günay. PDF. Ailə Təbabəti

UŞAQLIQ BOYUNU XƏRÇƏNGİ.
Hər il Azərbaycanda 450 yeni uşaqlıq boyunu xərçəngi xəstəliyi qeydə alınır. Uşaqlıq boyunu xərçənginin erkən müəyyən edilməsi və diaqnostikası üçün aparılan dispanserizasiya və ya skrininq tədbirlərinə dair tövsiyələr son zamanlar dəyişmişdir. Belə ki, HPV (insanın papillomavirusu) virusunun təyin edilməsi və həmçinin maye-əsaslı sitoloji müayinə metodlarının istifadəsi skrininq metodlarının inkişafına mühüm töhvə vermişdir. Hazırda, məs., ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi Qrupu və Amerika Ginekoloqlar Cəmiyyətinin tövsiyələri aşağıdakı kimidir:qadının 21 yaşı tamam olduqda və ya ilk cinsi əlaqədən təxminən 3 il sonra Papanikolau yaxması (uşaqlıq boyunundan yaxma) və ya maye-əsaslı sitoloji müayinə aparılmalıdır, Növbəti skrininq isə Pap yaxması (uşaqlıq boyunundan yaxma) ilə hər il və ya maye-əsaslı sitoloji müayinə ilə hər 2 ildən bir aparılmalıdır.Qadının yaşı 30 olduqda və əgər əvvəl aparılmış üçn Pap yaxması və ya üç maye-əsaslı sitoloji müayinə normal olarsa, bu zaman müayinələr arasında interval aşağıdakı kimi uzadıla bilər: Pap yaxma bundan sonra hər 2-3 ildən bir aparıla bilər VƏ YA HPV testi ilə uşaqlıq boyunun sitoloji müayinəsi 3 ildən bir aparıla bilər.70 yaşa çatmış və son 10 il ərzində üç və daha çox Pap yaxmaları normal olmuş qadınların uşaqlıq boyunu xərçənginə görə yoxlanması dayandırıla bilər.Total Histerektomiya olunmuş qadınların da uşaqlıq boyunu xərçənginə görə yoxlanması dayandırılır.


PROSTAT VƏZİ XƏRÇƏNGİ.
Prostat vəzi xərçəngi inkişaf etmiş ölkələrin əksəriyyətində kişilər arasında ən çox yayılmış xərçəng növüdür. Xərçəngdən ölüm hallarına görə prostat vəzi xərçəngi ağciyər xərçəngindən sonra ikinci yerdədir. Əksər tibbi cəmiyyətlərin təlimatlarına görə yaşı 75-dən aşağı olan kişilərin prostat vəzi xərçənginə görə PSA testi və barmaqla rektal müayinə ilə skrininqi tövsiyə edilmir. Belə ki, ABŞ-ın Preventiv Xidmətlər üzrə İşçi Qrupunun 2012-ci ildə verdiyi təlimatda aşağıdakı mühüm məqamlar yer alıb:
Prostat vəzi xərçənginin əksər halları ilə bağlı, hətta müalicəsiz, proqnoz əlverişlidir. Lakin, bəzi hallarda prostat vəzi xərçəngi aqressiv olur.
Prostat xərçəngi 50 yaşdan aşağı kişilərdə çox nadir hallarda təsadüf edir.
Prostat vəzi xərçəngi olan kişilərin 60 yaşdan tez bu xəstəlikdən ölməsi çox az hallarda baş verir.
ABŞ-da prostat vəzi xərçəngin səbəbindən ölüm hallarının 70%-i 75 yaşdan sonra baş verir.
Hazırda, prostat vəzinin diaqnostikası üçün ən çox tətbiq edilən metodlar PSA səviyyəsinin müəyyən edilməsi, barmaqla rektal müayinə və çanağın və ya rektal US müayinəsidir. Tədqiqatlardan məlumdur ki, PSA səviyyəsinin təyini asimptomatik prostat vəzi xərçəngi hallarının müəyyən edilməsinə yardım edir. Eyni zamanda məlumdur ki, PSA səviyyəsinin təyini ilə asimptomatik prostat vəzi xərçəngi diaqnozu qoyulmuş xəstələrin böyük əksəriyyətində, xərçəng törəməsi böyüməyəcək və ya o dərəcədə yavaş böyüyəcəkdir ki, xəstə ömrünün sonunadək asimptomatik qalacaq. Buna görə də, prostat vəzinin skrininqi ilə bağlı çoxsaylı asimptomatik xəstəlik aşkar edilir və həmin xəstələrin bir çoxu "lazımsız yerə" biopsiyaya və aqressiv müalicəyə məruz qalır.
Ümumiyyətlə, ictimai səhiyyə baxımından  PSA-in yoxlanması ilə geniş əhalinin prostat vəzi xərçənginə görə skrininqi faydadan çox zərərlidir. Belə ki, PSA testi ilə yalnız çox az sayda prostat vəzi xərçəngi olan xəstələr müəyyən edilir. Müəyyən edilmiş xəstələrin isə çox və buna görə müalicədən bəhrələnən xəstələrin sayı çox azdır.
Lakin, burada qeyd edilməlidir ki, bəzi mütəxəssislər tövsiyə edir ki, həkimlər öz xəstələri ilə prostat vəzi xərçəngi barəsində müzakirələr aparsın və xəstələri PSA testinin və US müayinəsinin aparılmasının riskləri və faydası barəsində məlumatlandırsın.
Xatırlatmaq lazımdır ki, PSA testinin aparılması ilə bağlı ziddiyət onun spesifikliyinin zəif olması ilə bağlıdır. Belə ki, bu testin nəticələri arasında səhv-pozitiv nəticələr çox tez-tez baş verir və bu da lazımsız biopsiyaların aparılmasına səbəb olur. Hazırda bir çox mütəxəssis hesab edir ki, PSA-nin illik artımı (PSA velocity) >0.75 nq/ml olan xəstələrdə prostatın biopsiyasına göstəriş hesab edilə bilər.



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə