Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə8/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
Günay. PDF. Ailə Təbabəti

Yüngül dərəcə - iltihabi prosesin məhz tüpürcək vəzilərində inkişaf etməsi xarakterikdir. Bu zaman uşağın bədən temperaturu qəfil və sürətlə qalxmağa başlayır (orta göstəricilərədək).

  • Orta dərəcə - hərarətin qalxması ilə yanaşı, epidemik parotitin bu dərəcəsində uşaq “titrədir”. Xəstəliyin orta dərəcəsində təkcə tüpürcək vəzilərinin zədələnməsi deyil, həmçinin digər vəzilərin zədələnməsi qeydə alınır. Pasiyent baş ağrısından, iştahanın itməsindən, öyümə və qusmadan, yuxu pozuntusundan şikayət edir.

  • Ağır dərəcə. Nəzərdən keçirdiyimiz virus xəstəliyinin bu dərəcəsi uşağın səhhəti, hətta həyatı üçün təhlükəli hesab olunur. Çünki bu zaman həm tüpürcək vəziləri, həm də sinir sistemi zədələnir. 

    Xəstəlik həmişə qəfil yaranır və sürətlə inkişaf edir: temperatur kritik göstəricilərədək yüksəlir, uşaq bütün bədənində əzginlik hiss edir. elementar udma və çeynəmə hərəkətləri çox ağrı verir.

    Hipertermiya (bədən hərarətinin yüksəlməsi)


    Bu simptom xəstəliyin ilk mərhələsindən yaranır və yalnız ifadə olunmuş simptomlar aradan qalxdıqdan sonra itir. Bu baxımdan valideynlər narahatlıq keçirməyə bilərlər – bu, hətta uşaq qızdırma əleyhinə vasitələr qəbul etsə belə norma hesab olunur. Lakin hipertermiya simtomlar keçdikdən sonra aradan qalxmazsa, dərhal müalicə həkiminə müraciət etmək lazımdır – bu əlamət orqanizmdə yeni patoloji prosesin inkişafından xəbər verə bilər. Həkim və alimlər belə bir maraqlı müşahidə aparıblar – sən demə, xəstə uşağın orqanizmi parotit virusu ilə spesifik antitellər ifraz edərək, müstəqil mübarizə aparmağa çalışır.
    Qulaq arxasında şişkinlik. Uşaqlarda parotitin ən ifadə olunmuş əlaməti - qulaq arxasında şişkinlikdir. Özü də bu şişkinlik böyük ölçülərə çatıb, çeynəmə və danışmağa mane olur. Bəzi hallarda qulaq arxasındakı şişkinlik boyun nahiyəsinə də yayılır – bu da norma hesab olunur və əlavə tədbirlər tələb etmir.
    Epidermik parotit uşağın zahiri görkəminə kifayət qədər ciddi təsir göstərir – uşaqın yanaqları sanki şişərək aşağı düşür, qulaq arxasındakı şiş qulaqların önə əyilməsinə səbəb olur. Qulaq arxasındakı şişkinlik təqribən 8 günlük müalicədənn sonra tamamilə çəkilir.
    Məxmərək (Rubella)
    Alman qızılcası əsasən mərmərək kimi tanınan və bədəndə səpkilərə səbəb olan virus mənşəli infeksiyadır.Səpkidən başqa,məxmərəkli şəxslərdə qızdırma və böyümüş limfa düyünləri də müşahidə olunur.İnfeksiya insanlara asqıraq və öskürək zamanı damcı ilə kontakt yolu ilə keçir.Bu isə o deməkdir ki,əgər siz əlinizi ağzınıza,burnunuza və ya gözünüzə,hər hansısa məxmərəkli xəstənin damcı vasitəsilə virus yoluxdurduğu əşyaya toxundurduqdan sonra toxundursanız,siz də yoluxa bilərsiniz.Siz infeksiya ilə yoluxmuş biri ilə yeməyinizi,içkinizi bölüşərkən də virusla yoluxa bilərsiniz.
    Məxmərək Amerikada nadir hallarda görülür.1960-cı illərdə təqdim olunan mərmərək vaksini, xəstəliyi əhəmiyyətli dərəcədə azaltmışdır.Buna baxmayaraq,hələ də dünyanın bir çox yerində vəziyyət eynidir.Məxmərək əsasən 5-9 yaş aralığında uşaqlara yoluxur,lakin yetkin şəxslərdə də görülə bilər.
    Tipik məxmərək bir həftə içində hətta müalicəsiz keçib gedə bilən yüngül infeksiyadır.Buna baxmayaraq,hamilələrdə ciddi ağırlaşmalar verə də bilər.Məxmərək döldə anadangəlmə rubella sindromu yarada bilir.Anadangəlmə rubella sindromu uşağın inkişafını pozaraq döldə ciddi defektlər,ürək anormaliyaları,karlıq,beyin zədələnmələri yarada bilər.Siz hamiləsinizsə və məxmərəkdən şüphələnirsinizsə düzgün müalicə olunmağınız vacibdir.

    Yüklə 0,93 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   33




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə