Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə6/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   2   3   4   5   6   7   8   9   ...   33
Günay. PDF. Ailə Təbabəti

İnfeksiya




İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bunun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab prosesləridir. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər.
Hər bir infeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda infeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərin törədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən kliniki əlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli - yəni latent, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir.
İnfeksion xəstəliklər yaxşı öyrənilməklə bunlar qeyri-infeksion xəstəliklərdə spesifikliyi, kontagiozluğu, mərhələlərlə inkişafı və postinfeksion immunitetin yaranması ilə səciyyələnir.
Spesifiklik dedikdə belə başa düşülür ki, hər bir infeksion xəstəliyi müəyyən növ mikrob törədir.
İnfeksion xəstəliklər zamanı xəstəlik törədicisinin xəstələrdən sağlamlara kontakt və ya aralıq obyektləri vasitəsilə verilməsi halı kontagiozluq adlanır. Çiçək, dabaq, donuzları taunu, atların qripi yüksək dərəcədə kontagioz xəstəliklər hesab edilir.
İnfeksion xəstəliklərin əvvəlcə inkubasiya, sonra prodremal, daha sonra klinik dövr və nəticə halında getməsi onların mərhələlər üzrə getməsini göstərir.
İnfeksiya törədicilərinin orqanizmə daxil olması anından ilk kliniki əlamətlərinin görünməsinədək, latent infeksiyalarda isə immunobioloji reaksiyaların ilk müsbət nəticəsinədək olan dövrə inkubasiya dövrü deyilir. Bu dövr bütün infeksion xəstəliklər üçün xarakterikdir, müddəti isə müxtəlif olmaqla bir neçə saatdan, bir neçə günə, bəzi infeksiyalar zamanı isə bir neçə aya qədər davam edir. Eyni bir xəstəlikdə də inkubasiya dövrü orqanizmin ümumi davamlılığı və xəstəlik törədicisinin virulentlik dərəcəsindən asılı olaraq müxtəlifdir. İnkubasiya dövründə heyvan orqanizmində mikrob çoxalır, onun toksini toplanır, maddələr mübadiləsi pozulur, qanın formalı elementlərində müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir, ancaq heç bir kliniki əlamət görünmür.
İnkubasiya dövrü sonra prodromal dövrlə əvəz olunur ki, bu da bir neçə saatdan 1-2 günə qədər davam edir. Bu dövrdə qeyri-spesifik əlamətlər - yəni zəiflik, ümumi ölgünlük, iştahanın pozulması və bəzən temperaturun az dərəcədə yüksəlməsi müşahidə olunur. İnfeksion xəstəliklər zamanı bakterial və toxuma mənşəli toksiki məhsullar ürək əzələsi və qan damarlarına, həmçinin vegetativ sinir sisteminə təsir edərək ürək-damar sisteminin zədələnməsinə səbəb olur. Nəticədə həm funksional, həm də üzvi dəyişikliklər baş verir. Bakterial toksinlərin təsirindən mədə-bağırsaq şöbəsində iltihablı-destruktiv dəyişikliklər, fermentativ, sekretor və ekskretor funksiyaların pozulması əmələ gəlir.
İnfeksion prosesin yüngül gedişi zamanı orqanizmin bütün fizioloji sistemlərinin pozulmuş funksiyaları bərpa olunur, kliniki əlamətlər zəifləyir və rekonvalessensiya dövrü yaranır. Bu dövrün müddəti xəstəliyin xüsusiyyətindən, heyvanlarin immunoloji reaktivliyindən, onların saxlama və yemləmə şəraitindən, habelə müalicənin effektliyindən asılıdır. Sağalma hər vaxt tam şəkildə olmur. Belə ki, müəyyən müddət ərzində müəyyən orqanların funksiya pozğunluğu nəzərə çarpır. Rekonvalessentlər çox vaxt infeksiya törədicilərini xarici mühitə ifraz edir.
İnfeksion xəstəliklər zamanı heyvanların bəzilərində qəflətən, digərlərində isə tədricən baş verən zəiflik və arıqlıqdan onların tələf olması müşahidə olunur.
İnfeksion xəstəliklər ildırımvari, iti, xroniki abortiv gedişə malik olmaqla, tipik və atipik formalarda törəyir.
İmmunitet
— orqanizmə düşmüş hər hansı bir yad toxumaya, yad cismə qarşı mübarizə reaksiyasının yaranmasıdır.
Yad cisim orqanizmə düşəndə onu həm faqositlər, həm də qanda yaranan zülal mənşəli xüsusi maddələr (anticisimlər) məhv edir
Ümumi məlumat
İmmunoloji müdafiə şərti olaraq 2 kateqoriyada təsnifləşdirilir:
anadangəlmə
qazanılmış
Anadangəlmə yaxud qeyri spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmsanın ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin kompanentləri insan və heyvan anadan doğularkən orqanizmdə hazır şəkildə mövcud olur və
onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir.
Adaptiv yaxud qazanılmış immun sistemi (spesifik) müdafiənin sonrakı mərhələsini təşkil edir.
Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalaşır. O anadangəlmə immun sitemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olnunur. Ondan fərqli olaraq anadangəlmə immun sistemində hüceyrələr hər bir antigen molekulunu yox, yad molekullar qrupunu ayırd edə bilir.
İmmunologiyanın inkişaf tarixi
İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşürdülər. Onlar bir sıra epidemiyalar səbəbilə baş verən qırğınların səbəblərini insanların öz allahları qarşısında günahlarının olması kimi başa düşür və onlar elə başa düşürdülər ki, xəstəlik allahın onlara göndərdiyi cəza tədbiridir. Xəstənin məhv olması onun günahlarının çox, sağalması isə günahlarının az olması ilə izah edilirdi.
İmmunitetin mexanizmini izah etmək üçün nisbətən geniş yayılmış nəzəriyyə Lui Paster tərəfindən verilib.Onun tükənmə nəzəriyyəsi bu sahədə qiymətləndirildi. Bu nəzəriyyəyə görə xəstəlik törədən amillər orqanizmdə öz substratları hesabına inkişaf edib onları tükəndirir,və ona görə də ikinci dəfə peyda ola bilmirlər. Paster belə hesab edir di ki, təbii yoluxma və ya canlı mikroblarla peyvənd zamanı orqanizm daxilində mikrobların inkişafı üçün labüd olan xüsusi substratalar tükəndiyindən həmin xəstəlik ikinci dəfə yaranmır.Lakin ,Pasterin tükənmə nəzəriyyəsi özünü doğrultmamışdır. Bunlara baxmayaraq Pasterin immunologiyanın formalaşmasında xüsusi rolu olub.O eksperimental immunologiyanın banisi hesab edilir.
Bəzi ədəbiyyatlarda immunologiyanın banısi kimi E.Cennerin adı çəkilir.Belə ki,o da çiçəyə qarşı peyvən üsulunu təklif edib.Buna baxmayaraq digərləri də bu fikirlə razılaşmır. Belə ki, Cennerin işləri fərdi xarakter daşımış və yalnız çiçək xəstəliyinə aid olmuşdur. Digər tərəfdən isə o təklif etdiyi üsulun mahiyyətini izah edə bilməmişdir. Vaksin yaratmağın ümumi prinsiplərini işləyib hazırlaya bilmədiyindən, Cenner digər xəstəliklərə qarşı peyvənd üsullarını təklif edə bilməmişdir.
İmmunologiyanın bir elm kimi formalaşmasında Meçnikovun xüsusi xidmətləri olmuşdur. Onlar humoral immunitetin tədqiqinin fundamentini qoymuşlar. Meçnikov müxtəlif heyvanlarda iltihab prosesini tədqiq etmişdir və bu zaman o faqositoz haqqında nəzəriyyəni vermişdir. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırmışdır. Meçnikov tərəfindən immunitettin faqositar nəzəriyyəsi yaradılmışdır. İmmunologiyanın formalaşmsında Paul Erklixin də xidmətləri olmuşdur. O, toksin antitoksin reaksiyalarının miqrdarinı analiz üsullarını işləyib hazırlamışdır. İmmunologiyanın inkişafında Robert Koxun da xidmətləri vardır.

İNFEKSİON XƏSTƏLİKLƏR



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə