FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə10/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   6   7   8   9   10   11   12   13   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
10


Azərbaycandan ildə 4 – 4,5 milyon dirhəm xərac toplandıqlarını qeyd 
edirlər. 
Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, 
buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can 
vergisi – 
cizyə
alınırdı. 
Böyük Səlcuq imperiyasının yaranması ilə torpaq mülkiyyəti və 
vergi sistemində ciddi dəyişikliklər baş verdi. 
Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri üçün silah 
şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, 
şərab bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların 
hazırladığı sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə, 
XI – XIII əsrin əvvəllərində əhalinin müxtəlif təbəqələrinin xərac, üşr, 
cizyə, haqq, alaf, nüzl, avariz, qismət, təyyarət, dəraib və bir çox başqa 
vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur. 
Səlcuqilər imperiyasının tənəzzülündən sonra Şirvanşahlar dövləti 
bərpa olundu və Azəbaycan ərazisində Atabəylər dövləti yarandı. 
Əvvəlki əsrlərdə olduğu kimi topaq üzərində mülkiyyət 
formalarından biri iqta adlanırdı. Şirvan və Eldənizlər dövlətinin 
hökmdarları özlərinə yaxın olan adamlara iqta adı ilə iri şəhərlər, bütöv 
əyalətlər və torpaq sahələri verirdi. İqta xidmətə görə verildiyi üçün irsi 
mülkiyyət hesab edilmirdi. 
Mülkiyyət formalarından biri də feodalların və əyanların əllərində 
olan xüsusi torpaqlar idi ki, bu, mülk adlanırdı. Mülk torpaqları irsi 
olaraq nəsildən-nəslə keçə bilirdi. Feodal həmin torpağı başqasına 
bağışlaya və ya sata bilərdi. Mülk sahibi dövlətə xərac verirdi. 
Məscidlərin, ruhani və xeyriyyə təşkilatlarının, müqəddəs yerlərin 
ixtiyarında olan torpaq sahələri vəqf adlanırdı. Bu torpaqların gəliri 
məscidlərin, mədrəsələrin və ruhani idarələrinin ehtiyaclarına sərf 
olunurdu. 
Kəndlilər və sənətkarlar istehsal etdikləri vergilərin 70 faizə 
qədərini feodallara və xəzinəyə verməli olurdular. Eldənizlər dövlətinə 
xəzinəyə daxil olan vergilərin miqdarı 8,5 milyon Abbasi dinarı 
həcmində idi.
Ağır vergilərin biri torpaq vergisi – xərac idi. Xərac pul və ya 
natura şəklində alınırdı. Əvvəlki dövrlərdə olduğu kimi müsəlman 
olmayan əhalidən cizyə deyilən vergi toplanırdı. Xass torpaqlarından və 
iqta sahiblərindən uşr deyilən onda bir vergisi toplanırdı. Adından 
göründüyü kimi, bu gəlirin ondan birini təşkil edirdi. Köçəri maldarlar 
otlaqlardan istifadə etdikləri üçün xəzinəyə haqq deyilən vergi verirdilər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə