Fənn: “Menecment” MÖvzu menecmentin priNSİp və funksiyalarinin təRKİBİ VƏ qarşiliqli əlaqəSİ plan



Yüklə 0,84 Mb.
səhifə5/15
tarix24.01.2023
ölçüsü0,84 Mb.
#99161
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1674556086.docx

Menecmentdə nəzarət

Nəzarət menecment prosesinin dördüncü və sonuncu funksiyasıdır. Buna görə də praktikada o, başlanmaqda olan yeni hesabat dövründə planlaşdırmanın əsası kimi çıxış edir. Nəzarətin obyektləri, aparılması müddəti və dəqiq vaxtı artıq planlaşdırma mərhələsində müəyyən edilir. Nəzarət prosesində eyni zamanda nəzərdə tutulan müxtəlif vaxt kəsiyində aralıq məqsədlərə nail olmaq üçün aktiv nəzarəti həyata keçirərək həm müsbət və həm də xüsusilə mənfı kənarlaşmalara maksimum tez reaksiya vermək lazımdır.
Tərtib edilmiş planlar heç də həmişə fıkirləşdiyimiz kimi yerinə yetirilmir. Çünki insanlar çox vaxt onlara həvalə edidlmiş hüquq və öhdəlikləri qəbul etmirlər. Rəhbərliyə isə qarşıya qoyulan məqsədə çatmaq üçün insanları lazımi dərəcədə motivləşdirmək nəsib olmur. Təşkilatı əhatə edən mühit, şərait daima dəyişdiyindən təşkilat müvafıq olaraq ona adaptasiya olmalıdır. Bu məqsədə nail olunmasına nəzarət kömək edir. Nəzarətin köməyi ilə təşkilatın rəhbərliyi qəbul edilən qərarların düz olmadığını müəyyən edir və onların dəqiqləşdirilməyə olan ehtiyacını aşkara çıxanr.
Nəzarət özündə təşkilatın qarşıya qoyduğu məqsədə çatmasını təmin edən prosesi əks etdirir.
Nəzarət prosesi standartların müəyyən edilməsini, faktiki əldə edilmiş nəticələrin ölçülməsini və əgər əldə edilmiş nəticələr müəyyən edilmiş standartlardan əhəmiyyətli dərəcədə fərqlənirsə onda düzəlişlər aparılmasını birləşdirir.
Rəhbərlik nəzarət funksiyasını məqsəd və vəzifələri müəyyənləşdirdikdən və təşkilatı yaratdığı andan həyata keçirməyə başlayır. Nəzarətsiz təşkilatın müvəffəqiyyətlə fəaliyyət göstərməsi qeyri-mümkündür. Təşkilatın məqsədi, planı və strukturu özlüyündə bu və ya digər şəkildə mövcud gücləri bölüşdürərək onun fəaliyyət istiqamətini müəyyən edir. Nəzarət menecmentin mühüm funksiyalarından biridir. P.Drukerə görə «nəzarət və istiqamətin müəyyən edilməsi - bunlar sinonimdir».
Nəzarətin zəruriliyi aşağıdakılarla şərtlənir:
1. Nəzarət təşkilatın dəyişən xarici mühiti üçün xarakterik olan qeyri-müəyyənliyi azaldır. Plan və təşkilati struktur - bu gələcəyi rəhbərliyin necə görmək istədiyinin yalnız mənzərəsidir. Çoxlu, rəngarəng şəraitlər təşkilatın məqsədinin reallaşdırılmasına mane ola bilər. Qanunların, sosial dəyərlərin, texnologiyanın, rəqabət şəraitinin və ətraf mühitin digər dəyişən kəmiyyətləri planı tam reallığa çevirə bilər, müəyyən vaxtdan sonra isə onu tamamilə əlçatmaz edə bilər. Dəyişən şəraitə hazır olmaq və ona lazımınca reaksiya vermək üçün təşkilata təsir edə biləcək mümkün dəyişənlərin təsirini qiymətləndirmək üçün nəzarət kimi effektiv mexanizm lazımdır.
2. Nəzarət böhranlı situasiyaların meydana çıxаjаğı haqqında xəbərdarlıq edir. Əgər, təşkilat daxilindəki situasiyaların təhiili nəticəsində meydana çıxan səhvlər və problemlər vaxtında düzəldilməzsə, onlar ətraf mühitin və insanların davranışının gələcək şəraitinin qiymətləndirilməsində buraxılan səhvlərlə bir-birinə qarışacaqdır. Təşkilatdakı səhvlərin belə bir-birinə qovuşması ehtimalı fəaliyyət növlərinin bir-birinə qarşılıqlı təsir dərəcəsinin yüksək olmasından irəli gəlir.
Hal-hazırda ölkə iqtisadiyyatında belə bir situasiya geniş yayılmışdır ki, təşkilat məhv olmur, lakin daima bir böhrandan digərinə keçir. Buna görə də kifayət qədər təcrübəli menecerlərin əksəriyyəti belə hesab edirlər ki, onların biznesində belə vəziyyəti qaçılmazdır. Doğrudan da hər hansı bir təsadüfı situasiya olduqca sürətlə inkişaf edə bilər və təşkilat da bunu dərhal qeydə alaraq оnun aradan qaldırılması xəttini işləyib hazırlaya bilər. Lakin əksər hallarda daima antiböhranlı idarəetmə metodlarına əsaslanmağa heç bir zəruriyyət yoxdur.
Nəzarət problemləri aşkara çıxararaq təşkilаtın fəaliyyətində bu problemlərin artıb böhrana çevirilməsinə qədər dəqiqləşdirmələr etməyə imkan verir. Nəzarətin həyata keçirilməsi zəruriliyinin mühüm səbəblərindən biri ondan ibarətdir ki, istənilən təşkilat qeyd-şərtsiz səhvləri vaxtında aşkar etmək və onların təşkliatın məqsədinə çatması istiqamətində yаrаtdığı maneələri aradan qaldırmaq qabiliyyətinə malik olmalıdr.
3. Nəzarət təşkilatın güclü tərəflərini müdafiə edir. Real əldə edilmiş nəticəni planlaşdırılanla müqayisə etməklə, başqa sözlə «Qarşıya qoyulan məqsədə doğru biz nə qədər irəliləmişik?» sualına cavab verrməklə təşkilatın rəhbərliyi təşkilatın fəaliyyətinin məhz hansı istiqamətləri onun ümumi məqsədlərinə çatmasına daha effektli kömək etdiyini müəyyən etmək imkanı əldə edir. Müvəffəqiyyəti, uğursuzluğu və onun səbəblərini müəyyən edərək menecer xarici mühitin dəyişən tələblərinə təşkilatın kifayət qədər tez adaptasiya olunması imkanını qazanır və bununla da təşkilatm üstün məqsədlərinə doğru daha böyük templə irəliləməyi təmin edir.
Eyni zamanada nəzarət menecmentin vacib və mürəkkəb funksiyasıdır. Onun birinci növbədə nəzərə alınmalı olan mühüm xüsusiyyətlərindən biri onun hər şeyi əhatə etməsidir. Nəzarət yalnız «nəzarətçi» təyin edilmiş menecerin və onun köməkçilərinin müstəsna hüquqi olaraq qalmamalıdır. Hər bir rəhbər öz ranqından asılı olmayaraq nəzarəti (əgər hətta bunu ona şəxsən kimsə həvalə etməsə belə) öz vəzifə öhdəliklərinin ayrılmaz tərkib hissəsi kimi həyata keçirməlidir.
Nəzarət menecment prosesinin əsasını təşkil edir. Nə planlaşdırmanı, nə təşkilatı struktur yaradılmasını, nə də ki motivasiyanı nəzarətdən ayrı təsəvvür etmək olmaz. Çünki, faktiki olaraq onların hamısı müəyyən təşkilatdakı ümumi nəzarət sisteminin ayrılmaz tərkib hissələridir. Nəzarətin üç əsas növünü bir-birindən fərqləndirirlər: ilkin, cari və son (yekun).
Həyata keçirilmə formalarına görə nəzarətin hər üç tipi bir-birinə oxşayır. Belə kı, onların hər üçü eyni bir məqsədə xidmət edir Başqa sözlə onların hər üçü faktiki əldə edilən nəticələrın mümkün qədər muəyyən edimış tapşırığa yaxın olmasına xidmət edir. Fərq yalniz onların həyata keçirilməsi vaxtındadır.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə