Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə9/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Günay. PDF. Ailə Təbabəti

SİMPTOMLAR
Məxmərək sindromları yüngül olduğu üçün bu simptomların varlığını hissetmək çətindir.Simptomlar əsasən virusla kontaktdan sonra 2-3 həftə ərzində inkişaf edir.Onlar 3-7 gün davam edir:
çəhrayı və qırmızı səpkilər üzdə başlayır və sonra aşağıya doğru yayılır.
subfebril temperatur, bəzən 38.8 dərəcənin altında, burunun axması və ya tutulması,
baş ağrısı, əzələ ağrısı, iltihablaşmış və ya qırmızı göz. Bu simptomlara baxmayaraq,simptomlar çox ciddi görünmür,siz əgər məxmərəkdən şüphələnirsinizsə dərhal həkimə müraciət edin.Bu əsasən də siz hamiləsinizsə və ya hamilə olduğunuzu düşünürsünüzsə çox vacibdir.
Nadir hallarda məxmərək qulaq infeksiyalarına, beyin şişliklərinə gətirib çıxara bilər.Əgər sizdə mərmərək infeksiyasından sonra və ya xəstəlik ərzində bu simptomların hər hansısa biri görülərsə dərhal həkimlə əlaqə saxlayın:
uzun çəkən baş ağrıları
qulaq ağrısı
boynun sərtləşməsi,tutulması

SƏBƏBLƏRİ
Məxmərək rubella virusu tərəfindən yaranır.Bu güclü kontagiozluğa malik virus yaxın təmas və ya hava yolu ilə yayıla bilir.O xəstədən sağlam şəxsə,asqıraq və ya öskürək zamanı ayrılan maye damcısı ilə kontakt vasitəsilə keçir.Bu isə o deməkdir ki,siz damcılar ilə yoluxmuş əşyaya toxunaraq və ya xəstədən ayrılan o damcılarla nəfəs alaraq virusu bədəninizə daxil edə bilərsiniz.Məxmərək qan vasitəsilə hamilə qadinlarda inkişafda olan dölə də keçə bilər.
Məxmərəklə yoluxmuş şəxslər səpkilər yaranmazdan 1 həftə öncədən başlayaraq,səpkilər yoxa çıxdıqdan təxminən 2 həftə sonraya qədər kontagiozluğa malikdir.Onlar hətta siz əlamətləri hissetmədən əvvəl belə yoluxa bilir.
RİSK FAKTORLARI
Məxmərək Amerikada nadir hallarda yaranır.Buna görə vaksinlərə təşəkkür etməliyik,hansı ki,rubella virusuna qarşı olan immuniteti bir ömür boyu təmin edir.Daha çox məxmərək halları vaksin istifadə olunmayan ərazilərdə yaranır.
Rubella vaksini əsasən uşaqlara 12-15 aylıqlarında və yenidən 4-6 yaşlarında vurulur.Bu o deməkdir ki,vaksin almayan uşaqlar və yeniyetmələr yüksək risk altındadırlar.
Hamiləlik zamanı ağırlaşmaları önləmək istəyən bir çox qadın rubella immunitetini təsdiq etmək üçün qan testi verir.Siz rubella vaksini almamısınızsa və rubella virusu ilə kontaktda olduğunuzu düşünürsünüzsə dərhal həkimə müraciət etməyiniz şərtdir.
DİAQNOZ
Məxmərək səpkiyə səbəb olan digər viruslarla eyni görünüşə malikdir.Buna görə də həkimlər diaqnozu təsdiqləmək üçün qan testlərindən istifadə edir.Bu qanda müxtəlif tip rubella anticisimləri olub olmadığını yoxlayan testlərdir.Anticisimlər bədəninizdəzərərli maddələri tanıyan və onları məhv edən proteinlərdir.Test nəticələri hal-hazırda virusun və ya ona qarşı immunitetin olub olmadığını göstərə bilir.
MÜALİCƏ
Çox hallarda məxmərək evdə müalicə olunur.Həkiminiz sizə evdə yataq rejimində olmağınızı,asetaminofen qəbul etməyinizi məsləhət görə bilər.Bu preparat temperatur və ağrı narahatlığını yüngülləşdirməyə kömək edir.Həkimlər həm də işdən və ya məktəbdən qalaraq xəstəliyin yayılmasının qarşısını almağı tövsiyyə edirlər.
Hamilə qadınlar virusla mübarizə aparan hiperimmun qlobulin adlanan anticisimlərlə müalicə oluna bilərlər.Buna baxmayaraq,hələ də uşaqlar arasında anadangəlmə rubella sindromu ilə yoluxmaya rast gəlinir.Bu uşaqlar mütəxəssis qrupları tərəfindən müalicə olunmalıdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə