FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə18/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   14   15   16   17   18   19   20   21   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
18


birinin özlərini müstəqil surətdə müdafiə etməsindən daha ucuz və daha 
etibarlı mühafizə edir. 
XIX əsrin birinci yarısında İsveçrəli iqtisadçı Jan Simond de 
Sismondi (1773 – 1842) «Siyasi iqtisadin yeni başlanğıcları» (1819) adlı 
əsərində vergi nəzəriyyəsini 
zövq, ləzzət nəzəriyyəsi
kimi ifadə etdi. Bu 
nəzəriyyəyə görə vergi vətəndaşın cəmiyyətdən aldığı zövqə, ləzzətə 
görə ödədiyi qiymətdir. 
Vergilərin ümumi nəzəriyyələri 
Adı 
Dövrü 
Baniləri 
Mübadilə nəzəriyyəsi 
Orta əsrlər 

Atomistik nəzəriyyə 
XVI – XVII əsrlər 
S.Voban, Ş.Monteskye, 
T.Qobbs, Volter, 
O.Mirabo 
Zövq (ləzzət) nəzəriyyəsi 
XIX əsrin I yarısı 
J.Simond de Sismondi 
Vergilər sığorta mükafatı kimi XIX əsrin I yarısı 
J.Mak-Kulloh, A.Tyer 
Klassik nəzəriyyə 
XVIII əsrin II yarısı 
XIX əsrin I yarısı 
A.Smit, D.Rikardo 
Keyns nəzəriyyəsi 
XX əsrin I yarısı 
C.Keyns 
Monetarist nəzəriyyə 
XX əsrin 50-ci illəri 
M.Fridman 
Təklif iqtisadiyyatı nəzəriyyəsi XX əsrin 80-ci illəri 
M.Berns, Q.Stayn 
Elə həmin dövrlərdə vergilərə 
sığorta mükafatı
kimi baxan 
nəzəriyyə də formalaşmağa başladı. Bu nəzəriyyələrin nümayəndələri 
fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və ingilis iqtisadçısı Con 
Ramsey Mak Kulloh (1789-1864) idilər.Onların fikrincə vergilər hər 
hansı bir riskin yaranacağı təqdirdə vətəndaşların dövlətə ödədikləri 
sığorta ödənişidir. Vergi ödəyiciləri kommersant olmaqla, öz gəlirlərinin 
həcmindən asılı olaraq müharibə, oğurluq, yanğın və s.-dən öz 
mülkiyyətlərini sığortalayırlar. Ancaq həqiqi sığortadan fərqli olaraq 
vergilər sığorta halı yarandıqda onun əvəzini geri almaq üçün deyil, 
müdafiə və qanunçuluğun təmin edilməsi üçün dövlətin xərclərinin 
maliyyələşdirilməsi üçün ödənilir. 
Vergilərin klassik nəzəriyyəsi daha yüksək nəzəri səviyyəyə 
malikdir və ingilis iqtisadçıları Adam Smit (1723-1790), David Rikardo 
(1772-1823) və onların ardıcılları J.B.Sey, U.Petti və C.Millin elmi 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə