FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə15/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   11   12   13   14   15   16   17   18   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
15


ərazisində SSRİ-nin vergi qanunları qüvvədə olduğundan onlara ayrıca 
nəzər salınması məqsədəuyğundur. 
1917-ci il inqilabından sonra Sovet dövlətinin əsas gəlirləri pul 
emissiyası, təzminatlar və ərzaq sapalağı idi. Buna görə də ilk sovet 
vergiləri heç də böyük fiskal əhəmiyyət kəsb etmirdi və açıq-aşkar sinfi 
mübarizə xarakteri daşıyırdı. Məsələn, Xalq Komissarları Sovetinin 
1918-ci il 14 avqust Dekretinə əsasən Qırmızı Ordu döyüşçülərinin 
ailələrini təmin etmək məqsədi ilə muzdlu işçiləri olan xüsusi ticarət 
müəssisələri sahiblərindən birdəfəlik rüsum tutulurdu. 1918-ci il 30 
oktyabr tarixli Dekretlə şəhər burjuaziyası və qolçomaqlar üçün 
birdəfəlik fövqəladə on milyardlıq inqilabi vergi daxil edildi. Sovet 
dövlətinin maliyyə sisteminin quruluşu V.İ.Leninin 1919-cu ildə 
söylədiyi aşağıdakı fikrə əsaslanırdı: “Maliyyə sahəsində RKP imkan 
yarandıqca bütün hallarda gəlir və əmlak vergisini həyata keçirəcək”. 
İlk vergi islahatları Yeni İqtisadi Siyasət (YİS) dövrünə təsadüf 
edir. Sovet dövlətində yeni iqtisadi münasibətlərə keçid V.İ.Leninin 15 
mart 1921-ci il tarixli “Ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsi 
haqqında” məruzəsindən sonra başlandı. Elə həmin dövrlərdə Sovet 
dövlətinin vergi sisteminin əsasları qoyuldu. 
1923-1925-ci illərdə aşağıdakı vergilər fəaliyyətdə idi: birbaşa 
vergilər – kənd təsərrüfatı vergisi, istehsal vergisi, gəlir vergisi, renta 
vergisi, gerb rüsumu, vərəsəliklə keçən əmlakdan vergi. Vasitəli vergilər 
– aksizlər və gömrük vergisi. 
Birbaşa vergilər maliyyə siyasətinin əsas aləti idi və dövlət 
büdcəsinin gəlirlərinin artımının əhəmiyyətli amilinə çevrilmişdi. Büdcə 
daxilolmalarının 1922-1923-cü illərdə 43%-ni, 1923-1924-cü illərdə 
45%-ni, 1925-1926-cı illərdə isə 82%-ni birbaşa vergilər təşkil etmişdir. 
Bütün sənaye və ticarət müəssisələri, sənətkarlıq və digər istehsal 
fəaliyyətləri istehsal vergisinə cəlb olunurdu. Verginin həcmi mal 
dövriyyəsinin 1,5%-i miqdarında idi. Yeyinti sənayesində bu vergi 1,5-
2%, zinət əşyaları üçün isə 2-6% intervalında idi. 
Gəlir - əmlak vergisi həm fiziki, həm də hüquqi şəxslərdən 
tutulurdu. Əmlak vergisi hər şeydən əvvəl kapitala qoyulan vergi idi. 
Dövlət müəssisələri əmlak vergisindən azad idi, lakin 8% həcmində gəlir 
vergisi ödəyirdilər. Əmlak vergisi mütərəqqi xarakter daşıyırdı, yəni 
kapitalın həcmi artıqca verginin dərəcəsi də artırdı. Bunun da 
nəticəsində kapitalın istənilən birləşməsi verginin bir neçə dəfə 
artmasına səbəb olurdu. Belə vergi boyunduruğu kapitalın 
təmərküzləşməsinə əngəl törədirdi. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə