FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə12/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   8   9   10   11   12   13   14   15   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
12


istifadə olunmuş suyun müqavilində də bəhrə vergisi ödəyirdilər. 
Hərbiçilərin, mülki və ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan 
vergilərin məcmusu 
ixracat
adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına 
toplanan vergilər 
şiltaqat
adlanırdı. 
XVI əsrin əvvəlində Azərbaycan Səfəvi dövlətinin yaranması 
böyük sosial-iqtisadi irəliləyişin müsbət nəticəsi idi. Lakin əhalinin 
vəziyyəti dəyişmədi, əksinə Səfəvi – Osmanlı müharibələri dövründə 
daha da ağırlaşdı. I Təhmasibin hakimiyyətinin son illərində torpaq 
vergisi məhsulun altıda bir hissəsini təşkil edirdi. 
Kəndlilər torpaq sahiblərinə otlaqlardan istifadə üçün çobanbəyi
çöpbaşı, bağlar üçün bağbaşı verir, bayramlarda feodallara bayramlıq və 
novruzi aparırdılar. Vergilərin bir hissəsi pulla ödənilirdi. Kəndlilər ilin 
müəyyən günlərini torpaq sahibi və dövlət üçün müfdə işləyirdilər. 
Kəndə gələn məmurları və onların xidmətçilərini yedirtmək, gecələməsi 
təmin etmək kənd əhalisinin vəzifəsi hesab edilirdi. 
Rəiyyətə nisbətən elatlar (maldar kəndlilər) az vergi verirlər. 
Bunların xəzinəyə verdiyi əsas vergi çobanbəyi (otlaq xərci) idi. Şahın 
və feodalların hərbi qüvvələri də başlıca olaraq elatlardan toplanırdı. 
XVI əsrin sonlarında I Şah Abbasın həyata keçirdiyi islahatlar 
Səfəvilər dövlətinin möhkəmlənməsində mühüm rol oynadı. 1598-ci il I 
Şah Abbas ölkənin paytaxtını İsfahan şəhərinə köçürdü və orada 
məhsuldar qüvvələrin inkişaf etdirilməsi üçün bir sıra vergi islahatları 
həyata keçirdi. Bu məqsədlə həmin ərazilərdə maldarlardan tutulan 
çobanbəyi vergisi ləğv edildi, bəzi vergilər nəzərə çarpacaq dərəcədə 
azaldıldı, bəziləri isə müəyyən müddətə ləğv edildi. 1613-cü ildə bu 
güzəştlər daha 3 il müddətinə, sonra isə daha 1 il müddətinə uzadıldı. Bu 
cür güzəştlər müharibə nəticəsində qarət olunmuş Xorasanın həm 
oturaq, həm də köçəri əhalisinə verildi. 
1699 – 1702-ci illərdə əhalinin yeni siyahıya alınması keçirildi. Bu 
siyahıya alınma zamanı vergilər 3 dəfə artırıldı. 
XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı əsasən 
rəiyyət və elatların boynuna düşürdü. 
1736-cı ildə Səfəvilər dövləti süqut etdi və tezliklə Azərbaycan 
ərazisində Şəki, Qarabağ, Quba, Gəncə, Naxçıvan xanlıqları kimi 
feodallıqlar yarandı. 
XVIII əsrin II yarısında Azərbaycanda xanlıqları dövründə əsas 
vergini 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə