FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə19/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   15   16   17   18   19   20   21   22   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
19


fəaliyyətləri ilə bağlıdır. Bu nəzəriyyənin tərəfdarları vergilərə 
hökumətin saxlanılması üçün zəruri olan xərcləri təmin etməli olan 
dövlət gəlirlərinin bir növü kimi baxırdılar. A.Smit sosialistlərin elan 
etdikləri iqtisadiyyatın mərkəzləşdirilmiş idarə olunmasına qarşı çıxış 
edirdi. 
O, 1776-cı ildə nəşr etdirdiyi “Xalqların sərvətinin təbiəti və 
səbəbləri haqqında tədqiqat” adlı kitabında yazırdı ki, hər bir vətəndaş 
öz gəlirlərinə uyğun surətdə dövlətin saxlanılmasında iştirak etməlidir. 
O, qeyd edirdi ki, hər bir şəxsin ödəməli olduğu 
verginin məbləği, 
ödənilmə müddəti qabaqcadan dəqiq müəyyən olunmalıdır.
Belə 
olmadıqda vergi ödəyicisi vergi yığanın hökmü altına düşür və vergi 
yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə edir. Vergilər hər 
bir vergi ödəyicisi üçün 
əlverişli olan vaxtda
tutulmalıdır. 
İngilis iqtisadçısı Con Meynard Keynsin (1883-1946) adı ilə bağlı 
olan Keyns nəzəriyyəsi klassik nəzəriyyənin tam əksidir. Bu 
nəzəriyyənin əsas məğzi ondan ibarətdir ki
vergilər iqtisadiyyatı 
tənzimləmənin əsas alətidir. 
1936-cı ildə yazdığı 
“Məşğulluq, faiz və pulların ümumi 
nəzəriyyəsi” kitabında
Keyns göstərirdi ki, tam məşğulluq şərti 
daxilində iqtisadi artım pul yığımlarından asılı olur. Tam məşğulluğa 
nail olmaq isə praktiki olaraq mümkün deyil. Belə olan halda yığımlar 
iqtisadi artıma əngəl törədirlər, çünki istehsala qoyulmur və passiv gəlir 
mənbəyinə çevrilirlər. Bu mənfi nəticəni aradan qaldırmaq üçn 
artıq 
yığımları vergilərin köməyi ilə almaq
və büdcə sistemi vasitəsi ilə 
onlardan investisiya üçün ehtiyat mənbəyi kimi istifadə etmək lazımdır. 
Bundan çıxış edərək o, kifayət 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə